Yuxarı

İrandan niyə səs çıxmır?..

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hərbi hava qüvvələrinin Suriyada Şayrat hava bazasına endirdiyi raket zərbəsi bir çox ərəb ölkələri və AB üzvləri tərəfindən dəstəklənsə də, İran və Rusiya tərəfindən şiddətlə pislənib.

ABŞ-ın hücumundan bir neçə saat sonra İran bu hadisəyə öz etirazını bildirsə də, hələ indiyə qədər ciddi bir addım atmağa səy göstərməyib. Bu məsələdən belə aydın olur ki, İran rəsmiləri hələlik ehtiyatlı davranmagı üstün tutur. Bir cox siyasi şərhçilərin fikrincə, İran və Rusiya, ABŞ-ın atacağı növbəti addımın hansı formada olacağını təxmin edə bilmədiyi üçün necə reaksia verəcəklərini də dəqiqləşdirə bilmirlər. Əslində, bir tərəfdən bu hücumları ABŞ-ın Bəşər Əsədi cəzalandırması müstəvisində nəzərə alsaq, belə olan halda hücumlar bununla da dayandırıla bilər. Digər tərəfdən isə bu addımı Əsəd hakimiyyətinə son qoymaq prosesinin başlanğıcı kimi də dəyərləndirmək mümkündür. Belə olan halda isə ABŞ hərbi qüvvələri Suriyada daha fəal iştirak edəcək və Rusiya tərəfini hər hansı bir yolla razı salmağa çalışacaqdır. Hər iki halda Əsədin müttəfiqləri və hamisi olan tərəflər buna uyğun mövqe tutmalı olacaqlar.

Hadisələr ikinci etapda ciddiləşməyə doğru gedərsə, İran, Əsədi qorumaq, ya da yarı yolda buraxmaq barədə qərar qəbul edəcək. Amma hələ hadisələrin yetərincə ciddiləşmədiyini düşünən rəsmi Tehran Əsədi dəstəkləməyi davam etdirməyi düşünür. Lakin bu hadisədən sonra rəsmi Tehran Trampın görünməyən digər üzünü gördüyündən öz müdafiə sistemini gücləndirməyə çalışacaq.

Hadisələrin bu müstəvidə inkişafı bir tərəfdən İrana ciddi xəbərdarlıq sayılsa da, İranın mövqeyini gücləndirməyə zəmin yaratması baxımından bu mərhələyə qədər onun maraqlarına uyğundur. Belə ki, hadisələrin gedişatından razı olmayan Rusiya İranla müttəfiqliyin sarsılmasına izn verməyəcək və hətta İranın müdafiə sistemini gücləndirmək tələblərinə də müsbət baxacaq.

ABŞ-ın hücumdan əvvəl Rusiya rəsmilərini məlumatlandırması o deməkdir ki, rus hərbçilərinin və hərbi təchizatların bu hücum zamanı xəsarət görməməsi istənilib. Suriya isə ABŞ-ın hücumlarından özünü qorumaq üçün lazimi hərbi texnikaya malik deyil. Hücum zamanı Rusiyanın Suriyada olan müdafiə sistemi də işə düşməyib. Hücumların davam etdirilməsi bundan sonra Suriya–ABŞ müharibəsindən ABŞ-Rusiya müharibəsinə acıq şəkildə kecid deməkdir. ABŞ bunun nəticələrinin ağır olacağını düşünərək daha ciddi hücumlardan imtina edə bilər. Lakin bir tərəfdən diplomatik fəallığın artması, digər tərəfdən Əsəd müxaliflərinin daha gücləndirilməsi gözləniləndir. Burada isə əsas məqsəd Rusiyanı Suriya bataqlığında saxlamaq və problemin həllinin uzadılmasına xidmət edəcək.

Növbəti mərhələdə Rusiyanın Suriyanı ABŞ hücumlarından qorumaq məqsədi ilə müdafiə sistemləri ilə təmin edəcəyi, İran və Hizbullahın isə Suriyada Rusiya ilə birlikdə daha ciddi addımlar atacağı gözlənilir. Bu isə o deməkdir ki, ABŞ İran və Rusiyanı müttəfiq olaraq Suriya bataqlığında uzun müddətli məşğul etmək fikrindədir.

Son günlərdə ABŞ və Rusiya arasında pərdəarxası danışıqların başlanmasına dair bir sıra söz-söhbət vardı. Bu pərdəarxası danışıqların əsas mövzularından biri də Rusiya-İran münasibətləri olub. Rusiya və Amerika razılığa gələcəyi təqdirdə İranın mənafeyinin nəzərə alınmayacağı ehtimal olunurdu. ABŞ-ın son hücumu Rusiya üçün İran kimi müttəfiqi daha etibarlı hala gətirmiş oldu. Hər iki ölkənin Suriyada mənafeyi üst-üstə düşdüyündən bu ittifaqın yaxın zamanlarda dağılacağı ehtimal olunmur.

Bütün hallarda Suriyada baş verənlər getdikcə regionda gərginliyin artmasına, İran və ərəb dünyası, həmçinin Türkiyə arasında ixtilafların getdikcə dərinləşməsinə, minlərlə İran hərbçisinin Suriyada həlak olmasına səbəb olub.

İranın Əsəd hakimiyyətini nəyin bahasına olursa-olsun, qoruması onun regionda təcrid olunmasına, həm də böyük həcmdə maddi vəsaitlərin xərclənməsinə zərurət yaradıb.

Lakin qeyd etmək lazımdır ki, bütün bunlara baxmayaraq, İran Suriya məsələsində və hətta digər məsələlərdə ABŞ-la birbaşa qarşı-qarşıya gəlməkdən çəkinir. Golan təpələrində İran İnqilab Keşikciləri Korpusunun generalı İsrail hərbiçiləri tərəfindən qətlə yetirilən zaman İran heç bir ciddi reaksiya vermədi.

İran rəsmilərinin ABŞ-la qarşı-qarşıya gələ biləcək hansısa addım atmağa cəsarət etməyəcəyi göz önündədir. Digər tərəfdən Tramp Obama kimi səbirli və məntiqə uyğun siyasət yeridən bir lider deyil. Görünən odur ki, hadisələrin bu tərzdə gedişi İranda 3 ay sonra keçiriləcək prezident seçkilərinə indidən öz təsirini göstərməyə başlayıb və mühafizəkarlar əllərində olan ən güclü namizədləri seçkilərə qatılmağa təşviq edib. Bu isə Trampın qarşısına daha mühafizəkar lider çıxartmaq siyasətindən başqa bir şey demək deyildir.

Tarix
2017.04.11 / 17:48
Müəllif
Əlirza Zəmani
Şərhlər
Digər xəbərlər

İran ABŞ və İsraili “Xeybərşekən”lə hədələdi

“İRNA-Azəri” adı artıq təxribatdır: niyə izn verilir?

Siz 40 milyonu unutmusuz – Bayramınız mübarək

Güneyli yazardan Nurullayevə şillə kimi cavab

İran bəslədiyi azərbaycanlı terrorçuları həbs edib?

Əliyevin liderliyi ilə Vahid Azərbaycan uğrunda…

Mollakratiya mediasından ölkəmizə qarşı əxlaqsızlıq

İranın sabiq naziri: Ölkə rəsmiləri cinayətkardır!

Dünya Kuboku xalçası Təbrizdə toxundu - Foto

Almaniya İranla bağlı layihəni qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla