Yuxarı

Şəmsin Konyaya gəlişi və Rumi ilə görüşü (IV yazı)

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəms Təbrizi də bir qələndəri şeyxi idi və öz müridləri ilə birlikdə monqol ordusunun tərkibində Anadoluya gəlmişdi.

Əlbəttə ki, Şəms və onun müridləri döyüşlərə kənardan durub tamaşa etməmişdilər, əksinə onlar da monqollarla birlikdə döyüşmüş və monqol ordusunun Anadolu torpaqlarında törətdiyi qırğınlarda aktiv iştirakçı olmuşdular.

Monqollar Anadolunu tərk etdikdən, yəni Qeysəri qırğınından bir neçə ay sonra Şəms Təbrizi Konyaya gəlir və Cəlaləddin Rumi ilə görüşür. Mövləvi qaynaqlarında deyilənə görə, bu görüşdən sonra onlar xəlvətə çəkilmiş, təxminən üç il birlikdə yaşamış və bu müddət ərzində heç kimlə görüşməmişlər. Xəlvətə çəkildiklərinə görə, Mövlanə artıq mədrəsəyə də getmirmiş. Belə uzun müddət xəlvətdə qaldıqlarına görə, Mövlanə ilə Şəms arasında sevgi-məhəbbət münasibətlərinin olduğunu söyləyənlər də olub, amma onların arasında belə münasibətlərin olduğunu isbatlayan dəlillər olmadığndan nə bu fikirlərlə razılaşıram, nə də bu mövzuya toxunuram.

Onu da qeyd etməliyəm ki, Şəms Təbrizi ilə görüşəndə təxminən 37-38 yaşlarında olan Mövlanənin həmin vaxta qədər şer yazdığı məlum deyil. Məhz Şəms Təbrizi ilə tanışlıqdan sonra Mövlanənin içində çox qüdrətli bir şair oyanır və o, şeir yazmağa başlayır. Buradan belə nəticəyə gəlmək olar ki, xəlvətə çəkildikləri müddətdə Mövlanə Şəms Təbrizidən bir çox şeyləri, o cümlədən qədim İran mədəniyyətini və şeir sənətini öyrənib.

Beləliklə, Şəmslə görüşəndən sonra, Mövlanə şer yazmağa başalyır. Onun yazdığı şerləri oxuyanda Mövlanənin fitrətən şair və şeir yazmaqda çox böyük qabiliyyət sahibi olduğunu görürük. Bu, danılmazdır.

Çox güman ki, "Məsnəvi"nin 1-ci dəftərini də Mövlanə xəlvətdə ikən Şəms Təbrizi ilə birlikdə yazıb. Məhz 1-ci dəftərdə bu iki şəxs öz fikirlərini, fəlsəfi-təsəvvüfi görüşlərini, hətta hüluliyyə anlayışını izah ediblər. Bu dəftərdə nə sosial, nə də tarixi hadisələrdən söhbət açılır, yalnız ideoloji məsələlərə toxunulur.

Qələndərilərin bir çoxu kimi Şəms Təbrizi özü də "hüluliyyə" məzhəbinə mənsub idi. Məncə, bu məqamda "hülul" inancının nə olduğunu izah etməyə ehtiyac var. Məcusilərə görə, insan bol-bol riyazət (nəfsə qarşı çıxmaq, onun istədiklərini etməmək) və mücahidə (nəfsin istəmədiklərini etmək) edərək Allahın insana hülul (nüfuz) etməsinə nail olmaq mümkündür. Onların inancına görə, bu çalışmalar zamanı elə bir an yetişir ki, Allah insanın mənliyinə nüfuz (hülul) edir. Həmin andan etibarən, mənliyinə Allahın hülul etdiyi insan Allaha çevrilir və onun söylədiklərini də Allah söyləmiş olur. Burada qeyd etməliyəm ki, "hülul" anlayışı islama tərs bir inancdır və küfrdür.

Cəlaləddin Rumunin оğlu Sultan Vələdin "Və­lədnamə" əsərindəki bir rəvayətə görə, Mövlanənın Şəm­sə оlan еşqi-məhəbbəti, Musanın Xızır pеyğəmbərə оlan m­əhəbbəti kimi idi, yəni Musa peyğəmbər özünün rəsulluq məqa­mı, "Kəlimullah" ləqəbi ilə yеnidən Tanrı bəndələrini ax­tardığı kimi, Mövlanə da özünün ağlı-kamalı, hörməti-izzəti оla-оla yе­nə də ağıl-kamal dalınca gəzir, özünə mürşid axtarırdı. Nəhayət ağıl-ka­mal və qеyrət timsalı оlan Şəmsəddini tapdı və оnun müridi оl­du. Başını оnun qədəmlərinə qоydu və оnun Nuruyla Nurlandı.

Tarix
2013.11.13 / 09:53
Müəllif
Elşad Əliyev
Şərhlər
Digər xəbərlər

Musa peyğəmbərin görüşdüyü Allah bəndəsi mələkdir...

“Ay eşşək, niyə Quran deyil?!”

“Məsnəvi”dən qısa məzmunlar və hədəflər

Ruminin Şəmsin qatilləri ilə savaşı - VII hissə

Şəmsin Konyadan qaçması və qətli - VI hissə

Ruminin Kimyanı Şəmsə verməsinin səbəbi (V hissə)

Mövlanə Cəlaləddinin sirləri (III yazı)

Mövlanə Cəlaləddinin sirləri (II yazı)

Mövlanə Cəlaləddinin sirləri (I yazı)

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla