Yuxarı

Ankarada ən böyük Azərbaycan bayrağı - Video

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prof. dr. Nuri Saryal. Qardaş Türkiyədə yaşayan azərbaycanlı böyük alim. ODTÜ-nin rektorlarından biri olmuş və illərlə Azərbaycan Kültür Dərnəyində Vətənimiz və Millətimiz üçün gözəl işlər görən aydın. Nuri Saryalı kimi aydınları gənclərimizin daha yaxşı tanıması lazımdır.

Ankarada ən böyük Azərbaycan bayrağı Nuri bəy Saryalın evinin önündən asılıb. Hər halda, mən 12 metr böyüklükdə Azərbaycan bayrağını Ankarada Nuri bəyin evindən başqa heç bir yerdə görməmişəm. Şəhərin mərkəz bölgələrindən birində şəxsi 3 mərtəbəli binanın önünə asılmış Azərbaycan bayrağını xeyli uzaqdan da görmək mümkündür. Evində ziyarət etdiyimiz Nuri Saryal Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri Mirismayıl Seyidzadənin ailəsində dünyaya gəlib, amma cümhuriyyətimizin sovetlər tərəfindən işğalından sonra bir çox aydınlar kimi, onların ailəsi də mühacirətə getməyə məcbur olub.

Çox savadlı olan Mirismayıl Seyidzadənin bacarığı yüksək qiymətləndirilib və Nuri Saryal bunun üçün böyük Atatürkə təşəkkürü bu gün də özünə borc bilir. Qardaş Türkiyədə yaşasalar da, bir gün belə Azərbaycanı unutmayıblar. Azərbaycanı anladıblar.

Türk dünyası sevdalısı bu gözəl ailə ilə görüşdən böyük zövq aldım. Mirismayıl Seyidzadənin “Bakı rüzgarı” kitabını hər kəs oxumalıdır. Türkiyə türkcəsində olan kitabı böyük maraqla oxudum. Nuri bəyin mələk üzlü gözəl xanımı, gözəl bir nəslin davamçısı olan Nəriman xanımla ailə qurmasında böyük Məhəmməd Əmin Rəsulzadənin və həyat yoldaşı Leyla xanımın xüsusi rolu olub. Maraqla danışırlar bu hekayəni. Aradan keçə uzun illər Nuri bəy və Nəriman xanımın sevgisini azalda bilməyib.

Sevgi və sayğının hökm sürdüyü bu evdə Nuri bəyi dəyərli qızı, gözəl dost, Azərbaycan və Türk dünyası sevdalısı Nilgün xanımla da gözəl söhbətlər etdik. Nuri bəy canlı bir tarixdir və onu dinləyərək çox şeyi öyrənə bilirsən. Söhbət o qədər maraqlı idi ki, az qalmışdı təyyarəyə gecikək. Ayrılanda “Bakıda görüşərik” dedik. Durğulandılar...

Allahdan bu gözəl ailəyə hər zaman yardımçı olmasını diləyirəm. Sadəcə Azərbaycan hüdudlarından kənarda yaşayanlar üçün deyil, elə Azərbaycan içində yaşayan minlərlə insan üçün də ən gözəl örnəklərdən biridirlər...

Qeyd. Prof.dr. Nuri Saryal Özgeçmişi tanıdaq:

2 sentyabr 1929. Bakı, Azərbaycanda, İsmayıl və Helena (doğ. Hoffmann) Seyidzadənin ailəsində doğulub. Helena 1935-ci ildə müsəlmanlığı qəbul edib və Leyla adını götürüb.

1931-ci ildə Türkiyə Cümhuriyyəti vətəndaşlığını alıb və “Saryal” soyadını qəbul edib.

1941-ci ildə Ankara Türk Maarif Cəmiyyeti (TED) ibtidai məktəbini, 1947-ci ildə Ankara Atatürk Liseyini bitirib.

1947-1948-ci illərdə Robert Kolej Mühəndislik Məktəbində (İstanbul) ingilis dili müəllimliyi ixtisasına yiyələnib.

1952-ci ildə Robert Kolej Mühəndislik Məktəbini mühəndis ixtisası ilə bitirib.

1952-1953 Purdue (İndiana, ABŞ) Universitetində ali mühəndis diploma alıb.

1953-1956-cı illərdə Berlin Texniki Universitetində (Almanya) elmlər doktoru adını qazanıb.

Ankara Orta Doğu Texniki Universitetində yardımcı docent kimi fəaliyyətə başlayıb. Bu universitetin dosentin, daha sonar professor adını qazanıb. 1977-79-cu illərdə isə rektor olub. daha sonar öz istəyi ilə istefa verərək, professor fəaliyyətinin 1996-cı ilə qədər sözügedən universitetdə davam etdirib.

1992-ci ildə Almaniya prezidenti tərəfindən birinci dərəcəli “Yüksək Ləyaqət Nişanı”nı alıb.

İctimai işlərdə çalışıb, çoxsaylı qurumlara başçılıq edib.

Tarix
2017.02.12 / 18:36
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirinin nəticələri

Prezident xatırlatdı: Duyğulu anlardı…

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Erməni zabitin xatirəsi: Bu qırğınla məqsədimizə çatdıq!

Güneydə əfsanəyə çevrilən ad

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla