Yuxarı

Mənə ən çox təsir edən bu oldu...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün gözəl bir ailəni ziyarət etdim. Onlar hər ikisi, Fərqan bəy Arifoğlu və əziz həyat yoldaşı Yeganə xanım görmə qabiliyyətlərini itiriblər, 1-ci qrup əlildirlər. Amma onlar hər ikisi könül gözü ilə dünyanı görən az sayda insanlardandırlar.

Hər ikisi ali təhsil alıb. Fərqan bəy Mədəniyyət və İncəsənət Universitetini bitirib. Yeganə xanım isə Dillər Universitetini bitirib, alman dili müəlliməsidir. Hər ikisi çox istedadlıdırlar. Yeganə xanımın işlə təmin edilməsi üçün bu gün Təhsil nazirimiz Mikayıl Cabbarova rəsmi müraciət etdim. Ümid edirəm ki, bu cür gənclərin nəinki fiziki imkanları məhdud olan yüzlərlə gəncə, minlərlə tam sağlam gəncə də böyük örnək olduğunu, ailənin kirayədə yaşadığını və sosial imkanlarının aşağı olduğunu nəzərə alaraq, onun işlə təmin olunmasına dəstək olacaq.

Yeganə xanım həm də çox gözəl insandır və gənclərimizə gözəl müəllimə olacağına inanıram. Fərqan bəyə gəlincə, Allah ona o qədər böyük istedad verib ki, saymaqla bitməz. Gözəl səsi var. Dəyərli sənətçimiz Simarə İmanovanın tələbəsi olub. Gözəl piano çalır, musiqi əsərləri bəstələyir, gözəl aranjiman edir və yaxşı şeirlər yazır. Sözləri və musiqisi özünə məxsus olan və ziyarətimiz zamanı bizə ifa etdiyi əsərləri gözəl dost və jurnalist Fəxriyyə xanımla məni çox duyğulandırdı. Onun da rəsmi bir işi yoxdur. İnşallah, yaxın günlərdə Mədəniyyət və Turizm nazirimiz Əbülfəs Qarayevə onunla bağlı müraciət göndərəcəyik və ümid edirəm ki, dəstək olacaqlar. Olmalıdırlar. Çünki bu cür insanlara dəstək olmaq hər birimizin borcudur. Fərqan bəy kimi gənclərimizi televiziyalarımız, radiolarımız tez-tez dəvət etməlidirlər. Onların minlərlə gənc üçün nə qədər böyük örnək olduqlarının fərqində olmalıdırlar. İstedadlarını insanların daha geniş görüb-bilməsinə dəstək olmalıdırlar. “Bəzi yanaşmaları görüb ruhdan yaman düşmüşəm” deyir Fərqan bəy və bu, söhbətimiz zamanı mənə ən çox təsir edən cümlə oldu. Onları ruhdan salan da bizlərik, ruhlarını gücləndirən də… Ona görə də hər bir imkanı olan insanımızı bu cür gənclərə dəstəyə çağırıram.

“Ailəni dolandırmaq üçün bəzən toylara, el şənliklərinə, tədbirlərə də gediridim. Bəziləri məni görən kimi “bu görməyən adam məclisi necə aparacaq, necə apara bilər” kimi sözlər deyirdilər və bu mənə yaman təsir edirdi” - deyir Fərqan qardaşımız. Amma o böyük istedadı, səsi, oxuduğu mahnılar, söylədiyi şeirlərlə bunu bu gün televiziya ekranlarından düşməyən bir çox müğənnilərdən daha yaxşı bacarır. Əziz Fərqan qardaşımıza və Yeganə bacımıza, onların qucağımdan düşməyən mələk balalarına Allahdan hər zaman mutluluq diləyirəm. Allah hər zaman yardımçıları olsun! (Fotolar üçün Fəxriyyə xanıma təşəkkürlər).

Tarix
2017.01.06 / 21:27
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirinin nəticələri

Prezident xatırlatdı: Duyğulu anlardı…

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Erməni zabitin xatirəsi: Bu qırğınla məqsədimizə çatdıq!

Güneydə əfsanəyə çevrilən ad

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla