Yuxarı

Telefonun bu başında ağlayırdım...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk dünyasının böyük şairi, dəyərli oğlu Zəlimxan Yaqubun vəfatının ildönümündə Fəxri Xiyabanda qəbirüstü abidəsinin açılışı oldu. Zaman nə qədər surətlə keçir…

Artıq 1 ildir aramızda yoxdur. Amma cismani. Əslində, o, hər gün aramızdadır. Gözəl şeirləri, maraqlı xatirələri ilə.

Mənə kiçik bacım deyərdi. Bu gün şairin gözəl xanımı “Qənirə xanım, ömrünün son günlərində iki insanın telefonunu yığmağımı istədi və danışdı. Bir siz, bir də Nizami Cəfərovla danışdı” dedi. Nur içində yatsın. O qədər gözəl xatirələri var, danışmaqla bitməz.

Çox kiçik yaşlarından tanıyırdım onu. Əmim Qəzənfər Paşayevlə tez-tez gələrdilər bizim evimizə. Sazlı-sözlü məclislər bəzən gecə saatlarına qədər davam edərdi. Rəhmətlik Zəlimxan Yaqub sadəcə Vətən Azərbaycanın deyil, bütün türk dünyasının böyük itkisidir.

Krımdan qayıdanda ona Qaspirallının qəbrini ziyarətim, evində olduğum zaman yaşadığım duyğulardan danışmışdım. Aradan bir müddət keçmiş zəng etdi. Krımdan danışırdı. "Sənin o söhbətin məni yaman duyğulandırmışdı. Gəldim buraları ziyarət etdim. Poemanı da elə buradan yazmağa başlamışam. Dinlə, oxuyacam indi sənə" dedi və telefonda söyləməyə başladı. Sonuna doğru səsi titrəyirdi. Mən də telefonun bu başında ağlayırdım. Bu qədər böyük sevgi vardı onun qəlbində türk dünyasına. Onun ağrısına üzülər, sevincinə sevinərdi.

İllər əvvəl "Peyğəmbər" poemasını yazdığı zaman bizə qonaq gəlmişdi. Biz az anamla da söhbət etdi və birdən “siz Allah adamısınız, ona görə də yeni yazdığım "Peyğəmbər" poemasından bir hissəni elə bu evdə oxusam yaxşıdır" dedi və söyləməyə başladı.

Heyranlıqla dinləyirdik.

O, bir Allah vergisi idi, fitri istedad idi. Onun qədər əzbərində şeir saxlayan ikinci bir insanı görmədim. Onu itirəndə təkcə insanlar deyil, söz də, ədəbiyyat da üzüldü. Çünki o şeirə marağı olmayan bir insanda da şeirə məhəbbət yarada bilirdi.

Kinsiz idi, səmimi idi Zəlimxan Yaqub. Bütün ömrü boyu əbədi ömür üçün yaşadı və onu qazandı. Və o hər zaman Azərbaycan ədəbiyyatında, tarixində yaşayacaq böyük bir şair kimi var olacaq.

Nur içində yat, Türk millətinin dəyərli oğlu!

Tarix
2017.01.09 / 20:50
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirinin nəticələri

Prezident xatırlatdı: Duyğulu anlardı…

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Erməni zabitin xatirəsi: Bu qırğınla məqsədimizə çatdıq!

Güneydə əfsanəyə çevrilən ad

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla