Yuxarı

Bu savaşı da uduzacağıqsa...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən gün mətbuatda yayıldı ki, Türkiyədə erməni şairi Sayat Novanın serləri kitab şəklində dərc olunub. Yəqin ki, Türkiyə bu addımı ona görə atıb ki, ermənilərin xoşuna gəlsin.

Nə deyə bilərik? Xarici də, daxili də siyasət onların. Amma məsələ ondadır ki, Türkiyə ermənilərin könlünü almaq istəyəndə bizim haqqımıza girməkdən çəkinmir.

Çünki adı çəkilən şairin kitabı dərc olunanda Əhməd Cavadın Türkiyədə məşhur olan, hər il ən azından on dəfə bu ölkədə tədbir və tv-lərdə səsləndirilən "Çırpınırdı qara dəniz" şeiri də necə deyərlər, Sayat Novaya "hədiyyə" edilib.

Bu xəbər yayılandan sonra Azərbaycan Mədəniyyət nazirliyinə zəng vurduq. Bu məsələ ilə bağlı nazirliyin münasibətini öyrənmək istədik. Bəlli oldu ki, nazirliyin bu məsələdən heç xəbəri yoxdur. Halbuki xəbər artıq necə saat idi ki, mətbuatda yayılmışdı.

Yaxşı bunu da keçdik. Xəbəri verdik və ondan sonra öyrənmək istədik ki, yaxşı, indi nə kimi tədbir görüləcək. "Siz bir azdan zəng edin" deyib dəstəyi asdılar. Sonra da etdiyimiz zənglərə cavab verən olmadı.

Bir müddət öncə Türkiyədə olarkən oradakı jurnalist və yazar dostlarla söhbət zamanı mən Azərbaycanda olan ilklərdən - Şərqdə ilk musiqinin nota köçürülməsindən, Üzeyir Hacıbəyovdan, ilk teatrın burda yaranmasından, qəzetin burda dərc olunmasından danışdım. Bəlli odu ki, bu adi məlumatlardan orda kimsənin xəbəri yoxdur.
Amma bizim 10 yaşlı uşaq az qala Osmanlı imperiyasının tarixini bilir.

Özü də bu təbliğatı sadə türk vətəndaşı aparmır.

Bu işi Türkiyə TV kanalları edir. Hər gün izlənilən tarixi və müasir dövrü əks etdirən seriallar, dinlənilən musiqilər demək olar ki, bizi öz mədəniyyətimizdən uzaqlaşdırıb. Amma buna görə Türkiyəni qınamağa dəyməz. Buna qarşı biz Türkiyə kanallarının burda izlənməsini qadağan edə bilmərik. Sadəcə, öz mədəniyyətimizi bu "savaşda" daha yaxşı təqdim edib onun öncəliyini təmin etməliyik. Mədəniyyətlərin "savaşında" da savaşmağı bacara bilməyəcəyiksə, daha bəhanələri səbəbə çevirməkdən vaz keçib özümüz-özümüzə bəzi şeyləri etiraf etməliyik.

Ən adi proqramdan tutmuş, xəbərə qədər Türkiyədən asılı vəziyyət salınmış Azərbaycan izləyicisi məncə, öz ölkəsində də normal verilişlərə baxmaqdan imtina etməz.

İllərdir ki, Azərbaycanın tanıdılması və varlığının dünyaya duyurulması haqqında özümüz deyib özümüz də eşidirik. Bizim haqqımızda deyilən, danışılan hər şeyə elə ölkə içində odlu-odlu cavablar verib az qala dünyanı o sözü deyənin başına uçururuq. Amma burda, ölkənin içində...

Öz kölgəmizlə danışırıq sanki... Sonra da qalxıb deyirik ki, ermənilər yaman saxtakar və yaramaz millətdir.
Yaxşı, onları saxtakar elan etməklə biz daha səmimi oluruq?

Onları abırsız elan etməklə biz daha abırlı oluruq?

Sadəcə, öz bacarıqsızlığımızı və tənbəlliyimizi başqasının işgüzarlığında gizlədib etmədiklərimizin səbəbini və səbəbkarlarını kənarda axtarmaqla özümüzü sakitləşdirməyə çalışırıq. Bu bir növ etdiyinin əzabından xilas olmaq üçün vicdanına təsir etmək kimidir. Ya da bəlkə biz öz vicdanımıza xitab etməmək üçün bu bəhanələri uydurub həqiqətləri yalanımızın kölgəsindən çıxmağa imkan vermirik.

Beləcə, hər şeydə və hər savaşda uduzuruq. Sonra da bu məğlubiyyətlə barışıb uduzmanın səbəblərini "tapıb" ah-zarla işimizi bitmiş bilirik.

Biz nəyisə əvvəldən bilə bilmirik, nədirsə, elə cavab verən durumunda oluruq. Əleyhimizə baş verən hər şeydən sonra xəbər tuturuq, amma dərd ondadır ki, heç bundan sonra da düz-əməlli bir reaksiya olmur.

Məsələn, Rusiyada kulinariya kitabı çıxır, orda milli yeməklərimiz ermənilərin adına yazılır. İş işdən keçəndən sonra elə burda, ölkənin içdə bir- iki söz deyib otururuq.

ABŞ-da xəritə yayınlanır, orda Qarabağ Ermənisatanın sərhədləri içində göstərilir, yenə də eyni şey...
Türkiyədə erməni şairinin kitabı çıxır və Əhməd Cavadın az qala hamıya bəlli olan müəlliflik haqqı tapdanır, bir söz deyən yox!

Çünki bizim iş prinsipimiz budur, arxadan daş atmaq...

Hələ onu da ata biliriksə...

Tarix
2014.05.08 / 09:00
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Bunu müşavir etməz, əyan edər

Evi yıxılmış təhsil

“Qadın özünü kraliça elan etməlidir...”

Cərrah, yoxsa gilyotin bıçağı

“İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır”

Göydə gəzən avtomobillər

Günahkar erməni deyil

Firudin Cəlilov: “Həyatımda o qədər səhv, günah etmişəm ki...”

Cazibəli rus tələsi

Artıq ölə bilərəmmi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla