Yuxarı

Berti Foqtsun oyunqabağı tarixi çıxışı

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah millimiz Bişkekdə Qırğızıstan millisi ilə yoldaşlıq görüşünə çıxacaq. Sözsüz, qələbə əzmi bu oyunda prioritetdir. AFFA-nın Bişkekə apardığı jurnalistlərin birindən aldığım mötəbər məlumata görə, Berti Foqts millimizin oyunçularını yaxşı motivasiya edib. "Azəri türkünün qılıncını Qırğız türkünün başına endirəcəyik" deyən Berti müəllim hər kəsi cuşa gətirib. Alman mütəxəssis təmiz "nemes" soyuqqanlılığı ilə "millimiz Estoniyaya parlaq məğlubiyyətdən sonra daha parlaq bir nəticə əldə etməyə borcludur" deyib.

"Bu, prioritet məsəslədir, qarşımıza məqsəd qoymuşuq. Bu, olmalıdır. Sergey əkə Dvoryankova başa salmalıyıq ki, futbolu necə oynayırlar. Eşitmişəm o gün bizim arxamızca danışıb. Biz onun cavabını yaşıl meydanda verəcəyik".

Berti müəllim futboçuları ruhlandırmaq üçün onlara şad xəbər də sızdırıb: "Sizə sevindirici bir xəbərim var. AFFA ilə ümumi razılığa gəlmişik. Bundan sonra bütün oyunlarımızda Xoşqədəm xanım da yanımızda olacaq. Elə ki, siz oyun zamanı topu itirdiniz, Xoşqədəm xanım "Səni axtarıram"ını işə salacaq. İtən topun axtarışına çıxacaq. Düşünürəm ki, bu xanım oyun zamanı bizə topun harda və hansı vəziyyətdə olmasını bilmək üçün yardımçı ola bilər".

Berti qağa yetirmələri ilə söhbət edərkən məsum və məlul baxışlarla futbolçuları seyr edərək daha sonra deyib: "Əziz və hörmətli Azərbaycan xalqına sevinc və kədəri eyni anda yaşadan mehriban, ərköyün yetirmələrim! Sizin bir şairiniz var, Cəlilabadda yaşayır, onun belə misrası var:

"Bu dünyada yaxşılıqlar qalacaq!"

Bəli, sən yaxşılıq elə, yaradanımız göydən baxır. Həzrət Abbas haqqı, bu dünyada "uspet" eləməsə də, o dünyada əvəzini verəcək. Eşitmişəm ki, bizim hər məğlubiyyətimizdən sonra futbol azarkeşləri sevinc içərisində "nə yaxşı oldu, 5 top buraxmadıq, 3 topla canımızı qurtardıq",- deyirlər. Baxın, bu sevinc hisslərini onlara bəxş etmək mənim ən böyük amalım, ən böyük istəyimdir".

Söhbət zamanı Foqts foks göstərəcəyini də deyib: "Bıçaq sümüyə dirənib. And olsun vicdanıma və ulu Şirvinin ruhuna ki, biz estonlarda qalan heyfimizi bu dəfə o qıyıqgöz qırğız türklərindən alacağıq. Mən buna əminəm və sizə söz verirəm ki, bunun üçün heç kəsin bilmədiyi bir foks göstərəcəm. Həm də bərəkət duası yazdırmışam. Qalib gəlsək, hərənizə filan qədər mükafat vəd edirəm".

Berti bu əminliklə yanaşı ehtiyatı da əldən verməyəcəyini vurğulayıb: "Ehtiyatlı igidin anası ağlamaz. Mən yerli biznesmenlərlə danışmışam. Qırğız futbolçular üçün ayrılan plastik qablardakı sulara dərman töküləcək. Suyu içəndə onlar "panos" olacaqlar. Plan baş tutsa, biz də rahat qələbə qazanacağıq. Bir də girəvə tapıb Sergey əkəyə deyəcəm ki, hücumçusu Xurşud Lütfullayev müxalifətçidir. Onda onu meydana buraxmazlar".

Berti Foqts sözlərini belə tamamlayıb: "Kişi kimi oynamayanın...."

Tarix
2013.11.18 / 16:53
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Kimdir Mahirə Nağıqızı?..

Fərqanə, bu gün sənsiz gəldi...

Elə bil, vəsiyyət edirdi... - Aşıq Vüqar

Şərifin ifritə nənəsini...

Bakıya gedən yolu kəsən qəhrəmanlar - Video

Tərlan Qasımov təltif edildi - Foto

Göndərdiyin acılar sürüşür qucağımdan...

2017 yazarların yaddaşına belə köçdü - Sorğu

SSRİ-nin dağıldığı gün: Qorbaçovun Buşa məxfi zəngi - Mətn

Soyuq Arxangelsk, “Bakı” restoranı və doğma üzlər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla