Yuxarı

Milli sinə

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərslikdən yarpız da gəlib yuvanın ağzında bitir. Qonşumun adı Millidi. Adamın adı niyə Milli olsun? Çox maraqlıdı: yəni nə baş verib ki, Milli qoyublar adını? Bu nə intəhasız fantaziyadır?

Ad önəmlidi. Ad taledi.

Bu milli-zadlardan zəhləm gedir.

Növbəti cümləyə ayaq vermək üçün deyim, dünən qabağımca bir qız gedirdi, üstünə Milli Onkologiya Mərkəzi yazılmış kağız-sənəd, bəlkə də diaqnoz, bilmirəm, yoxsa konvert vardı əlində. Allah heç kimin yolunu ordan salmasın. Bir addımlıq müşahidə param-parça etdi məni. Bir addımda nələr düşündüm, nələr. Məsələn, anasının döşünü kəsiblər – ilk bu gəldi ağlıma. Əlində bir kağız ümid, yavaşıyıb növbətçiyə nəsə dedi. Qəfil leş iyləndi küçə. Bir az yuxarıda ətçilərdi. Qəssablar olan küçə. Hərdən mənə elə gəlir, şəhərdə nə qədər it-pişik var, yığılıb ora. Qan iyinə gəlirlər, yəqin.

Ağlımda sayrışan suallar, qoyun əti alıb getdim evə. Anam bozbaş bişirdi, yeyəmmədim. Niyəsə mənə elə gəldi ki, aldığım ət bir xəstənin döşüdü, ya başında şişi, ya əli... Ya Əli...

Milli Onkologiya Mərkəzi. Bu, qonşu Milli deyil ha.

Ay başına dönüm, onkolji xəstəlik necə milli ola bilər?

Milli döş olar?

Təsəvvür edin, milliyyətcə rus bir qadın döşün götürüb əlaca gəlib. Həkimlər deyir, bəs əməliyyat mümkün deyil, bizə gəlirsənsə, “milli döşlə” gəl. Lap əsəbiləşdim. Ya ki belə: “Bəhmən dayı, ağrılarınız milli deyil, lütfən, milli şəkildə ağrıyın, müayinə edə bilmirik”.

Yaxud: “Qubad kişi, sənin şişin xaricdən maliyyələşir deyəsən”...

Bu izahımüşkül situasiyanın ucundan tutub Elmlər Akademiyasınacan getmək olar. Milli Elmlər Akademiyasını deyirəm. Belə başa düşürəm, akademiyada elmdən söhbət getmir. Eləcə millidi. Yoxsa niyə kimyanı, fizikanı milliləşdirsin görkəmli akademiklər?

Bilmirəm, sizin rastınıza çıxıb, ya yox, bir tip adamlar var, hər şeyi, hamını gətirib milliləşdirirlər. Brend geyimlərdən tutmuş məişət avadanlıqlarına qədər. Qab yuyan var e, “feyri”, onu Xırdalanda vururlar. Milli element olmalıdı içində hər zadın, yoxsa əlmi dözər yad məhlula? Bəlkə də sex qonşum Millinindi.

Qismət deyir, bir dəfə Quzanlıda bir tədbiri-məclis vardı. Markesdən-filan bir-iki hap-gop elədim. Hamı çölə çıxanda bir day-day qoluma girdi ki: “Qardaşoğlu, məclisdə özüm demədim, bilirsən də, Markes bizim qohum olub?”

Qismətin gözü eynəkdən çıxıb. Day-day sevincək davam edib: “Bə nədi, “mar” - ilan deməkdi, “kes”- də kəs sözünün dəyişmiş formasıdı. Markesin babası bizim kənddə ilan tutan olub. 60-cı illərdə bizim kənddən köçüblər, kişi indiyəcən gözümün qabağındadı”.

Dolmadan tutmuş Elmlər Akademiyasınacan millidi, bizimdi! Kimya bizimdi, fizika bizimdi. Onkoloji xəstəliklər hamı milli, hamı yerlidi.

Muğamı da beləcə urvatsız elədik. Sənət müstəvisindən azana, ordan da laylaya. Sənət müstəvisində maraqlıdı, böyükdü. Gəl, durub deyəndə, muğam ana laylasıdı, nə bilim, azandı, olur heç nə.

Bədii mətnlərdəki obrazlara qarşı da beləyik. Obrazlara imkan vermirik ki, dünyəviləşsin, çərçivədən çıxsın. Heç olmasa, obraz kimi bəşəri olsun.

Bu millilik azarından qurtulmadıqca, işıq yoxdu.

Bayaq kontur yükləmək üçün marketə girmişəm, qəfil baxdım cihazın üstündə “Milliön” yazılıb.

Ağlamaq tutdu məni...

Tarix
2017.10.25 / 16:00
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Qadın sinəsində can verən Rusiya

Onların əlinə pul düşəndə...

Üz-gözü yara, nəcis yeyən bu adamlar... – Video/18+

Tereza ana Bakını görmür, yoxsa faktı bilmir?..

Akademikin qatilinin atası nə yazmışdı?

Üzr istəyirəm, gecə qonşudan qəribə səs gəldi...

Həsənquliyev: Bəzi əxlaqsız və murdar ünsürlər…

Əsirlər öz əl-ayaqlarını yeyirdilər... - Hitlerin həkimləri

Kişisizlikdən əziyyət çəkən qadınlar

Nuru Paşanın çəkisi qədər qızıla almaq istədiyi azərbaycanlı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla