Yuxarı

Ruminin Kimyanı Şəmsə verməsinin səbəbi (V hissə)

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

O zaman təxminən altmış beş yaşında olan Şəms Təbrizini özünə bağlamaq, onu Konyada saxlamaq və məmnun etmək məqsədilə Mövlanə özünün on beş yaşındakı Kimya Xatun adlı gözəl cariyəsini onunla nikahlayır. Baxmayaraq ki, Kimya Xatunla Mövlanənın oğlu Əlaə-d-Din Çələbi bir-birilərni sevirdilər və evlənmək niyyətində idilər. Mövlanə öz mədrəsəsinin ən böyük hücrəsini Şəms Təbrizi ilə onun cavan arvadı üçün ayırmışdı ki, onlar orada rahatlıqla yaşasınlar. Amma cavan gəlin qoca ərini sevmədiyindən müxtəlif bəhanələrlə onu tez-tez tərk edib gedər, Mövlanənin ailə üzvləri də ərindən qaçmış cavan gəlini axtarıb tapmaq üçün əl-ayağa düşər, onu tapandan sonra yenidən ərinin yanına qaytararmışlar.

Mövləvi qaynaqlarında keçən bir rəvayətdə deyilir ki, bir gün Mövlanə Kimya Xatunun yenə Şəmsi tərk etdiyini eşidib dostuna təsəlli vermək üçün onun hücrəsinə gəlir. Mövlanə dostunun hücrəsinin qapısını açanda, Şəms ilə Kimya Xatunu sarmaş-dolaş halda görüb tez qapını bağlayır və ordan uzaqlaşır. Bir müddət keçəndən sonra, ər ilə arvad arasındakı sevgi oyununun bitdiyini düşünən Mövlanə yenidən Şəmsin hücrəsinə qayıdır. Hücrəyə girəndə, Kimya Xatunun orda olmadığını görüb Şəmsə deyir ki, bayaq gələndə səni Kimya Xatun ilə birlikdə gördüm, bəs qadın indi hara yox oldu? Bu sualın cavabında Şəms ona deyir ki, sənin gördüyün qadın Kimya Xatun deyildi. Sənin gördüyün Allah idi. Allah bəzi bəndələrini o qədər çox sevər ki, onların arzuladığı cilddə onların yanına gələr.

Şəmsin cavabına diqqət yetirsəniz, görəsiniz ki, burda da söhbət hülul inancından gedir. Bu da islama qəti şəkildə zidd olan tam bir məcusi dünyagörüşüdür. İstər Şəms Təbrizinin "Məqalat"ında söylədiklərinə, istərsə də Əflakinin "Mənaqib əl-Arifin"də onun haqqında dediklərinə diqqətlə baxsaq, Şəms Təbrizinin, üzdə müsəlman olsa belə, məcusi inancına sadiq qaldığını görərik.

Başqa bir rəvayətə görə, Mövlanə yenə Şəmsin yanına gəlir və onun ovqatının təlx olduğu görəndə başa düşür ki, Kimya Xatun yenə ərindən qaçıb. Mövlanə öz arvadı Kəra Xatun ilə qızı Məleykə Xatunun yanına gələrək onlara Kimya Xatunu tapıb geri gəitrmələrini əmr edir. Qadınlar da bir qədər soraqlaşandan sonra Kimya Xatunu tapıb ərinin yanına gətirirlər. Əflakinin dediyinə görə, Kimya Xatun ərinin hücrəsinə girən anda Şəms ona elə qəzəblə baxir ki, qadının boynu odun kimi quruyaraq hərəkətsiz hala gəlir. Amma məncə, Şəmsin arvadını əməlli-başlı kötəkləməsi daha ağlabatan fikirdir. Onun zərbələrindən biri çox güclü alınıb və bu zərbənin təsirindən də qadının boynu tutulub, çox keçmədən isə Kimya Xatun bu ağrı-acı ilə də vəfat edib.

Tarix
2013.11.20 / 13:14
Müəllif
Elşad Əliyev
Şərhlər
Digər xəbərlər

Musa peyğəmbərin görüşdüyü Allah bəndəsi mələkdir...

“Ay eşşək, niyə Quran deyil?!”

“Məsnəvi”dən qısa məzmunlar və hədəflər

Ruminin Şəmsin qatilləri ilə savaşı - VII hissə

Şəmsin Konyadan qaçması və qətli - VI hissə

Şəmsin Konyaya gəlişi və Rumi ilə görüşü (IV yazı)

Mövlanə Cəlaləddinin sirləri (III yazı)

Mövlanə Cəlaləddinin sirləri (II yazı)

Mövlanə Cəlaləddinin sirləri (I yazı)

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla