Yuxarı

Fədayə Laçının qatardan qaçış əməliyyatı

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Azərbaycan gündəminin üstündən iki qatar keçdi.

Bir yanda Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılışı, bir yanda da Fədayə Laçının kriminal avtoritetləri qatardan qaçırması. Hər iki mövzunun qatarla bağlı olması qəribə təsadüfdür. Ancaq mən sizə başqa qatardan danışacam – minib getdiyimiz qatardan.

Həmişə olduğu kimi, toplum Bakı-Tiflis-Qars qatarına yox, avtoritetlərin qaçdığı qatara minməyi üstün tutdu. Yəni BTQ layihəsi qaldı kənarda, hamı Fədayə Laçının qatar əməliyyatını müzakirə etdi və etməkdə davam edir.

Narahatedici məsələ isə budur: Azərbaycan toplumu öz taleyinə niyə bu qədər laqeyddir?

Bizim toplumun sosial həyatına Bakı-Tiflis-Qars layihəsi təsir edəcəyi halda, o hələ də avtoritetlərin qaçdığı qatarı müzakirə mövzusu etməkdədir. Toplum sübut etdi ki, ona Bakı-Tiflis-Qars qatarına minib üç ölkənin zəngin mədəniyyətinə, tarixinə yox, kriminal dünyanın balaca qatarına baxmaq maraqlıdır.

Bu məsələdə TV-ləri ittiham etmək yersizdir. Çünki artıq aydın məsələdir ki, nəhəng şair Nizamini yalnız “Nizami” metrosu kimi tanıyan Azərbaycan insanına TV heç nə ilə kömək edə bilməz. Onun Nizamisi də, Füzulisi də, Şah İsmayılı dı, Lütfi Zadəsi, Mannası da, Atropatenası da qatardır (oxu: qatar altındadır).

Hərlənib-fırlanıb yenə qatara gəldik.

Böhran nə Fədayə Laçının düşdüyü vəziyyət, nə BTQ layihəsinə laqeydlikdir.

Böhran böyük tarixə, mədəniyyətə, ilklərə malik Azərbaycan cəmiyyətinin təfəkkürünün yığılıb bir qatarın içinə girməsidir.

Müsəlman şərqində qadınlara ilk seçim hüququ verən, ilk parlament respublikasının, ilk operanın və başqa-başqa ilklərin müəllifi olan Azərbaycan insanının kriminal bir qatara minib tam sürətlə geriyə doğru getməsi dəhşətlidir.

Nə etməli?

Orta əsrlərdə Avropada milli-mədəni oyanış məhz kitab çapından, elmi inqilabdan, insanların kütləvi şəkildə savad, bilik qazanmasından sonra baş verdi... və həmin intibah bu Avropa ölkələrini elə indi də ayaqda saxlayır, yüksəldir.

Bizdə isə intibahın mənbəyi, məsələn, elə məktəb direktorlarının əksəriyəti özünü kriminal avtoritet kimi aparır. Halbuki toplumu müəllim öyrətməli, düzəltməli, irəli gedən qatara mindirməlidir. Ancaq təəssüf ki, müəllimlər TV-lərdən əvvəl əlini çəkir uşlaqların üzərindən. Nəticədə şagird xalq şairi Fikrət Qocanı yox, avtoritet Lotu Qocanı tanıyır, nümunə götürür.

İndi Lotu Qocanı, Fədayə Laçını təhqir etməyə heç kimin haqqı çatmır. Çünki ən böyük cinayəti özümüz törədirik: taleyimizə, gələcəyimizə laqeyd olmaqla.

Əminəm, indi Fədayə Laçını təhqir edənlər bir neçə il sonra 5-10 min verib onu toya çağıracaqlar.

Vallah, çox yazmaq olardı, ancaq heç kimin vaxtını almaq istəmirəm, çünki bilirəm ki, hamı Fədayə Laçının həbsi ilə bağlı “Şok!” xəbərləri oxumağa tələsir.

Tarix
2017.10.31 / 13:46
Müəllif
Aqşin Evrən
Oxunub
11 532
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla