Yuxarı

Ərəbləri Bakıya buraxmayaq?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ərəblərin xeyri lazım deyil, ziyanlarını istəmirik. Bu ərəblərin Azərbaycana axını artdıqca mənim içimdə narahatlıq da böyüyür. Çünkı bunlar olan yerdə sabitlik olmur. Bütün bunların kökündə isə onların təbiət etibarılə cahil olmaları dayanır. Bir baxın ərəb dünyasına, görün bu gün orada nələr baş verir? Düşünürəm onları məsafədə saxlasaq daha yaxşı olar”.

Bu sözləri keçmiş nazirlərdən biri öz statusunda yazıb. Son zamanlar başqalarından da oxşar sözlər eşidirik. Ancaq nazir postunda olmuş birisinin, dünyagörmüş insanın belə sözlər yazması təəssüf doğurur. Bu, irqi və milli ayrı-seçkilikdir, rasist yanaşmadır.

Əlbəttə, ərəb ölkələrindən gələnlərin bir qisminin təmizliyə fikir vermədiklərini, küçədə gəzərkən qışqıra-qışqıra danışdığını iddia etmək olar. Hətta beynimizin bir köşəsində terrorla bəzi ərəb ölkələri arasında bərabərlik işarəsi də qoya bilərik. Ancaq bunlar bizə əsas vermir ki, bütöv bir milləti aşağılayaq, onlara “Azərbaycana gəlməyin” deyək. Bir tərəfdən deyirik ki, ölkəyə çoxlu turist gəlsin, digər tərəfdən turistləri “yaxşı” və “pislərə” bölməyə çalışırıq. İndi nə edək ki, Azərbaycana Qərb ölkələri ilə müqayisədə ərəb ölkələrindən daha çox turist gəlir. Turist istəmirdik? - bu da turist! Hansısa millətə qapını göstərmək olmaz! Əgər qapılarını turistlərə açmısansa, “Sən gəl, o birisi gəlməsin” deyə bilməzsən, bunu demək istəsən belə reallaşdırılması mexanizmi yoxdur.

Digər tərəfdən, bu çox təbliğ etdiymiz multikulturalizm – “azərbaycanlılar dini, milli və irqi zəmində tolerantdırlar” baxışımıza da ziddir…

Tarix
2017.01.06 / 14:01
Müəllif
Elxan Şahinoğlu
Şərhlər
Digər xəbərlər

Rusiya bazardan çıxarılır: 59 milyard azalma var…

Petri itirdik: Qarabağda savaş gedirdi, Praqadan yazdı ki...

Bakı-Ankara hərbi təlimi: Moskvaya mesaj

Onlar qaçdılar, nazirlikləri də dağıtdılar…

Azərbaycana qarşı “Made in Armenia” təxribatı - Analiz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla