Yuxarı

Heç inana bilmirdim ki, o da öləcək

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onu heç yaxından görmədim.

Kənd uşağıydım və şəhər mühütündə yaşayan insanların necəliyini televiziyadan görərdim, müəyyən edərdim. Şəhərlilər kəndlilərdən fərqli olardı və bu fərqi biz TV-lərdən müəyyənləşdirərdik.

...Onu bizim kənddə hər kəs sevirdi. O dövrün xəbərləri indinin xəbərləri kimi olmazdı, ütülənmiş sözlər, ifadələr və sair. Amma bu ütülənmə onun səsində, simasında ətrini, təravətini itirməzdi.

Zatən o qədər TV də yox idi ki, seçim də olsun, hər gün görürdük onu və onun həmkarlarını...

Ona acıdığımız vaxtlar da olmuşdu. Bir dəfə kəndimizə səs yayıldı ki, o, həyat yoldaşından, özü qədər məşhur olan diktor Roza Tağıyevadan ayrılıb. Kənd arvadlarının əli üzündə qalmışdı...

Bundan sonra daha qara bir xəbər kəndlilərimizin üstündən qara yaylıq kimi asıldı, camaatı üzdü. Söz söhbət gəzdi ki, onların yeganə oğlanları özünün xalası oğlu tərəfindən qətlə yetirilib.

Rafiq Hüseynov o vaxtlardan yaddaşıma bir az dərdli, bir az acı taleli, şəxsi həyatda bəxti gətirməyən, həm də ağırtaxta, ötkəm, ecazkar səsli bir kişi kimi köçmüşdü. Qəribə idi, mənə elə gəlirdi ki, orta məktəbi bitirib şəhərə oxumağa gəldikdə onunla mütləq qarşılaşacam.

Amma 37 ildir bakılıyam, bu illər ərzində onu heç yaxından görmədim, yenə də ekrandan qonağımız oldu...

Uzun sürən xəstəliklə əlbəyaxa oldu. Amma bu vaxta qədər pedaqoq kimi, təcrübəli bir televiziya işçisi kimi çoxlarına əl uzatdı, dilin, sözün qədrini bilməyi, nəvazişlə ifadə etməyi, şair demişkən, sözün tozunu silməyi öyrətdi...

Tələbələri, dostları, elə özünün şöhrəti onun adının “əlindən tutub” ölkədən kənara çıxardı. O qədər uzağa ki, ölümünü də Almaniyada haqladı.

Qürbətdə dünyasını dəyişmək necə olur görəsən?..

Onu heç yaxından görmədim... Amma onunla söhbət etmək, yaxşı bir yazı yazmaq keçib könlümdən. Həmişə də sonraya saxlamışam. “Vaxt var”, demişəm.

Heç inana bilmirdim ki, o da öləcək...

Tarix
2017.10.31 / 12:09
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Kimdir Mahirə Nağıqızı?..

Fərqanə, bu gün sənsiz gəldi...

Elə bil, vəsiyyət edirdi... - Aşıq Vüqar

Şərifin ifritə nənəsini...

Bakıya gedən yolu kəsən qəhrəmanlar - Video

Tərlan Qasımov təltif edildi - Foto

Göndərdiyin acılar sürüşür qucağımdan...

2017 yazarların yaddaşına belə köçdü - Sorğu

SSRİ-nin dağıldığı gün: Qorbaçovun Buşa məxfi zəngi - Mətn

Soyuq Arxangelsk, “Bakı” restoranı və doğma üzlər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla