Yuxarı

Allaha məktub

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlahi, 20 yaşıma baxıram, əməlli-başlı ümidlərim, arzularım varmış! Necə də xoşbəxtəmmiş! Roman-zad yazırammış, kitab çıxartdırırammış! İlahi, məni bağışla, neyləyim, uşaq olmuşam, bilməmişəm! Onda düşünürdüm ki, 21 yaşımda istəklərimə çataram. Günlər, aylar elə sürətlə ötüb keçdi, 22 yaşım gəldi, sonra isə 23, 24, 25... Və belə-belə ömür getdi, axırda arzularım gözümdən düşdü. Və anladım ki, əslində, adamı rahat yaşamağa qoymayan arzulardır.

İlahi, mən öz maddi imkanlarını minimum şərtlərlə təmin eləmək üçün nə qədər əziyyət çəkirəm, bilirsənmi? Axı yaradıcılığa güc qalmır. Qələmi çörək ağacı kimi minib çapmaqla məşğulam. Ürəyim partlayır, görmürsənmi? Məişət qayğıları, ailə, uşaq... Çox bədbin və ümidsizəm!

Düzdür, içimdə yaradıcılıq enerjisi hiss edirəm, hələ məni axıra kimi öldürməmisən. İlahi, buna görə çox sağ ol! Bilirsən ki, ölsəydim, sənə məktub yaza bilməzdim. Və onu da yaxşı bilirsən ki, otursam, bir az da əsəblərimi nizamlaya bilsəm, yaxşı əsərlər yazaram. Əminəm! Amma sənin acığına yazmıram!

Saytlara yazdığım yazılar, aldığım müsahibələr məni nə qədər bezdirir, nə qədər yorur, xəbərin varmı? Təsəvvür elə, dolanmaq üçün kimdənsə müsahibə alıram və sən mənim çəkdiyim əziyyətə bir bax: o adama zəng eləmək, vaxt müəyyən eləmək, görüşmək, onunla bir araq içmək, beş saat danışmaq, sonra səsini diktofondan yazıya köçürmək, özünə göndərmək, müsahibənin baxıb geri qaytarması, saytda gedəndən sonra yaranan problemlər, söz-söhbətlər və s. İlahi, bunlar canımdan nə qədər hekayələr alır, süjetlər qoparır, görmürsənmi?

Mən əsəbləri dəhşətli dərəcədə gərgin adamam, özün belə yaratmısan. Neyləyim ki, yaratdığın bu əclaf dünya ilə ruhum arasında hasar çəkə bilmirəm deyə hər şey anındaca mənə təsir eləyir, incidir. İlahi, məni niyə eşşək yaratmadın? Yaratdığın adamlara baxıram, qibtə eləyirəm. İçirlər, kefləri açılır, deyib-gülürlər... Mən içəndə qanım qaralır. Onlar rahat yaşaya bilirər, metroda, avtobusda, kafelərdə adamlar onlara təsir eləmir. Mən isə əsəbləşirəm. Onlar evlərinə gedəndə qapını rahatca açıb içəri girirlər, məndə qapının dəstəyi əlimi ağrıdır. Evə pəncərədən girmək istəyirəm. İlahi, bu hissləri mənə niyə vermisən? Bu qədər gərginliklər içərisində yaradıcılıqla məşğul olmaq olar? Səmimi deyirəm, bacarmıram! Məndə alınmır. Bir tərəfdən də pul yox, kasıblıq! Ayaqqabı alıram şalvarım cırılır, şalvar alıram uşaq xəstələnir, köynək alıram evdə ərzaq qurtarır. Bezirəm! Mahnılar da elə tez qurtarır ki...

İlahi, oktyabrın 17-də 30 yaşım olacaq. Narahat olma, tamamilə arzusuzam! Birdən elə bilərsən yeni yaşıma arzularla gəlirəm, xətrinə dəyər, beynin çönər! Ürəyini sıxıb-eləmə, gələcəyimdə heç nə görmürəm, ümidim də yoxdur. Arxayın ol, bütün iddialarım ölüb, həvəsdən, ruhdan düşmüşəm. İlahi, daha səndən heç nə istəmirəm, bircə xahişim var: imkan ver yaşayım!

Tarix
2017.09.26 / 23:02
Müəllif
Kəramət Böyükçöl
Şərhlər
Digər xəbərlər

Mövlud bu sözü deyən kimi hönkürdü...

Ağsaqqalın kitabındakı 3 primitiv səhv

"Alimlərimiz lupanı əlinə alıb, toyuğun dalına düşür ki..."

Türklər Azərbaycanda dövlət qurdular, mərkəzi isə...

Ana, bu, evin gəlinidir, eşşək deyil

Kəbə ətrafında çılpaq dönən qadın Peyğəmbərlə... - Tarixçi

Peyğəmbərin vaxtında hamı lüt gəzirdi, çünki... - Tarixçi

Müəllimə siqaret aldım, bütün qiymətlərimi yazdı

Gördünüzmü sizi söyməkdə nə qədər haqlıyam?!

Əli Kərim dedi ki, Osman Kremlə qusub, mən heç Baksovetə də...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla