Yuxarı

Xiyar məsələsi - Məzəli

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arxivimdə qurdalanarkən nə vaxtsa rus dilindən tərcümə elədiyim bir mətn tapdım. Müəllifini xatırlamıram. Amma xeyli güldüm. Görək, sizi də güldürə biləcəkmi?

XİYAR MƏSƏLƏSİ

Ata öz oğlunu küncə dirəyib:

- Mən indi sənə abstrakt düşünməyi öyrədəcəyəm… Səndə iki dənə alma var. Birini tulladın. Neçə alma qaldı?

Uşaq sükut içində.

- Səndə iki dənə alma var idi. Birini mən tulladım. Neçə alma qaldı səndə?

Uşaq sükut və qorxu içində.

- Səndə iki dənə alma var idi. Birini mən yedim. Yedim də birini. Neçə alma qaldı?

Şillə, uşağın qışqırığı…

- Sən bu topal əllərində iki dənə alma tutmuşdun. Mən birini səndən qapıb aldım, neçəsi qaldı?

Qışqırıq, uşağın göz yaşları:

- Ata, eləməəə…

- Yox, eləyəcəm. Səndə iki dənə alma var idi. Birini mən qapıb aldım səndən, atdım ayağımın altına, tapdaladım. Tapdaladım birini. Səndə neçə alma qaldı?

Uşağın qışqırığı, göz yaşları.

- Yaxşı, tupoy, şərti dəyişdirirəm. Səndə iki dənə alma var idi. Birini sən yedin. Sən özün yedin birini. Neçəsi qaldı?

- A-a-a.. Ata, vurmaaa!..

- Ay sən öləsən. Səndə iki dənə alma var idi… Arvad, evdə alma var? Yoxdu? Cəhənnəmə ki, xiyar ver… Səndə iki dənə xiyar var idi, eşşək oğlu eşşək. Birini mən aldım səndən. Ver bura birini, ver görüm, tupoy… Mən xiyarın birini səndən alıb yedim. Bax yeyirəm: xrya-xrya… Bax da, yedim də birini: xrya-xrya… Səndə neçə xiyar qaldı?

Hıçqırıq, hönkürtü.

- Bax da, sənin o murdar əllərində neçə xiyar qaldı?

- Bir dənəəə…

- Düzdü, oğlum. İndi qayıdaq almalara…

- Ataaa…

- Gözünün zibilini axıtma, cavab ver..

- Ataaa, lazım deyil…

- Lazımdı, kopoyoğlu…Xiyarlarnan düz cavab verdin. Deməli, ümid var. Səndə iki dənə alma var idi…

- A-a-a-a…

- Bağırma, it oğlu it. Səndə iki dənə alma var idi. Birini mən səndən aldım. Yox, səsini kəs. Səndə bir dənə alma var idi. Birini də mən verdim sənə. Səndə neçə alma qaldı? Yox, şərti dəyişirəm. Səndə alma-zad yoxdu. Mən sənin atanam, götürüb bir dənə alma verirəm sənə. İndi səndə neçə alma olur? Dinmə, cındır, yaxşısı budu, dinmə… Dayan görüm, əvvəla, hardandı səndə ikinci alma? Mən axı sənə bir dənə alma vermişdim. Təzədən başlayaq. Sən mənim sevimli oğlumsan. Durub qoyun kimi baxırsan. Səndə alma yoxdu. Heç nə yoxdu səndə. Meşədə külək əsir: "a-a-a", canavarlar ulayır: "u-u-u". Birdən mən meşədən çıxıram, xəlvətcə sənə yaxınlaşıram. Sən tək durubsan. Səndə heç nə yoxdu. Külək… Canavar… Mən meşədən çıxıb, arxadan sənə yaxınlaşıram. Və… Gumbb! Qəfildən sənə iki dənə alma verirəm…

- Ata, eləməəəə…

- Kəs, kopoyoğlu. Meşədən çıxdım və sənə iki dənə alma verdim. İndi səndə neçə alma oldu? Ağzın nədi götürməyəsən?! Meşə, qış, şaxta. Sən də tək – almanı götürməyəcəksən? Arvad, sən çıx çölə. Qapını ört. Vəssalam, heç kim yoxdu, sən təksən. Canavarlar ulayır. Hardasa polis fit çalır. Sən almaları götürməyəcəksən?!

- Ataaaa!..

- Yaxşı, sən özün mənə bir dənə alma verdin. Neçəsi səndə qaldı?

Ani sükut və uşağın cavabı:

- Bir dənə.

- Deməli, onda məndə neçə alma qaldı?

- Bir dənə!

- Səndə neçəsi qaldı?

- Bir dənə!

- İndi gəl o almaları yeyək.

- Yeyək.

- Ancaq alma yoxdu. Deməli, yeməyə də bir şey yoxdu. Bax, elə bayaqdan sənə öyrətmək istədiyim abstrakt düşüncə də budu da, oğlum.

Tarix
2014.05.28 / 00:35
Müəllif
Salam Sarvan
Şərhlər
Digər xəbərlər

Nə biləydim, o şeiri oxuyan kimi gedəcək…

"Camaat nə deyər?" prinsipi...

Fikir müharibələri - 1

Bu toplumu özbaşına buraxsan...

Xalqa dərs keçmək

Pozğun bir yazı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla