Yuxarı

Radikal ayinlərə nifrət edirəm

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaq vaxtı şiəliyin nə olduğunu bilmirdim. Məhərrəm ayı daxil olan kimi biz uşaqların da müsibəti başlardı. Elə yanıqlı mərsiyələr deyilərdi ki, adamın saçı ürpəşərdi, hamının çöhrəsinə kədər qonardı, insanlar bir-biri ilə doğma balası ölmüş adam kimi davranardı. Kişilərin gözündən gildir-gildir yaş axmağını, nalə çəkib ağlamağını ilk dəfə aşura mərasimində görmüşdüm. Bu olay adamı sarsıtsa da qəribə bir toxdaxlıq verərdi. Göz yaşı ilə bərabər adamın bütün mənfi enerjisi çıxardı. Adamlar daha təbii görünərdi, imanın dərəcəsi insanların davranışları ilə ölçülərdi...

Uşaq vaxtı çox dəcəl idim, ancaq hər dəfə belə olayların şahidi olanda yazıqlaşardım, canıma vəlvələ düşərdi. Dərs oxumağa da həvəs olmazdı, süstlük, ətalət basırdı.

Evlərdə dövlət məmurlarından gizlin teşt qoyulardı, kəndin qadınları yığışıb ağlayardı. Kişilər isə daha çox məscidin həyətində düzənlənmiş mərasimə qatılardılar. Mərasimdə iştirak etməyənlər elin qınağına tuş gələrdi. Bir də ki, insanlar şəbihlərə baxmaqda sanki maraqlı görünürdü, ildə 10 gün heç kimin işinə mane olmurdu, əksinə, hər kəs bunu özünə borc, savab və müstəhəb iş sanardı.

Kəndin düz ortasında məsciddən azca aralı bir inanc yeri - ocaq vardı. Hər kəsin əlavə bir ümid yeri idi. Nəzir qutusunu ocağın içindəki yastı dairəvi içi oyuq daş əvəz edərdi. İnsanlar nəzir qoyub, ocaq sahibindən nicat, şəfa istəyərdi...

Ocağın yanı hər kəsin toplaşdığı yer idi, çünki məscid də, dükan da, məktəb də yaxınlığındaydı. Aşura mərasimi də məhz burda təşkil olunar, insanlar "şaxsey-vaxsey" deyib sinə döyərdilər.

Ələm götürmə səhnəsində iştirak etmək hər adamın işi deyildi. Ələmin cuşa gəldiyini görəndə bütün şək-şübhələrimizi boğmağa çalışardıq, ələmin qorxusundan "Ya Hüseyn, Ya Hüseyn", "vaveyla" deyib sinə döyərdik ki, ələm, yəni tuğ bizə toxunmasın…

Kimsənin dəstədən ayrılmağa, şəkk ilə yanaşmağa, ayinləri yerinə yetirməməyə cürəti çatmazdı, çünki hər kəs ələmin insanların içindən keçənləri duyduğunu deyirdi. Ona görə də adamlar inanclı görünməyə çalışardı. Rəngli yaylıqlarla bəzədilmiş tuğ adamı vahiməyə salardı...

Bu ayinlər gündüz icra olunardı. Şönük düşən kimi kənddə "vaveyla", "Ya Hüseyn" səsləri gələrdi...

Cavanlar ələmlə qapı-qapı düşüb ev sahibinə çoxlu dualar edib nəzir alardı. Həmin ayində ən məhşur fraza "Yezidə, Şümürə lənət" idi.

Mərasim bitən kimi nəzir pulları dəstə arasında bölünər, yığılmış puldan ələm gəzdirənin haqqı ikiqat ödənilərdi. Bəzən pul üstündə dəstə arasında dava düşərdi.

Ələmin "dirisi" bir yana, "ölüsündən" də qorxardım, odur ki, gecə ayinlərində iştirak etməzdim.

Kənddən ayrılanda uşaq yaddaşımı - adığım mənəvi sarsıntıları da özümlə bərabər şəhərə gətirdim. Anladım ki, İransayağı məzhəb davası gedir və mənim təsəvvür etdiyim şiəlik daha qutsaldır. Əhli-beyt, İman Hüseyn sevgisi ilə yaşasaq da, uşaq yaddaşımda ilişib qalan bəzi qorxunc və radikal ayinlərə hələ də nifrət edirəm.

Tarix
2013.11.15 / 00:20
Müəllif
Şahlar Məmmədov
Şərhlər
Digər xəbərlər

Əndirəbadi sözlər

Əziz Yıldırım istefa verəcəyi tarixi açıqladı

Rusiya: “6400 insan öldürülüb”

Çərşənbə sözü necə yaranıb?

Kiflənmiş KİV və alişan ariflər

Millətimizin sərvəti

"İlk öncə" demək olarmı?

Mədəni – şəhərli deməkdir

“WhatsApp" necə yazılmalıdır?

Qor aparan necə qorapalan oldu?!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla