Yuxarı

Afaq xanıma görə Türkiyədən hərbçi zəng etdi...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün qardaş Türkiyədən tanınmış bir hərbçi aradı və Azərbaycanda çalışdığı illərdən tanıdığı bir şəhid ailəsinin ağır vəziyyətdə olduğunu bildirib, dəstək göstərilməsini xahiş etdi. "Ona dəstək olmaq borcumuzdur" dedim. Xahiş etdiyi xanım Laçın rayonundan olan şəhid Şahin Əhmədovun həyat yoldaşıydı. Ondan bir az əvvəl isə Afaq Rzayeva xanımla bağlı telefonuma şəhid ailəsinə dəstək göstərmək istəyən bir insanımızdan mesaj gəlmişdi və məsələdən az da olsa məlumatlıydım. Sonra Afaq xanımla danışdıq və onu ürək ağrısı ilə dinlədim.

1992-ci ildə Laçından məcburi köçkün düşən, həyat yoldaşı şəhid olan Afaq xanım bir azyaşlı körpəsi ilə Binəqədi rayonunda əvvəllər erməni yaşamış bir evdə məskunlaşdırılır. İllərlə burada yaşayır. Bir müddət keçdikdən sonra isə məcburi köçkün və şəhid ailəsinin yaşadığı evə başqasının adına order verilir. Afaq xanım nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə Binəqədi Rayon İcra Hakimiyyəti, nə də Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi tərəfindən bu günə kimi şəhid ailəsi və məcburi köçkün olaraq evlə təmin olunmayıb. O da gözləyib ki, dövlətin imkanları artıqca evlə təmin olunar. Günün birində isə Binəqədi Rayon Məhkəmə icraçıları əllərində məhkəmə qətnaməsi gətirirlər ki, bu evi boşaldın, bura başqa adama məxsusdur. Afaq xanım cənab Prezident tərəfindən məcburi köçkün və şəhid ailəsinin yaşayış yeri ilə təmin olunmadan onların yaşadığı, məskunlaşdığı yerdən çıxarılmaması ilə bağlı verilən göstərişləri, tapşırıqları diqqətə çatdırır və evlə təmin olunana qədər gözləməyi xahiş edir. Amma bir gün qonşular Afaq xanıma xəbər verirlər ki, əşyalarınız toplanılır, sizi köçürürlər. Evə çatdığı zaman şəhid xanımı görür ki, onların iştirakı olmadan evdən əşyaları toplanılıb, başqa bir yerə çıxarılıb. İndi neçə günlərdir dost-qohum qapılarında qalıb. “Bütün dövlət qurumları bilir ki, bu günə qədər heç zaman şəhid ailəsi adından istifadə etməmişəm. Çalışıb övladımı özüm böyütmüşəm. Amma indi çıxılmaz vəziyyətdəyəm. Bəs mən harada qalım? Dərdimizi Laçın İcra Hakimiyyətinə də, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinə də bildirmişəm” deyir.

Qaçqın və Məcburi köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədr müavini Gəray müəllimlə danışdıq bir az əvvəl. “Xəbərimiz var, çox ziyalı bir xanım, şəhid ailəsidir və vəziyyəti çətindir. Məcburi köçkünün məskunlaşdığı, yaşadığı yerdən çıxarılması ilə bağlı məhkəmə qərarının ailə evlə təmin olunanadək icra olunmasının ləngiməsi ilə bağlı komitə adından müraciətlər göndərdik, bu addımın doğru olmadığını bildirdik, amma təssüf ki, yenə də icra etdilər”, - bildirdi.

"Ailənin evlə təmin olunması məsələsinə gəlincə, diqqətdə saxlayırıq" dedi Gəray müəllim. Amma nə zaman? Konkret bir söz deyə bilmədi.

Bir az əvvəl Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova, Əmək və Əhalinin Soisal Müdafiəsi naziri Səlim Müslümova, Laçın və Binəqədi rayon icra hakimiyyətlərinə müraciət göndərdim və buradan da səslənmək istəyirəm: Şəhid ailəmizin qısa zamanda evlə təmin olunmasına dəstək olun. Bir az əvvəl Afaq xanımla telefonla təkrar danışanda iş yerindən danışırdı. Ətrafda çoxlu insanlar, o cümlədən qardaş Türkiyədən bu şəhid ailəsi üçün zəng edib xahiş edənlər hamısı şəhid ailəsinə qısa zamanda dəstək olunub-olunmayacağını gözləyir. Bu isə insanlarda şəhid ailəsi adına cəmiyyətdə nə qədər dəyər verildiyi barədə fikirləri bir daha möhkəmləndirəcək. Ən əsası isə həyat yoldaşı şəhid olandan sonra 1 yaşlı körpəsini məcburi köçkün həyatının bütün çətinliklərinə baxmayaraq böyüdən ananın "mən dövlətimə inanıram, məni çətin vəziyyətdə qoymaz" düşüncəsini daha da möhkəmləndirə bilər.

Afaq xanım həyat yoldaşı ilə bağlı danışarkın “Vətən üçün şəhid olmaqdan gözəl nə ola bilər, həyat yoldaşımla fəxr edirəm” deyəndə çox duyğulandım. Biz də sizinlə fəxr edirik, əziz Afaq xanım və inanırıq ki, yaxın günlərdə mənzillə təmin olunacaqsınız. Cənab Prezidentin şəhid ailələri və məcburi köçkünlərlə bağlı yanaşmalarını müvafiq qurumların ciddi nəzərə alaraq tezliklə mənzil probleminizi həll edəcəklərini gözləyirik. Çünki şəhid ailələri bizim ən qiymətlimizdir.

Tarix
2017.08.15 / 19:49
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirinin nəticələri

Prezident xatırlatdı: Duyğulu anlardı…

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Erməni zabitin xatirəsi: Bu qırğınla məqsədimizə çatdıq!

Güneydə əfsanəyə çevrilən ad

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla