Yuxarı

Rüsvayçılığın təbliği və ya kişilər kişiliyini unudanda...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dünyada getdikcə artan və şüurlu şəkildə insanların təşviq edildiyi çox ciddi bir problem var: homoseksuallıq. Homoseksuallıq yayıldıqca və cəmiyyətdə qəbul olunduqca, dünya daha böyük uçuruma doğru sürüklənir, ona görə hər kəsin bu təhlükəyə qarşı çox diqqətli olması lazımdır.

2014-cü ildə Avroviziya Mahnı Müsabiqəsinin qalibi haqqında, yəqin ki, hamınız az və ya çox məlumat eşitmisiniz, xüsusilə onun mahnısından çox, cinsiyyəti haqqında...

59-cu dəfə təşkil olunan yarışmanın sonunda sms-səsvermə və peşəkar jüri seçimi nəticəsində Avroviziya-2014-ün qalibi 290 xal toplayan Avstriyanın transseksual iştirakçısı Konçita Vürst oldu. Bu mahnı müsabiqəsinindən daha çox, homoseksuallığın qalibiyyəti kimi yadda qaldı. Baxmayaraq ki, çox iyrənc, utanılmalı və gizlədilməli bir şey olduğu halda, bütün dünya səviyyəsində belə bir əxlaqın geniş reklam olunması bu məsələnin necə ciddi bir problem olduğunu göstərir. Xüsusilə son zamanlar dünyaca məşhur Holivud kinolarında homoseksuallığın çox adi hal olduğunu göstərən filmlər işıq üzü görür, insanlara da bu əxlaqın çox normal olması mesajı verilir. Hətta bəzi Hollivud ulduzları da cinsiyyətlərini dəyişərək bunun “normal hal” olmasını canlı göstərirlər.

Ötən ay ABŞ ordusunun başına ilk dəfə homoseksual olduğunu açıq şəkildə etiraf edən (openly gay) nazir gətirildi. Ordu naziri kimi fəaliyyətə başlayan Erik Fenninq Müdafiə naziri Eşton Karterdən sonra ordu komandanlığında ən yüksək vəzifəli şəxsdir. Yeni dövrdə əsgərlərin homoseksual olduqlarını açıq elan etmələrinə də icazə verilib. ABŞ ordusunda 65.000 homoseksual əsgər olduğu ehtimal edilir.

Yuxarıda saydığım hadisələr insanların nə qədər əxlaqi degenerasiya keçirdiyini göstərir. Bu əxlaqi degenerasiyanın bir qolu Avropadan gəlir və şüurlu şəkildə bütün dünyaya təbliğ olunur. Bu ölkələrdə insanların yaşamağı üçün iqtisadi şərait olduqca yüksəkdir və həyatda ehtiyac duyduqları elə bir problemləri də yoxdur. Bəs bunların həyatdan sıxılararaq belə iyrənc işlərə əl atmasının səbəbi nədir?

Səbəbi imansızlıqdır, Allah qorxularının olmamasıdır, dünyada yaradılış məqsədlərini bilməmələdir. Ali təhsil müəssisələrində də darvinist-materialist təlim keçirilir. Dünyanın özbaşına yarandığına, onları yaradan kimsə olmadığına, din əxlaqı ilə tərbiyə almadıqlarına görə gənclər həyatdan zövq almırlar, əldə etdiyi bütün nemətlər onlar üçün adiləşir və həyatdan zövq almaq üçün belə yollara əl atırlar.

Allah Quranda Lut peyğəmbərin göndərildiyi azğın qövm haqqında bunları bildirir:

Lutu da (elçi göndərdik). Bir zaman o öz qövmünə demişdi: "Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz? Siz, qadınları qoyub şəhvətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz, həddi aşmış adamlarsınız”.

Onun qövmünün cavabı: "Onları yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır” – deməkdən başqa bir şey olmamışdı. Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. O, geridə qalanlardan oldu. Biz onların üstünə (daşlardan) yağış yağdırdıq. Bir gör günahkarların aqibəti necə oldu. (Əraf surəsi, 80-84)

Yuxarıdakı ayələrdən də göründüyü kimi, insanı yaradan Allah onun nədən zövq alacağını və nəyi sevməyəcəyini bilir. Bir insan haramlara əl ataraq heç bir zaman xoşbəxt ola bilməz, hansı ki, Allah Quranda bizə halalları da bildirmiş, haramları da. Haramlar isə əllə sayılacaq qədər azdır. Bilin ki, bir insan səmimi olaraq Allaha yönələndə, Allahı üçün yaşayanda xoşbəxt ola bilər, hüzurlu həyat sürər. Əks halda, Allahın lənətlədiyi homoseksuallıq kimi cinsi azğınlıq həm insanın özünə, həm də bəşəriyyətə bəladır.

Tarix
2017.01.21 / 00:45
Müəllif
Nəzakət Bədirova
Şərhlər
Digər xəbərlər
KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla