Yuxarı

Portret arxasında böyük pulların növbəti rekordu…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünya xilaskarı”nın tablosunu satanlar və alanlar...

Xəbər lentlərində Nyu Yorkun “Christies” hərrac mərkəzində satılan sənət əsəri haqda məlumatlar nə mədəniyyət aləmində, nə də geniş ictimaiyyət içərisində arzuolunan reaksiyaları doğurmadı.

Ən yüksək insan ideallarının ticarət və kapital dünyasının yeminə çevrilməsi nəinki bəşəri məqsədlər güdən, hətta bir adamın belə xilasına yönələn cəhdləri səmərəsiz və əhəmiyyətsiz edir. Diqqət yetirin, 500 il əvvəl dahi bir sənətkarın fırçası ilə yaradılan İsa Məsihin portreti 21-ci əsr reallığında yalnız qlobal Forex və ya Fond birjalarının günlük kotirovka ajiotajının içərisinə atılaraq, əmtəələşir, adiləşir və öz mahiyyətini itirir. Hər gün neft bazarında treyderlərin amansız şəkildə hər sent uğrunda apardıqları mübarizəyə tamaşa edən dünya insanı “Xilaskar İsa”nın tablosunun satılmasını da eyni ahəngdarlıqla və qladiator vuruşmasının sonu kimi müşahidə eləyir.

Onları heyrətə gətirən sadəcə hakimin, yox-yox, hərrac komitəsi rəhbərinin əlindəki rəmzi çəkici zərblə masaya çırparaq, oyunun bitdiyini və vəhşi yarışmanın taleyini həll edən bir kənar telefon zənginin artıq gəldiyini bildirməsidir. İncəsənəti və yüksək dəyərləri heç tanımaq istəməyən, İsanın portreti arxasında qazanılan böyük pulların növbəti rekordu vuruldu, cənablar. Qalib az qala yarım milyard dollar ödəyərək, bütün insanlığa ədalət və sülh gətirmək istəyən peyğəmbərin rəsminə sahiblik hüququnu əldə etdi. Səxavət kisəsini müqəddəslərin yolunda açan adamın rəsmi adı, dini mənsubiyyəti, şəxsi keyfiyyətləri bəlli olmasa da, hər halda onun zənginlər təbəqəsinə məxsus olduğuna heç bir şübhə yeri yoxdur. Əks halda, bir zamanlar qiyməti 60 dollara qoyulan fırça, kətan və boya məhsulunun dəyəri qızıl və müxtəlif valyutaların indeksi ilə paralel dəyişməzdi.

Gerçəkdənmi, öz dövrünün böyük İntibahına yol açan rəssam, heykəltaraş, mühəndis, yazıçı Leonardo da Vinçi ölməz sənət əsərlərdən biri olan “Dünyanın Xilaskarı” işi ilə yalnız hökmdara xoş gəlmək və saraydakı yerini qoruyub saxlamaq istəmişdi, yoxsa, əksinə, xidmət etdiyi hökmdara sənətinin gücü ilə təsir göstmərməyi düşünmüşdü?

Bildiyiniz kimi, da Vinçi öz ölkəsində deyil, Fransada yaşayıb-yaratmalı olmuşdu. Onun yaratdığı ölməz əsərlər də dağılmış Bizans imperiyasından sonra Avropaya səpələnən intibahçıların özləri ilə gətidikləri kitablar və yeni dəyərlərin təsiri ilə meydana çıxırdı. İndi iddia olunan versiyalardan birində deyilir ki, məhz Fransa kralı 12-ci Lüdovikin sifarişi ilə dahi rəssam İsanın təsvirini yaratmaq qərarına gəlir. Halbuki o vaxtlar Avropa qitəsi böyük müharibələrin meydanına çevrilmişdi. Kim bilir, ”xalqın atası” adını qazanan hökmdarın bir əlində qılınc tutaraq, İtaliyaya, İspaniyaya qoşun çəkməsi və böyük əraziləri ələ keçirməsi müqabilində, o biri əli ilə ali kateqoriyalara, yüksək fəlsəfi, ruhani prinsiplərə riayət etməsi kralın daxili mənəvi ehtiyaclarından irəli gəlirdi, yoxsa sadəcə din və peygəmbərlərə sitayiş mənzərəsi saxta zahiri libas idi? Hər halda, da Vinçinin əsərindən keçən sonrakı əsrlər elə həmin “Xilaskar” portretin qarşısında milyonlarla insanın başının yerə gəlməsi ilə nəticələndi. Fransa sonrakı kralları edama göndərərkən, kilsə və ruhaniyyət dünyası da xaç çevirərək dini fitvaları ilə ölümlərə kömək edirdilər.

İndi üstündən 500 il keçəndən sonra heç bir ideologiya və din dövlətlər arasında gedən qlobal müharibələri durdura bilmir. Əksinə, Romada katolik kilsəsinin qarşısına toplaşan milyonların, yaxud Məkkədə müqəddəs Qara daşın başına dolanan insan selinin içərisindən qopanlar etiqad və dua meydanlarından birbaşa döyüş səngərlərinə atılır və bir-birinin qanını tökürlər. İsa Məsihin tablosunun alınıb-satıldığı günlərdə islam peyğəmbərinin bayrağını qaldırıb Xilafət qurmaq istəyənlərin böyük bir dəstəsi İraq-Suriya adlı vəhşət cəbhəsində məhv edilirdi. Deyə bilərsiniz ki, xristianların liderinin portreti İŞİD idealı ilə silahlanmış adamlara niyə təsir etsin ki... Doğrudur, Məhəmməd əleyhissəlamın əksini yaratmaq və onun surətini çəkmək islam aləminə qadağan edilib. Heç olmasa, buna görə düşünmək olar ki, indi böyük müsəlman səltənətlərində həmin portretlərin alınıb-satılması baş verirkən, peyğəmbərin divardan boylanan ilahi gözləri qarşısında hökmdarlar məzlumiyyətə, haqsızlıqlığa və insan qətllərinə fərman verirdilər. Heç olmasa, buna görə təsəlli tapmaq olar ki, birjalardan alınmış müqəddəslərlə səmavi dili insanlığa çatdıran adamlar tamam fərqli simalar olublar.

Ona görə də “Dünyanın Xilaskarı” əsərinə neçə milyardlar da xərclənsə, Yer üzünə onun heç bir faydası olmayacaq. Çünki müqəddəsləri məbədlərdən çıxarıb onların üzərində kapital imperiyası quranda bir gün o saraylar çökəcək. Həzrəti İsa deyirdi ki, kim birinci olmaq istəyirsə, hamıdan sonda, hamının qulu olsun! Gerçəkdən də bəşəri liderliyin başqa forması necə ola bilər?

Xilaskarlıq bahalı portretləri almaqla deyil, heç olmasa, bir Allah bəndəsinə həqiqi xidmətlə ölçülür. Adamlar sərvətlərini harada yerləşdirirsə, qəlblərini də oraya bağlayırlar. Ona görə də divara vurduğun tablonun maddi dəyəri ilə deyil, onun yer üzünə gətirdiyi kitabla yaşamırsansa, sənin evin də, qəlbin də dünyanın ən qaranlıq yeridir!

Da Vinçinin əsərini aparıb kilsəyə vermək insanlara ən yaxşı töhfə olar!

Tarix
2017.11.18 / 22:59
Müəllif
Zahid Oruc
Şərhlər
Digər xəbərlər

45-ci gün: Əliyevin və müqəddəs torpaqların qayıdışı

Əliyevin Marşal planı: Zahid Orucdan sensasion yazı

Əsas məsələ ləyaqətli və könüllü qayıdışdır

Bakıya qarşı böyük savaş: kuratorlar nələr ötürür…

Zəngəzurda Ordumuza qarşı "döyüşə atılan" çobanlar – Video

Mehriban xanımın siyasi obrazına baxış

Simonyanın müraciəti: Rus mediası Nikola sitəm edir

Xudafərinə görə Əliyevin İrana şok cavabı

Prezident xalqı xilas edir, hətta Əli Kərimlini də...

Onlara nəfəs aparatı çatmayacaq – Sensasion baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla