Yuxarı

Rauf Arifoğludan nələr öyrəndim...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş Sovetler İttifaqının tərkibində olan və bu gün müstəqilliyini elan etmiş 15 ölkənin söz azadlığı qaranquşudur “Yeni Müsavat”. Azərbaycan xalqına azadlığın nə olduğunu, çətin şərtlər altında da olsa, çatdıran bir səs idi “Yeni Müsavat”. Bir sözlə, 70 il boyunca bizdən gizlədilənləri gizlicə evlərimizə girərək bizə öyrədən idi “Yeni Müsavat”.

“Yeni Müsavat” qəzetinin 28 yaşı tamam oldu. 28 yaş bir insan üçün gənclik yaşıdır. Bəzən bu yaşda olanlara “hələ çox gəncsən, öyrənəcəyin çox şeylər var” dediyimiz də olur. Amma bu, “Yeni Müsavat” və onun kollektivi üçün söylənilə bilməz. 100 il durmadan yayımlanan qəzet və jurnallar var ki, bir insan həyatında belə önəmli rol oynamayıb. “Yeni Müsavat” isə yayımlandığı ilk gündən Azərbaycan xalqının həyatında çox böyük rol oynadı.

Xoşbəxtəm ki, mətbuata gəldiyim yoldur “Yeni Müsavat”. Çünkü mən ilk yazmağa “Yeni Müsavat”dan başlamışdım. Etiraf edim ki, orta məktəb və universitet illərindən daha çox, “Yeni Müsavat”da öyrəndim. Qəzetin baş redaktoru Rauf Arifoğlu məni Böyükkişi Heydərliyə təqdim edərək, “Nigar OMON-çu ailələrdən yazacaq” dedi. Və hər şey o gün başladı. “Pioner” qəzetində yazdığım dövrdə başlayan arzularım “Yeni Müsavat”da həyata keçmişdi. Az bir müddət işlədim o qəzetdə. Etiraf edim ki, “Yeni Müsavat”dan üzümə açılan mətbuatın qapısı “Millət”, “Hürriyət”, “Ekspress” kimi məşhur qəzetlərdə davam etdi. Amma hansı qəzetə getdimsə, hansında cəsarətli yazılar yazdımsa, səmimi mühitdə hər kəsdən bir şey eşitdim: “O, “Yeni Müsavat” məktəbi keçib”.

Doğrudur, mən “Yeni Müsavat”da cəsurlarla tanış olmuşdum. Ən çətin anlarda onların “hər şey yaxşı olacaq” dediyini eşitmişdim. Rauf Arifoğludan, rəhmətlik Böyükkişi Heydərlidən, Xalid Kazımlıdan, Şirzad Məmmədlidən eşitdiklərim və oxuduqlarım məni daha da cəsarətli etmişdi.

Bu qəzet və kollektivlə bağlı çox şey yazmaq olar. Sadəcə, doğum günündə 28 yaşlı söz azadlığı qaranquşunun keçmişdə yaşadığı çətin günləri deyil, gözəl günləri xatırlamaq istəyirəm.

“Yeni Müsavat”ın ağır günləri çox olub, amma unutmayaq ki, bu qəzet Sovet İmperiyasına qarşı savaşıb, müstəqilliyi görən bir qəzetdir. Bu da dünyanın ən gözəl hadisələrindən çox-çox üstündür.

Bir daha “Yeni Müsavat” qəzetinin dəyərli kollektivini, eyni zamanda, “Yeni Müsavatı”n qurucusu və baş redaktoru Rauf Arifoğlunu, redaktor müavini Azər Ayxanı, redaktor Xalid Kazımlını, Kənan Rövşənoğlunu, Aygün Muradxanlını, Sevinc Telmanqızını səmimi qəlbdən təbrik edirəm. Bu qəzetin formalaşmasında xüsusi rolu olmuş rəhmətlik Böyükkişi Heydərlini hörmətlə xatırlayır, “nurlar içində yat, böyük bəy” deyirəm.

P.S. “Yeni Müsavat”dan sonra Azərbaycanda yetərincə layiqli, millətinə və dövlətinə xidmət edən qəzetlər, jurnallar, agentliklər, eyni zamanda, saytlar fəaliyyət göstərib və göstərir. Amma hər kəsin öz adı var...

Tarix
2017.11.13 / 00:14
Müəllif
Nigar Ögeday
Şərhlər
Digər xəbərlər

Makron Qarabağa 2 min əsgər göndərir? - “Türkiyə”dən şok iddia

Bayrağımızı endirən türk professorun ifadəsi alındı

Özdil, Əliyev 50 milyonun prezidentidir!

“Mənə bərk-bərk sarıl” dedi, dünyam qaraldı... - Foto

Düşməni ayağına gətirən Lider

Erməni türkçü partiyanın qurucusu olursa...

“Sabah”dan “Qarabağ” əleyhinə yazını kim sildirdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla