Yuxarı

Sizə ürəyimizi verdik...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəlcə, sizə qabırğamızı verdik. Sonra ürəyimizi. İstəsəniz, dünyanın ilk transplantasiyası yerinə bunları da yaza bilərsiniz. Sadəcə, köçürmə əməliyyatını Yaradanın özü etmişdi.

Ən sonda kişilər sizlərin yolunda başlarını fəda etdilər. Lakin dünyanın yeganə savaşıdır ki, qadınların fəthi uğrunda verilən itkilər canlı aləmin varlığına, gələcəyinin təminatına və sülhə xidmət edir. Belə ölüm kədər və hüzn doğurmur. Ona görə də bir almanı yeyib cənnətdən çıxmağa dəyərdi - sizinlə birgəlik üçün.

Qadınlar dünyanın əbədi ətir brendidir. Heç zaman təravətini itirməyən və insanlığın üstünə çiləndikcə tükənməyən parfümü.

Sizi nənə, ana, bacı, ömür-gün yoldaşı, övlad, nəvə... kimi görmək çox xoşdur. Fransada saxlanan çəki etalonu, Britaniyada qorunan saatla müqayisədə siz hər yerdə - hər qitədə yalnız gözəllik mücəssiməsi olaraq qalacaqsınız.

Lakin Azərbaycan qadınları dünyanın ən gözəl yarısıdır. Klara Setkinin və ya Roza Lüksemburqun mübarizəsi olmasaydı belə, sizi sevgimizin ünvanı kimi göstərməyimiz üçün təqvimin bütün günlərini qırmızıya boyamağa dəyərdi.

Pafos və bəlağətsiz danışmağın mümkün olmadığı yeganə ünvan, statua, heykəl, müqəddəslik rəmzi sizsiniz!

Tanrı sizi qorusun, əziz qadınlar!

Tarix
2017.03.08 / 12:19
Müəllif
Zahid Oruc
Şərhlər
Digər xəbərlər

45-ci gün: Əliyevin və müqəddəs torpaqların qayıdışı

Əliyevin Marşal planı: Zahid Orucdan sensasion yazı

Əsas məsələ ləyaqətli və könüllü qayıdışdır

Bakıya qarşı böyük savaş: kuratorlar nələr ötürür…

Zəngəzurda Ordumuza qarşı "döyüşə atılan" çobanlar – Video

Mehriban xanımın siyasi obrazına baxış

Simonyanın müraciəti: Rus mediası Nikola sitəm edir

Xudafərinə görə Əliyevin İrana şok cavabı

Prezident xalqı xilas edir, hətta Əli Kərimlini də...

Onlara nəfəs aparatı çatmayacaq – Sensasion baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla