Yuxarı

Kafka, qəhvə və uzaqlara baxan şəkil...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar ədəbi mühitin bir azarı diqqətimi çəkir. Hamı oxuduqları ilə gözə girmək istəyir. “Mən Kafkanı sevirəm”, - hər addımbaşı bu frazalara rast gəlirik. Oxuduğu, oxumadığı nə varsa, mövzuya uyğun gəldi-gəlmədi, yazılarının başlığına dürtən aforizm sevgililiəri.

Bir də “uzaqlara baxan” şəkilləri ilə diqqəti özünə yığan böyük şəxsiyyət nümunələri...

Əslində, kitab oxumaq da elə sevgidir: sevgini qışqırmaq necə bayağıdırsa, kitab oxumağı da nümayiş etdirmək o qədər gülüncdür. Nə qədər çox oxusan, bir o qədər işıqlanar, nurlanar, müdrikləşərsən. Müdrik insanlar hətta susqunluqları ilə uzaqdan diqqət çəkir. Onların mühitinə düşdükdə insan o qədər işıqlanır ki!

Bu nuru kölgələmək mümkün deyil. Yalnız nadan nə qədər ziyalı donu geyinsə də, ağzını açıb danışdıqda əslində çılpaq olduğu ortaya çıxar. Bu, son dərəcə gözəl qızın ləhcəylə danışmağı kimi bayağı bir tablodur.

İndi düşünəcəksiz ki, bu yazıq bəndələr, bu yerdə qalan oxucu toplumu ali bəndələrdən oxumaq, öyrənmək istəyir. Bəs bu “ali bəndələrın” doğrusunu yalanından necə ayırsın? Diqqətli oxucu mizan-tərəzidir, pisi yaxşıdan ayırmalıdır. Sadəcə hər dövrdə “özünü ifadə etmək” deyilən bir azar olub. Hər dövrdə olub, yalnız bu dövrdə daha çoxdur.

Hər iki cəbhədə yalan var - yalançı oxucu heç nə yazmayan yazarın fanatıdır. Ona təqdimat edir, onu tərifləyir. Hər ikisi yalan danışdığını bilir. O vəziyyətə gəlib ki, istedadlar artıq o mühitdən uzaqlaşmaq istəyir. Düşüncələr, ideyalar ölür...

Bütün gözəl yazıların qatili nadan oxucu və yazar kütləsidir. O insanlar hətta kimlərinsə sevimlisinə qədər gəlib çıxa da bilər. Bu kor dəlik bir az da ədəbi mühiti içindən yeyir, onu artmağa qoymur. Nəticədə qurdun içindən yediyi cazibədar ədəbiyyat meydana çıxır.

Bu haqsızlığı digər sənətlərə də şamil etmək olar. Yalnız ədəbiyyat daha ağrılıdır. Bütün sənətlər ədəbiyyatdan başlayır, söz hər gözəlliyin önündə durur. Amma... onlar artıq sözün canına daraşıblar.

Dövrümüzün ədəbi mühitinin bir qismi də qəhvə içməklə məşhurlaşır.

Yadımda deyil bunu ilk kim deyib: “Heç nədən danışmaq böyük bacarıqdır”.

Dövrün ədəbi mühitinin çox azarı var imiş. “Min bir gecə” nağıllarından betər min bir yalan. Siyasətin böyüyü burda tüğyan edir.

Siyasətin varsa, qoşul bu mühitə. Başlanğıc üçün bir fincan qəhvən, Kafkan yazı masandan əskik olmasın. Yazmasan da olar.

Bir də mütləq uzaqlara baxıb şəkil çəkdir, onsuz heç olmaz ...

Tarix
2017.11.11 / 13:50
Müəllif
Aysel Fikrət
Şərhlər
Digər xəbərlər

Səməndərin Rəşidi! O, niyə intihar etdi?

Mürsəlin sevgisizliyi iki qadını öldürdü

Bir həftədir dayımın ölümünü anamdan gizlədirəm…

Sənin anan olmaq istəyirəm, Ata

Öləndən 10 gün sonra evimə gəldim, gördüm ki...

Rəna məhv oldu, amma sevgisindən dönmədi

Yavaş-yavaş unudulacaqsan, Elina...

"Bacın qurban, hardasan?!"

Məni də özünlə apar, Ata

Xəstə anaya görə başqasıyla “evlənən” varlı qadın

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla