Yuxarı

Anasının cəsədi ilə oynayan körpələr

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava hücumu: 6-sı uşaq olmaqla, 14 ölü;

Hökumət qüvvələri hücuma keçdi: 15-i uşaq olmaqla, 30 ölü;

Rusiya səhvən xəstəxananı bombaladı: 3-ü uşaq olmaqla, 9 ölü;

Kimliyi bilinməyən qüvvələr məktəbi bombaladı: 22-si məktəbli olmaqla, 28 ölü...

Bu vətəndaş müharibəsi deyil, aşkar soyqırımdır. Körpələrin iki qarış torpaq, bir ovuc neft, bir qucaq dollara görə qırğına verilməsi təkcə insanlığın yox, bütün canlı aləmin sonunu gətirir.

Əvvəl bu dəhşətləri əks etdirən videolar böyük bir qəzəblə paylaşılır, müzakirə olunurdu. İndi insanlar əhvallarını pozmamaq üçün heç videoları açmır, xəbər başlıqlarını görəndə yan keçir. Asan deyil, 2011-ci ildən 6 il keçib. Altı ildir ki, hər gün onlarla körpə qətlə yetirilir, atasının, anasının cəsədi ilə oynayır, anadan, atadan şikəst qalır.

YUNİSEF bəyanat yaydı ötən gün: 2016-cı il Suriyada tələf olan körpələr “rekord həddə çatıb” – 650-dən çox.

Bu bəyanatı yayan təşkilat 1954-cü ildə uşaq hüquqlarının qorunması üçün qurulmuş BMT Uşaq Fondudur. İndi onun vəzifəsi statistikanı açıqlamaqdan ibarətdir. Daha olmayan uşaqların hüquqlarını qoruya bilmir. YUNİSEF daha uşaq tapmır ki, hüquqlarını qorusun.

Allahın üz döndərdiyi körpələrdən YUNİSEF də üz döndərib.

Bir video var idi, azyaşlı oğlan uşağı ağlayaraq danışırdı: “Bəşər Əsəd bizi məhv etdi. Biz ona nə etmişdik? Biz buna layiq heç nə etməmişdik. Əsəd bizi öldürür. Biz ona nə etmişik? Nə etmişik?”

5-6 yaşlarındakı uşağın belə bir sual ünvanlanması, hıçqıraraq göz yaşı axıtmasından faciəvi nə ola bilər? Siyasətin çirkabına qarışan, hər gün diri-diri ölən, doğmalarını uçqunlar altında itirən bu uşaqlar sağ qalsa belə, həyata necə sarılacaq? Necə yenidən gülümsəyəcək?

Müharibənin öz qanunları var, təlafat mütləqdir, anlayıram. Amma bu, müharibə deyil. Bir müharibədə ki əsgərdən çox sivil ölür, bir müharibədə ki hərbi baza yerinə məktəb və xəstəxana bombalanır, bir müharibədə ki körpələr ən yüksək hava texnologiyaları ilə qətlə yetirilir...

Müharibənin də şərəfi olmalıdı. Tarix belə şərəfsiz müharibə görməyib.

Düşünürdüm ki, o uşaqlara yalnız dua ilə kömək edə bilərəm. Amma hər duadan sonra daha dəhşətli xəbər başlıqları gördükdən sonra dua etməyi tərgitdim. Daha dua belə etməyə qorxuram.

Əvvəl elə bilirdim ərəblərin Allahı bizimkindən böyükdü – Quranın dilinə görə.

Deyəsən, ərəblərin Allahı heç yox imiş...

Tarix
2017.03.13 / 21:36
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin xidmətləri qiymətləndirilmir

ABŞ eksperti: Zəngəzur – İƏT-in ən strateji layihəsidir

İrəvan Zəngəzur dəhlizindən buna görə qorxur - Video

Markov: Qarabağda İrəvanın işğal etdiyi 3 növ ərazi vardı

Soçidə 3 əsas məsələ gündəmdə olacaq - Markov

Soçi görüşündən gözləntim budur – Krutakov

Terrorizm ermənilərin mentalitetindədir – İsrail eksperti

Putin İrəvana təzyiq etməlidir - Pakistanlı analitik

İrəvan nə təxribata, nə də terrora son qoyacaq - Sıtin

Putin Bakıya münasibətini rəsmən bəyan etdi - Korıbko

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla