Yuxarı

Xalac türməsinə salındıq, Elçibəy də orda idi...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən 18 oktyabr Müstəqillik Günü idi... Redaksiyamızın müstəqillik dövründə doğulan gənc əməkdaşları bu günün fərqində o qədər də olmadı. Bu müqəddəs gün redaksiyada yaşlı nəslin xatirələrində canlandı: baş redaktor günümüzü təbrik etdi, xatirələr danışdı, hətta kövrəldi də.

Meydan hadisələrinin ağrılı günlərinin xatirələrə çevrilən şirin günləri var...

Dünən mənim üçün müstəqilliyimizə ən böyük hədiyyə “Qarabağ”ın Madridin “Atletiko” komandası ilə qolsuz heç-heçə etməsi oldu...
Demək, bu əzmkarlıqla Qarabağın özünü də düşməndən azad edə bilərik, - düşüncəsi bütün oyun boyu məni tərk etmədi. ATƏT-in Minsk Qrupunun üzvü olan fransız hakim komandımıza qarşı naqislik etsə belə, bu fikir məni tərk etmədi. Çarpışmaq gərək idi, “Qarabağ” çarpışırdı...

Biz də o vaxtlar çarpışmışıq axı...

Qarabağa düşmən təcavüzünü xatırladım. Topxanada iki ağacın qırılmasına etiraz olaraq sakinlərimizin mitinqlərə daşınması yadıma düşdü. Meydan hadisələrini yaşadım...

1988-ci ilin noyabr ayında meydanın dağılması, tətilə qoşulanların bir qisminin qısa müddətə həbs olunub türmələrə doldurulması bir daha soyuq sızıltı ilə canımdan keçdi.

Mən Xalac türməsinə aparılan tətilçilərin içində idim. Rəhmətlik Əbülfəz Elçibəy də Xalacda idi...

“Qarabağ”ın dünənki çarpışması məni 1990-cı ilin 20 yanvarına qədər qaytardı;

Bakı buxtasında 5 gün rus-sovet gəmiləri ilə savaşa çıxdığımız anlar keçdi gözümün önündən. Gəmilərimizin dor ağacından qara bayraqlar asmışdıq.

O günləri gözümün önündən keçirdim, 5 gecə rus hərbi gəmiləri ilə Bakı buxtasında ölüm-dirim savaşına çıxdıq, mülkü gəmilərlə tarana girdik...

Yanvarın 24-nə qayıtdıq. Gəmilərimizə desant çıxarıldı.

Mənim də komanda heyətinə daxil olduğum “Şirvan” gəmisinin lənkəranlı aşpazı Xanın yazıq, soyuqdan ağarmış bənizi gəldi gözümün önünə.
Rus desantları heyətin üzvlərini göyərtədə üzü üstə uzatmışdılar. Sulu qar başımıza, soyuq şimal küləyi böyrəyimizə əl gəzdirirdi.

Xan fürsət tapıb diyircəkli qələmlə alnına “Qarabağ” sözünü yazmışdı...

...Rus əsgərinin həmin gün avtomatın lüləsini alnıma dirəməsi, avtomat lüləsinin gözlərimdə böyüyüb tank lüləsi boyda olması yadıma düşdü.
Yaddaşıma bir qrup dənizçinin ruslar tərəfindən həbs olunaraq Krosnodora, ordan da Orenburq və Ulyanovsk şəhərinə sürgün olunduğu gün də “qonaq gəldi”.

“Qarabağ”ın dünənki çarpışması məni həm də 1993-cü ilə qaytardı. Zəngilanda, Ağdamda, Tərtərdə, Goranboyda, Ağdərədə, Füzulidə cəbhə xəttində olduğum günləri, əsgərlərimizin döyüş ruhunun necə də yüksək olmasını bir də yaşadım.

Şuşa Polis Batalyonunun tərkibində, Vahid Bayramovun komandanlığı ilə iştirakçısı olduğum döyüş günlərimin içindən keçdim və o vaxtkı inamım qayıtdı: Qarabağı azad etmək nə qədər də asandır!

İşğal altında olan, əsirlikdə qalan Ağdamımızın yetim balası “Qarabağ” dünən müstəqilliyin sevincini yaşatdı mənə... Sevindim. Çox sevindim.

Tarix
2017.10.19 / 16:38
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Kimdir Mahirə Nağıqızı?..

Fərqanə, bu gün sənsiz gəldi...

Elə bil, vəsiyyət edirdi... - Aşıq Vüqar

Şərifin ifritə nənəsini...

Bakıya gedən yolu kəsən qəhrəmanlar - Video

Tərlan Qasımov təltif edildi - Foto

Göndərdiyin acılar sürüşür qucağımdan...

2017 yazarların yaddaşına belə köçdü - Sorğu

SSRİ-nin dağıldığı gün: Qorbaçovun Buşa məxfi zəngi - Mətn

Soyuq Arxangelsk, “Bakı” restoranı və doğma üzlər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla