Yuxarı

Bədəniniz gedir, başınız burda qalır...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mühacirət siyasi proses olsa da – ki, ölkədə 1920-dən sonra, bolşeviklərin gəlişiylə başladı – indi daha çox səbəbsiz, əyləncə məqsədli baş verir.

Kütləvi köç 90-cı ildən sonra daha da sürətləndi.

Taksi sürücüsündən yazıçıya qədər hamı getmək xəyalında.

Statistkaya görə, 2016-ci ildən bu yana mindən çox adam gedib.

Kimlərdi gedənlər? – Burda uğur qazanmayan adamlar. Bir qaşıq istedad və eqo mane olur yaşamağa. Gedənlərin əksəriyyəti oralarda fəhlə sinfi kimi yaşlanırlar.

Texnoloji yenilikləri öyrənib ölkədə tətbiq etmək üçün oxumağa gedənlər var. Uğur olsun. Bu işin faydalılıq əmsalı yüksək.

Bəs əyləncə üçün gedənlər? Evdən çörək almaq adıyla çıxıb bir daha geri dönməyənlər?

Guya gedib vətən dərdi çəkirlər? Buna inanırsız?

Mən qız tanıyıram, sevgilisi xəyanət edib, üz tutub Almaniyaya.

Balaca Bakıda özünə yer eləyə bilməyən, siqaret almağa gücü çatmayan adam Almaniyada Qarabağ alacaq?

İntellektual adamları götürək. Götürək də deyirəm, kim, məsələn?

Bu xalqı aşağılamaq lazım deyil, nöqsanlardan tutub xarici ölkələrə qaçmaq lazım deyil. Bu, çıxış yolu deyil. İnanın ki, heç bir uğur qazanmayacaqsız.

Bu getmək ki var, natamam prosesdi. Fiziki olaraq baş tutsa da, mənəvi olaraq tam qopmaq mümkün deyil. Psixoloji yaddaş natamamlıq yaradır. Bədən qalır yiyəsiz, baş davamlı burayla məşğul.

Axına qoşulub gedənlər burada daha faydalıdı, nəinki orda. Kortəbii köçün süqutu labüd.

Hadisənin içindən çıxmaq üçün məkanı yox, rakursu dəyişmək lazım.

Bəzən sevgi yanlış addımlara yol açır.

Getmək - mədəsi ağrıyan adama “noşba” vermək kimidi: ağrı müvəqqəti keçəcək, amma eyni zamanda yara daha da böyüyəcək və qastrit yaranacaq. Birbaşa ağrının səbəbinə enmək, aradan qaldırmaq gərək.

Bunun üçün də doğru metodlar var.

Mənə elə gəlir, ən faydalı vətənpərvərlik peşəkarlıqdı.

İşində, ixtisasında peşəkar ol – vətənə sevgi budu.

Nədi bu yorğunluq, inamsızlıq?

Əringənlik çöküb gəncliyə. Adamın yazığı gəlir.

Metro bağlanana kimi gecə həyatı yaşayan, üzdən Ameli, içi Təriş qızların, pirsinqli, sırğalı Mamedlərin getməkliyində zərrə qədər fayda yoxdu.

Təhlükə nədi? – Gedib ölkə adına öz boylarınca ziyan vururlar.

Getməyək, getmək istədiyimiz, xəyal etdiyimiz ölkələrə çevirək ölkəmizi.

Sən bir almaniyalı həmyaşıdın üçün keçmişdən gələn insansan.

Plakatlarla, bayraqlarla “Azərbaycan”, “Qarabağ” qışqırmaqla olmur bu işlər.

Siz gedəndən sonra kabab üçün burnunun ucu göynəyənlərdənsiniz.

Yaxşı bilirəm, sizi tanıyıram...

Tarix
2017.11.16 / 14:21
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Qadın sinəsində can verən Rusiya

Onların əlinə pul düşəndə...

Üz-gözü yara, nəcis yeyən bu adamlar... – Video/18+

Tereza ana Bakını görmür, yoxsa faktı bilmir?..

Akademikin qatilinin atası nə yazmışdı?

Üzr istəyirəm, gecə qonşudan qəribə səs gəldi...

Həsənquliyev: Bəzi əxlaqsız və murdar ünsürlər…

Əsirlər öz əl-ayaqlarını yeyirdilər... - Hitlerin həkimləri

Kişisizlikdən əziyyət çəkən qadınlar

Nuru Paşanın çəkisi qədər qızıla almaq istədiyi azərbaycanlı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla