Yuxarı

Erməni zabiti bizi qırır, slikon dodaqlılar isə...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atam danışır:

“93-cü il idi... Qarabağda döyüşlərin tanrıtanımaz vaxtı... Meşə ilə irəliləyirdik, çünki burada erməni bölüyünün bir neçə hərbçisinin mühasirəyə düşdüyünü bilirdik.

Bir qədər irəlilədikdən sonra mühasirəyə düşən ermənilərdən birini gördük, yanında da bir əsgər uzanmışdı. Tez onu mühasirəyə aldıq. Əlini havaya qaldırıb nəsə deyirdi, yalvarırdı. Biz silahı dolduranda yerdə uzanan əsgər qışqırdı ki, dəyməyin ona. Baxıb gördük ki, yerdə uzanan bizim hərbçimizdir. Yaralı idi. Bizə dedi ki, bəs, bu erməni zabiti məni yaralı görüb, xilas etdi: yaramı bağlayıb, su verib. Yaralı zabitimizin təkidi ilə həmin ermənini buraxdıq.

Sonra olanlar oldu... Yaralı zabitimizi təcili şəkildə xəstəxanaya göndərdik. 2 gün sonra xəbər gəldi ki, xəstəxanada keçinib. Əslində, yarası ciddi deyildi, ayağından güllə yarası almışdı. Buna görə də onun ölümünə inanmırdıq, həm də çox pis olmuşduq, çünki mərd, savadlı oğlan idi. Taborla əlaqə yaratdıq, məlum oldu ki, həmin zabitimiz güllə yarasından yox, zəhərlənmədən ölüb. Yəni həmin erməni zabit su verərkən onu zəhərləmişdi. Mühasirəyə düşdüyünü bilən hiyləgər erməni zabiti özünü hərbçimizə kömək edirmiş kimi göstərib. Və bu yolla həm əlimizdən sağ qurtulmuşdu, həm də hərbçimizi zəhərləyib öldürmüşdü”.

Son günlər yenidən baş qaldıran ermənipərəst toplumun canfəşanlığını görəndə bu söhbət yadıma düşdü.

Ümumiyyətlə, insanlarımızın silahsız erməni qadına, uşağa humanist yanaşmasını başa düşmək olar. Bəs bunlardakı erməni hərbçiyə sevgi hardan qaynaqlanır? Gəlin, erməni sevgisini maddələrlə analiz edək:

1. Erməni hərbçilərinin ölümünə kədərlənən “humanist”lərimizin birinə nəinki şillə vursaq, adicə təhqir etsək, əsəbiləşib bizi linglə, çəkiclə döyərlər. Amma indi durub ona güllə atan erməni zabitinə qucaq açırlar.

2. Məlumdur ki, son illərdə İŞİD, Boko Haram terror qruplaşması insanları xüsusi amansızlıqla qətlə yetirilər. Ermənilər onlardan çox-çox əvvəl – 1992-də bizi məhz belə işgəncə ilə öldürüblər. Bu o deməkdir ki, erməni hərbçisinə humanist yanaşan İŞİD-i, Boko Haramı dəstəkləyən terrorçu xislətli insandır.

3. Bunun adı çox aydındır – Ermənistan ordusu. Hər halda bu ordu bizə kartof qızartması bişirmək üçün yaradılmayıb. Bu ordu məhz azərbaycanlıları məhv etmək üçün hazırlanıb. Azərbaycanlıları məhv etməyə hazır olan bir ordunu qoruyan azərbaycanlıya nə ad vermək olar?

4. Orada erməni hərbçiləri öz torpağını qoruyan dağ kimi qəhrəman oğullarımızı şəhid edirlər. Bizim tuman geyinmiş humanistlərimiz isə erməni zabitinin ölümünə kədərlənərək, bilavasitə öz hərbçilərimizin, cavan əsgərlərimizin ölümünə sevinmiş olurlar.

5. Biz də müharibə olmasını istəmirik. Münaqişənin sülh yolu ilə həll var ikən niyə 100 min insan qırılsın? Amma ortada fakt var və fakt budur ki, erməni hərbçiləri başımıza mərmi yağıdırır. Belə olan halda onların qarşısına slikon dodaqlı barbi kimi çıxmaq axmaqlıqdır.

6. Humanizmin dayaqlarında ədalət prinsipi var. Ermənilər isə bu savaşda ədalətsiz müharibə aparırlar. Yəni haqsızlığa məruz qalan tərəf bizik. Haqsızlığa göz yuman bir insan hansı humanizmdən danışa bilər?

7. Bir neçə gün əvvəl erməni zabiti gözəl Zəhra balamızı amansızlıqla qətl etdi. Bəlkə o Zəhra böyüyüb dünya tarixini dəyişən bir həkim, alim, ya da siyəsətçi olacaqdı. Amma böyümədi və bizim yaddaşımıza qırmızı rənglə qaldı. Erməni hərbçisini qoruyan adam mahiyyət etibarı ilə Zəhraların ölümünə, qız-qadınların zorlanmasına səbəb olan ermənidən fərqlənmir.

Sonda fikrimi Çingiz Mustafayevin kadrlarda yaşayan məşhur sözləri ilə bitirirəm: “Hamıvız qorxaqsuuz!... Arrvadsuz!”

Tarix
2017.07.08 / 12:44
Müəllif
Aqşin Evrən
Oxunub
11 307
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla