Yuxarı

İlham Əliyev gizli danışığı niyə açdı?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Bakı Vyanaya müraciət edib. Anjiy Kasprşikin - ömrünü Qafqaz müharibəsində keçirmiş qoca polyakın rəhbərlik etdiyi missiyanın üzvlərinin sayının artması onun mandatını aşması kimi qiymətləndirilərək, rəsmi izahat verilməsi tələb olunur.

Əslində atəşkəsin əldə olunduğu 1994-cü ildən bəri cəmi 5-6 nəfərlik heyətlə iki düşmən tərəfin arasında hakimlik etmək hər zaman təhlükəli iş olub. Axı keçmiş sovet ölkələri içərisində tərəf tutmadan münsiflik etmək və sülhyaratma qüvvələri rolunda çıxış etmək qətiyyən qibtəylə qarşılana bilməzdi. Lakin o vaxtdan bəri Rusiyanın qorxusundan ATƏT-in Budapeşt sammiti çərçivəsində verilən qərarı yerinə yetirə bilməyən qurum birdən-birə Qarabağda emissarlarını artırmaqla hansı məqsədləri güddüyünü təyin etmək o qədər çətin deyil.

Avropada ermənilər və azərbaycanlılar arasında böyük müharibənin qaçılmaz olduğunu yəqin etdikcə, regiona diqqət artacaq və müşahidə missiyası adı altında hərbi kəşfiyyat qüvvələri yeridilməkdə davam edəcək.

Əslində Dördgünlük müharibəyə qədər erməni diplomatiyası sülh müqaviləsinin imzalanmasından daha çox beynəlxalq dairələrdən Azərbaycanın müharibə hüququnun əlindən alınmasını tələb edirdi. Məhz o səbəbdən son 5 ildə Parisdən Cenevrədəyək böyük bir diplomatik zolaqda Sərkisyan-Nalbəndyanın əsas ağırlıq verdiyi formul təmas xəttinə nəzarət qurğularının yerləşdirilməsinə razılıq almaq idi. Hətta amerikalı həmsədr Uolrikin 2014-cü ilin avqustunda çoxsaylı itkilərlə müşaiyət olunan lokal toqquşmalarından sonra verdiyi bəyanat da rəsmi İrəvanın istəklərinə uyğun olduğundan Azərbaycana təzyiqlərin artacağı şəksiz idi. Vaşinqtonla sinxron hərəkətlərin edildiyini az sonra tam aydınlığı ilə görmək mümkün oldu. Dövlət katibi Con Kerri Bakı ilə məlum soyuq münasibətlər fonunda açıq şəkildə Amerikanın hər vəchlə bölgəyə kamufulyaj edilmiş dəstələr şəklində gəlməsini vacib şərt kimi irəli sürdü. Bəlli oldu ki, bütün səngərlərin yerləşdiyi ən ağır relyef şəraitlərini belə daimi ekranda müşahidə etməyə imkan verən qurğular məhz Amerika şirkəti tərəfindən hazırlanıb və Prezident İlham Əliyev razılıq verdiyi günü onu gətirib quraşdırcaqlar. Lakin hərbi radarların obyektivinə düşəcək ən adi atəşin fiksasiya edilərək Qərb paytaxtlarına ötürülməsi və Moskvanın bölgədəki kəşfiyyat, həmçinin peyk nəzarətinə zərbə vurulması o vaxtlar Azərbaycanın təklənməsinin qarşısını aldı.

Nəhayət, aprel məğlubiyyətindən sonra Sərkisyan rejiminin danışıqlara yenidən qayıtmaq üçün yeganə şərt kimi təzədən həmin istəklərini ultimativ şəkildə ortaya qoyması Prezident İlham Əliyevi bağlı qapılar arxasında gedən savaşı ictimailəşdirməyə vadar etdi. Azərbaycan rəhbəri prinsipial olaraq böyük sülh sazişi imzalanmadan və işğalçı qoşunlar ərazilərdən çıxarılmadan Anjiy Kasprşikin idarəsinin genişlənməyinə qəti yox deyiləcəyini bildirdi. Razılaşın ki, söhbət çox riskli bir məsələdən getdiyindən, burada seçilən sərt mövqe Avroatlantik qüvvələrin Qarabağda yerləşdirilməsinə qarşı çıxmaq səciyyəsi daşıyırdı.

Ötən bir il ərzində danışıqların iflasa uğradılması da sanki Vaşinqton və Parisin məqsədyönlü şəkildə hərbi amilin güclənməsinə şərait yaradılması istəklərindən xəbər verirdi. Yəni, savaş yenidən başlasın və böyük hərbi monitorları gətirib Tərtərin ön cəbhəsindən Beyləqanın səhralıq və yarğanlıqdan ibarət çöllərinə düzməyə əsas yaransın.

Fransa Prezidenti Olandın son bəyənatının - yəni, müharibə istəyən tərəfin cəzalandırılması və sanksiyalara məruz qoyulması təhdidinin erməni informasiya məkanında yüksək əhval-ruhiyyə ilə qəbul olunması da dediyimizə sübutdur. Erməni diplomatiyası uğur qazandığını zənn edərək, birtərəfli qaydada belə bir qərar verilməsinə ATƏT-in tam əsasının olduğunu təsdiq etməyə çalışır.

Belə çıxır ki, son 7 ildə 20 milyard dollardan artıq silah almış ölkə əl-qolunun bağlanmasına razılıq verərək işğal faktını tanımalıdır. Çünki əsgərlərin ayaqyolu üzərinə yapışıdırılmış BÖYÜK EKRAN Corc Oruelin 70 il əvvəlki fəhmi ilə peyğmbərcəsinə cızdığı ssenari üzrə hamını total nəzarəti altında saxlayacaqdır. Belə olanda yüzminlərlə ordunu saxlamağın mənası nədir - bu suala heç bir qərbli çinovnik cavab verə bilməz.

İndiyədək harada - Yəməndə, Suriyada, Ukraynada, yoxsa sovetlərdən miras qalmış digər münaqişələrdə vuruşan tərəfləri monitor vasitəsilə izləməyi tələb etmək heç kəsin ağlına gəlməyib. Özü də “Vikiliks”in son ifşasına - modemlərdən televiziyalara qədər elektron casusluğunu tüğyan elədiyi bir əsrdə nədən ATƏT vasitəsilə gətirib Ağdərəyə cihaz qurmaq gərək olduğunu heç kəs əsaslandıra bilmir.

Axı status-kvonu saxlamaq üçün təklif olunan bu yol daha böyük hərbi toqquşmaya nədən ola bilər. Özü də məxfi kabinetlərdə Azərbaycan generallarının hazırladığı taktiki əməliyyatları bəlli mərkəzlərdən müşahidə edib, onun deşifrəsini aparıb düşmən tərəfinə verilməyəcəyinə heç kəsin zəmanəti ola bilməz. Sən ən son model hərbi texnika-texnologiyanı gətirib səngərin yaxın periferiyasında quraşdır, ondan sonra da özünü Allahın deyil, statusu tanınmamış beynəlxalq vasitəçilərin izləmə qurğularının obyektivinə ver - bu heç bir məntiqə sığmır və faktiki təslimçiliyə bərabər siyasət olardı.

Anjiy Kasprşikin kimə işlədiyini bir kənara qoysaq, adamın son 20 ilin ən yaxşı səhra məhkəməsi kimi Azərbaycanın coğrafiyasını əzbər bildiyinə şübhə yeri yoxdur. Ona vətəndaşlıq pasportu verib daimi mənzillə təmin etmək də olar. Çünki belə məlumatlı adam kəşfiyyat sirləri ilə hər bir tərəfin gücünün atrmasında rol oynaya bilər. Ona görə rəsmi Bakı Vyanadan izahat tələb edəndə yaxşı bilir ki, Avropa Birliyi Rusiyanın Qafqazlarda təkbaşına müharibə çıxarmaq planını qəbul etmək istəmir.

Nəqliyyatın intellektual idarəolunması layihəsini ləğv edib əvəzində 100 metrlik məsafədə üz-üzə dayanmış orduların başının üstünü kəsdirmək gerçəkdən Qarabağ müharibəsinin inhisarçılığına son mismarı çalmaq deməkdir. Təsəvvür edin ki, səhra komandirlərimiz ATƏT-in baş idarəsinə gedib hər səhər erməni tərəfinə bir güllə atmaq üçün icazə istəyir - absurd teatrıdır, deyilmi?

Bəs elə olanda 42 il əvvəl Helsinkidə Avropanın təhlükəsizliyi və bütövlüyü üçün qəbul olunmuş nizamnaməni - hüquqi deklarasiyaları hansı tankın-topun lüləsinin qabağına qoymaq gərək olacaq?

Təqaüd yaşını səngərdə keçirən avropalı səfir Kasprşikin Qriboyedov missiyası Murovdağının qarlı ətəklərində davam edir. Nə vaxta kimi?

Tarix
2017.03.13 / 13:41
Müəllif
Zahid Oruc
Oxunub
9 327
Şərhlər
Digər xəbərlər

45-ci gün: Əliyevin və müqəddəs torpaqların qayıdışı

Əliyevin Marşal planı: Zahid Orucdan sensasion yazı

Əsas məsələ ləyaqətli və könüllü qayıdışdır

Bakıya qarşı böyük savaş: kuratorlar nələr ötürür…

Zəngəzurda Ordumuza qarşı "döyüşə atılan" çobanlar – Video

Mehriban xanımın siyasi obrazına baxış

Simonyanın müraciəti: Rus mediası Nikola sitəm edir

Xudafərinə görə Əliyevin İrana şok cavabı

Prezident xalqı xilas edir, hətta Əli Kərimlini də...

Onlara nəfəs aparatı çatmayacaq – Sensasion baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla