Yuxarı

Bunu müşavir etməz, əyan edər

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Soma kömür mədənində baş verən partlayış nəticəsində 300-ə yaxın insanın həyatını itirməsi xəbəri bütün dünyanın diqqət mərkəzinə gəldi. Faciənin miqyası o qədər böyükdür ki, təkcə siyasilər nəzakət xətrinə başsağlığı vermədi, hətta dünyanın tanınmış müğənniləri, insanları belə sosial şəbəkələrdə Türkiyədəki faciə barəsində yazdı.

Azərbaycan və Türkiyə mətbuatında da "Başın sağ olsun, Türkiyə" adı altında çox sayda yazılar gedir. Sosial şəbəkələrdə həm Azərbaycandan, həm də Türkiyədən yazılan statusların çoxu bu faciəyə aiddir.

Türkiyə tez-tez belə faciələr yaşayır. Dünənsə Türkiyənin Baş naziri Ərdoğan verdiyi açıqlama ilə bu faciənin üstünə sanki benzin tökdü. Onun "dilimizdə iş qəzası deyilən bir söz var" deməsi Türkiyədə böyük etiraza səbəb oldu. Baş nazirin belə soyuqqanlı şəkildə danışması və iş qəzasının ardından 300 nəfərin ölməsinə, minlərlə insanın acısına belə yanaşması təbii ki, anlaşılan deyil.

Bu sözləri deyən Ərdoğan yəqin onu da bilir ki, dövlətin fəhlənin haqqını qorumaq, onun həyatını təminat altına almaq kimi vəzifəsi də var. Bəs görəsən niyə hər il baş verən qəzaların qarşısını almaq üçün bir tədbir görülmür?

Bu faciə də tarixə keçəcək, geriyə ölənlərin yaxınlarının acısı və yetimlərin ahı qalacaq. Bir də yeni ola biləcək faciələrin qorxusu...

Amma görəsən bu faciədən sonra Türkiyə hökuməti daha bir qəzanın olmaması üçün nəsə edəcəkmi? Belə faciələrin olmaması üçün qərarlar verəcək, yoxsa "iş qəzası" deyib, üstündən də "şeytana lənət" deyib, heç nə olmamış kimi davam edəcək?

Axı lənətlik varlığı öz məsuliyyətsizliyinlə dəvət edəndən sonra buna "yazıq şeytan" nə etsin?!

Türkiyə iqtidarı son illərdə əldə etdiyi uğurlardan sonra özünü tənzimləyə bilmir, artıq Ərdoğan haqqında Avropada nə təəssüf ki, diktator təsəvvürü formalaşır. Son bələdiyyə seçkilərində qazandığı uğur indi Ərdoğanın başını elə gicəlləndirib ki, özünü şah kimi hiss edir. Çünki Baş nazirin müşaviri vətəndaşı döyməz, amma şahın əyanı adam da döyər, hətta onun ölüm fərmanını da verər - necə ki, keçən gün Ərdoğana etiraz edənlərdən birini Baş nazirin müşaviri döydü.

Bütün bunları göz önünə alıb baş verən faciədən çox, Türkiyəni indi idarə edənlərin zehniyyətindəki diktatura viruslarından daha çox ehtiyatlanmaq lazımdır. Türkiyənin başı Somadakı faciədən sağ çıxacaq. Amma bu gün Türkiyə iqtidarının yürütdüyü siyasətdən Türkiyə və onun cümhuriyyət dəyərləri sağ çıxacaqmı, bax, bunu demək çox çətindir.

Bütün müsəlman dünyasının ümidlə baxdığı bir ölkədə indi baş verənlər təkcə iqtidarın güclü olması ilə bağlı deyil. Həm də müxalifətin zəifliyindəndir.

Ərdoğan güclü liderdir, onun qarşısına zəif liderlər çıxaran müxalifətin zəifliyi iqtidarı böyüdür.

Çox zaman ölkələrdə diktatura quran rejimlər zor və polislə ölkəni bu qanunlara tabe edir. Türkiyədəsə durum fərqlidir və Ərdoğan zor və polislə deyil, öz güclü siyasəti və liderliyi ilə hər şeyi nəzarətdə saxlamağı bacarır.

O üzdən də Türkiyənin indiki durumda başının sağ olması üçün Ərdoğan özünə alternativ görməlidir ki, elə türklərin təbirincə desək, "ayağını bir az dəng alsın".

Tarix
2014.05.16 / 09:00
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Evi yıxılmış təhsil

“Qadın özünü kraliça elan etməlidir...”

Bu savaşı da uduzacağıqsa...

Cərrah, yoxsa gilyotin bıçağı

“İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır”

Göydə gəzən avtomobillər

Günahkar erməni deyil

Firudin Cəlilov: “Həyatımda o qədər səhv, günah etmişəm ki...”

Cazibəli rus tələsi

Artıq ölə bilərəmmi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla