Axar.az
Yuxarı
28 Aprel 2017


Bu yerə heç kəs iddia edə bilməz...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

1949-cu il II Dünya müharibəsindən məğlub çıxmış Almaniya...

Artıq ikiyə bölünmüş Almaniyanın rəhbərliyinə Konrad Adenauer federal kansler seçildi və şübhəsiz, o dövrlə paralellər apararkən müasir Azərbaycanın həyatında da çox mühüm nöqtələr var ki, insanlarımız o tarixi planda onları müqayisə edərək qiymətləndirə, lider və şəxsiyyətlərin nə qədər önəmli rol oynadığını görmək imkanı qazanarlar.

Postmüharibə dövründə Almaniyanın qarşısında dayanan vəzifələri təsəvvür etmək belə çətin idi. Çünki faşizmin irsi o qədər ağır və sağalmaz idi ki, bir çoxları almanları bir xalq kimi toparlamağın və yenidən hansısa ideologiyalara inandırmağın qeyri-mümkün olacağını düşünürdü. Bir tərəfdə SSRİ-nin təbəəliyi altında olan və müharibənin qəniməti kimi ələ götürülmüş demokratik Almaniya resublikası, ikinci cinahda isə Qərb koalisiyası tərəfindən müharibənin sonunda onların bu əməliyyatlara qoşulması səbəbindən yekunda Stalinlə bölüşdürdükləri Almaniya. Fransa, Böyük Britaniya və ABŞ Almaniyanın federativ hissəsi üzərində elə bir hökmranlıq həyata keçirmək istəyirdilər ki, sanki bir neçə hissəyə bölünəcək dövlətlərdən hansısa gələcək strukturlar formalaşdırılmalıydı, o halda ki, Almaniyanın imperiya hissləri baş qaldırmasın. Nəzərə alsaq ki, milyonlarla insan müharibədə həyatını itirmiş, yaxud da iqtisadiyyat bütövlükdə dağıdılmış, bütün əsas istehsalat müəssisələri darmadağın edilmişdi. Yerlə-yeksan olunmuş şəhərləri bərpa etmək və bu işə insan qüvvələrini cəlb etmək asan deyildi. Həmçinin federativ Almaniyaya yeni dostlar tapmaq, ölkənin beynəlxalq sifətini təmizləmək və faşizmin yaratdığı düşmənləri neytrallaşdırmaq, ölkədəki məlum Qərb koalisiyası vasitəsilə həyata keçirilən işğalı aradan qaldırmaq və özünə tərəfdaşlar tapmaq qətiyyən asan iş sayıla bilməzdi. Belə bir dönəmdə Adenauer - əslində, üç fərqli hakimiyyət və formasiyaların çöküşünü görmüş şəxsin liderliyi müasir Almaniyanın quruculuğu üçün həyat bir rol oynadı. Həmin quruluşlardan birincisi II Vilhelmin rəhbərliyi və 1918-ci ildə canını tapşıran imperiya, ikincisi, Veymar respublikası idi, hansı ki, hitlerizm, nasional sosializm hakimiyyətə gələnə qədər onlar iqtidarda qalmışdılar və 1933-cü ildən başlayaraq 1945-ci ildə darmadağın edilən III Reyx idi ki, bu da Adenauerin gözləri qarşısında tarixə qovuşmuşdu. Dünənə qədər ən qlobal vəzifəsi ali irq, güclü millət, hərb maşını olan və üstün keyfiyyətlərinə görə şovinst bir ideologiyanın qalib gəlməsinə yol açan alman xalqının inamı öz-özünə sarsılmışdı. Müharibədə məğlub olmaq bir sindroma çevrilməli idi, çünki onlar özlərini aşağılanmış sayırdılar. Nəzərə alsaq ki, 1945-ci ildə Stalinin Moskva, Kreml, Qızıl meydanda qəbul etdiyi hərbi paradda alman zabitləri, Fürerin yüksək çinli təmsilçiləri və ya əsgərləri alman bayraqlarını Stalinin gözü qarşısında əsgərlərin ayağı altına atırdılar. Demək ki, təhqir olunmuş millət ortadaydı.

1949-cu il Almaniyası ilə Azərbaycanın oxşar vəziyyəti

Bütün bu paralellərdən sonra Azərbaycana dönüş etmək istəyirəm. Çünki miqyasca fərqli olsa da, biz də müharibənin ağrıları və gətirdiyi fəlakətlər altında Azərbaycanın 1993-cü ildən daxil olduğu yeni eradan danışırıq. Şübhəsiz ulu öndər humanitar fəlakətlərin, işğal gerçəkliyinin ortadan götürülməsi, ölkənin xarici əlaqələrinin qurulması, bir sıra mühüm beynəlxalq iqtisadi müqavilələrin imzalanmasına nail olmuşdu. Açıq demək lazımdır ki, 2003-cü ildə Azərbaycanın vəziyyəti çox qəribə bir şəkildə 1949-cu il Almaniyasına bənzəyirdi. Bir çoxları hesab edirdi ki, Heydər Əliyevdən sonra Azərbaycanı sabit bir hakimiyyət sükanına qovuşdurmaq qeyri-mümkün olacaq. Bunun üçün də müəyyən əsaslar var. Çünki Heydər Əliyevin xarizması, liderlik qabiliyyəti, sovet illərində millət üzərindəki nüfuzu o qədər böyük idi ki, onun miqyasında təkrar bir şəxsiyyətin həmin keyfiyyətləri reallaşdıracağı gerçək görünmürdü. Belə bir dönəmdə İlham Əliyevin hakimiyyətə gəlməsi və varis kimi Heydər Əliyevin siyasətini davam etdirməsi son dərəcə əlamətdar və önəmli idi. Nəzərə almaq lazımdır ki, Heydər Əliyevdən sonra ifadəsinin özü də çox böyük məna daşıyır. Elə hesablamalar mövcud idi ki, ulu öndərin səhhətində hansısa bir kriz yaranacaq və bir X günü baş verəcək, onun nəticəsində də o məchulluğa qovuşan, xaosa təzədən yuvarlanan ölkənin içərisində 90-cı illərdəki destruktivizm və parçalayıcı qüvvələr yenidən meydana çıxacaqdılar. Bunun üçün də açığı xaricdən xeyli təsirlər mövcud idi. Ancaq İlham Əliyevin elə ilk gündən dövlət rəhbərliyinə fəaliyyətinin başlaması bu tendensiyaları aradan qaldırdı. Bundan sonrakı illər isə dövlətin gücü və həmin o fasiləsizlik, siyasətdəki ənənələrin qorunub saxlanması, Heydər Əliyev modelinin dərk edilməsi və onun hamı tərəfindən qəbul olunması növbəti hakimiyyət, yəni İlham Əliyevin liderliyi altında da keçərli oldu və dövlət kifayət qədər ciddi addımlar atmağa başladı. Xatırlatmaq istəyirəm ki, Heydər Əliyevin zamanında haqlı cəzalara layiq görülmüş insanlar - Əlikram Hümbətov, Rəhim Qazıyev və Sürət Hüseynovların çox qısa bir zamandan sonra azad olunması həmin dövrün qərarları idi. Bu qərarları bir çox siyasi dairələr riskli hesab edirdilər və düşünürdülər ki, 90-cı illərdə müxtəlif hakimiyyət çevrilişinə cəhdlərdə iştirak edən bu adamlar təzədən ətraflarında müəyyən bir qüvvələr cəmləşdirəcəklər və dövlət üzərinə yeriyəcəklər. Ancaq bu, baş vermədi və bir daha siyasi sistem sübut etdi ki, o qüvvələrin hər hansı bir gücü qalmayıb.

İlham Əliyevin 5 mühüm siyasət üzərində qurulan liderliyi

İlk növbədə proqramlı bir idarəçilik bərqərar olundu. Yəni ölkənin istər bölgələrinin inkişafı, istərsə hər hansı bir transmilli layihələrinin həyata keçirilməsi, yaxud idarəetmə sistemində islahatlar, həmçinin hökumət strukturları sferalarında görülən fəaliyyətin hamısına dair mühüm sənədlər qəbul olundu. Yəni proseslər belə demək mümkündürsə, cari müşavirə və iclasların gedişində ani olaraq baş vermirdi. Hər bir məsələ üçün hazırlıqlar görülürdü və bu, çox böyük önəm daşıyırdı.

İkincisi, İlham Əliyev strateq gücü ilə bölgədəki mürəkkəb vəziyyətin öhdəsindən gəlməyi bacardı. Çünki açıq demək lazımdır ki, Heydər Əliyevin zamanında heç də sadə olmayan reallıqlarla qarşılaşmışdıq. Bir tərəfdən terrorun qlobal təhlükə kimi meydana çıxdığını görməkdəydik, digər tərəfdən bölgə dövlətləri arasında ciddi problemlər baş verməkdəydi. Xüsusilə də 2008-ci ildə Rusiyanın az qala bütövlükdə hərbi savaş halını alan 5 günlük müharibəni xatırlatmaq istəyirəm. O cümlədən, İran ətrafında nüvə qalmaqalının davam etdirilməsi, Tehran əleyhinə beynəlxalq sanksiyaların dərinləşməsi və hədələrin hərbi xarakter daşıması kimi çox mürəkkəb situasiyalarda İlham Əliyev bacarıq və güclü dünya duyumu nümayiş etdirərək o problemlərdə Azərbaycanın təhlükəsizlik maraqlarını qoruya bildi.

Üçüncüsü, infrastruktur yeniləşməsi gerçəkləşdi, bunsuz Azərbaycanın təhsil, səhiyyə və digər sferalarında addım atmaq mümkün deyildi. Açıq söyləmək lazımdır ki, Heydər Əliyevin dövründə büdcənin buna imkanı yox idi. Ola bilsin ki, həmin sahələrdə problemlərimiz bu gün də müəyyən bir səviyyədə qalmaqdadır. Birləşmiş Ştatlar kimi nəhəng bir dövlət bu gün də hansısa prezidentlərin seçki yarışında tibbi sığorta, məktəblərə əl çatanlıq, yeni iş yerləri kimi problemlərini qoyursa, müstəqil Azərbaycan üçün oxşar məsələlərin aktuallıq kəsb etməsi bizi təəccübləndirməməlidir.

Dördüncü ən önəmli məsələ, bizim üçün bütün görülən işlərin aqrar kənd təsərrüfatı və digər sferaları əhatə etməsi idi. Bunu dərk etmək çox vacibdir ki, Azərbaycanın böyük əmək ehtiyatlarının xüsusi hissəsi bölgələrdə yerləşir və buna görə də o sferalarda vacib qərarlar alındı, müxtəlif proqramlar qəbul olundu, məşğulluq sahəsində həmin işlərin görülməsi gerçəkliyə çevrildi.

Bununla bərabər, ən mühüm məsələ - ölkənin kadr korpusunun formalaşması üçün müxtəlif sahələrdə atılan addımlar idi ki, həm xaricdə təhsil proqramı, həm də müxtəlif seçim imkanları verən və gəncliyin qabiliyyətini artıracaq işlər gerçəkləşdi.

Bütün bunların zəminində şübhəsiz ki, ötən illər ərzində bu siyasət gerçəkləşərkən insanlarımızın əsas qayğısına çevrilən problemlər də mövcud olub. Bunlar inkar edilməyib. İlham Əliyevin liderlik gücü ondan ibarətdir ki, cəmiyyətdən gələn siqnallar qəbul olunur və buna dair adekvat addımlar atılmaqdadır.

55 yaşı tamam olan liderin siyasi portreti

İlham Əliyevin siyasi şəxsiyyət portretini təşkil edən əsas xüsusiyyətlər mərdlik, mehriban olmaq, sadəlik və insanlarla özü arasında dəmir pərdə yaratmaması, ən yaxın doğmalarını bütövlükdə millətin xidmətinə verməsi, çevikliyi, etibarlılığı, regional dövlətlər və dünya ilə münasibətlərində prinsipiallığıdır. Baxın, Vladimir Putin İlham Əliyevi yüksək liderlik qabiliyyətinə malik olan çox yaxşı tərəfdaş hesab edir. Bayaq qeyd etdiyim 2008-ci il Cənubi Qafqazdakı bu hadisələrin böhranında Azərbaycan yenə də sülh mövqeyini irəliyə sürdü, prosesləri tənzimləməyə çalışdı.

İlham Əliyev eyni zamanda, strateji düşüncə miqyasında hər zaman qalib gəlib. Enerji sektorunu əhatə edən regional layihələrin hamısı əslində, savaş mənbəyidir. Zamanında verilməyəcək qərarlar Azərbaycana təhlükələr gətirə bilərdi. Bölgədə maraqları toqquşan dövlətlərin bizə təzyiqləri inkar oluna bilməzdi. TANAP və TAP layihələri məhz Azərbaycan maraqları üçün gerçəkləşdi.

İlham Əliyev bütün bunların fonunda qarşıdakı dövr üçün görülmüş işlərə rəğmən daha qlobal ideya və ambisiyalarla çıxış edir. Belə demək mümkündürsə, ötən on illər yeni bir ümidli liderin fəaliyyəti altında çox yaxşı bir fundament formalaşdırıb. Əgər İlham Əliyev həm də sərt xarakterini zamanında xüsusilə də 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyinə, onun banda dəstələrinə, rəhbərliyinə qarşı göstərdisə, eyni zamanda, Rabitə Nazirliyinin çevrəsində korrupsiya mexanizmlərinin dağıdılması yönündə addımlar atıldısa, bu, o deməkdir ki, dövlət, onun lideri qarşıdakı dövr üçün daha ümdə vəzifələrini qarşısına qoyub.

Lakin mənim aləmimdə İlham Əliyev Azərbaycanın tarixi üçün ərazilərimizi bir qarış da olsa, azad edən bir lider kimi daxil olub. Bu yerə heç kəs iddia edə bilməz. Açıq söyləmək lazımdır ki, tarixdə belə faktlar demək olar ki, baş vermir, yalnız qlobal toqquşmalardan sonra xəritələr dəyişir. Bu gün Yaponiya və müasir Rusiya SSRİ dövründəki Kuril adaları və digər üç adanın hələ də savaşını aparır. Yaxud da Almaniya tərəfindən Kalininqrada iddia necə özünü göstərir. Onlarla misal deyə bilərik ki, gücündən asılı olmayaraq dövlətlər arasında zamanında hərbi vasitələrlə həyata keçirlmiş hansısa qələbə və məğlubiyyətin nəticələri dəyişdirilmir. Lakin İlham Əliyev Aprel döyüşlərində sərkərdə kimi millətin önündə gedərək bizə qarşı olan təxribatlara çox ağır şəraitdə əks həmlə edərək Azərbaycan ərazilərinin kiçik, lakin son dərəcə mühüm bir hissəsinin azad olunmasına getdi. Bu, düşmənlə savaşda bizə üstünlük qazandırdı, onların birliyini, mifini dağıtdı, Azərbaycan ordusuna güc və inam qazandırdı.

Biz İlham Əliyevin 55 illik yubilliyindən danışarkən onu söyləməliyik ki, o, bir dövlət başçısı kimi artıq gələcək Azərbaycanın bütün arxitekturasını, siyasi xəritəsini tamamilə dəqiq bilən, hədəflərini yaxşı görən, arxasınca apardığı millətinin bütün varlığını, təhlükəsizliyini təmin etməyə qadir olan bir liderdir. Tanrı ona bu yolda yardımçı olsun. Azərbaycanın hər bir insanı böyük liderə bu işlərdə kömək etməlidir, çünki bütövlükdə güclü Azərbaycan hamımızın faydasınadır. Bu mənada ölkənin lideri kimi İlham Əliyev və onun siyasi taleyi hamımızın ümumi həyatının ayrılmaz bir hissəsidir.

Tarix
2016.12.24 / 11:44
Müəllif
Zahid Oruc
Şərhlər
Загрузка...
Digər xəbərlər

Siz deyin: o, xilas üçün başqa nə etməli idi?

Şarl de Qoll, Çörçill və Ərdoğan...

Rus-türk hərbi ittifaqı?

Mehriban Əliyeva: Aprel qəhrəmanlığı və müharibənin üzü haqqında

6 generala 20 il bu "haqqı" verən səbəb...

Ruslar İrəvandan Qarabağa baxmaq istəmir

İlham Əliyev gizli danışığı niyə açdı?

Sizə ürəyimizi verdik...

Ermənilər: Çeçenlərdən 776 metr aşağıda

Xanım lider böyük idarəçiliyə doğru

KULT
<>
SORĞU
Dağlıq Qarabağ probleminin həlli yolunu necə görürsünüz?
  
  
  
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla