Yuxarı

Quran deyir ki... – ABŞ-dakı kafərlər də onu dedi

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Şimali Karolina ştatında dünyanın düz olduğunu iddia edən bir qrup şəxsin iştirakı ilə toplantı keçirilməsi xəbəri nə deməkdir?

O deməkdir ki, nəhayət, bu kafərlər də dinə-imana gəlirlər, qanırlar ki, dünya yumru-zad deyil.

İnanclı insanlar düşünür ki, dünya məcməyi kimi düzdür. Bu nəzəriyyəyə görə, NASA bizi ikiölçülü, üçölçülü videolarla, fotoşopla aldadıb ki, islamdan uzaqlaşaq, Allahın Kəlam sifətindən dönək.

Hə, ola ki, bir nəfər mübarək, imanlı qardaş, ya ki bacı, etiraz edər, deyər ki, istisna var-filan, bəs mən də müsəlmanam, amma Yerin kürəşəkilli olmasına inanıram, ona deyin: sən əsla mömin deyilsən, yalançının yekəsisən. Allah özü buyurur ki, Yer düzdü.

İslamdakı bütün rituallar və ibadət forması Yerin düzlüyü nəzərə alınaraq yazılıb. Yəni o ritullara əməl etmək üçün gərəkdir ki, Yer düz ola.

Hud 11 - (Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı) qıl.

İsra 78 - Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl.

İndi qütbə yaxın yaşayan bir müsəlman düşünün. Düşündünüzmü? Hə, mən də onu deyirəm, altı ay ərzində bir dəfə səhər, bir dəfə axşam olacaq. Gündə beş dəfə namaz qılmaq olarmı bu şəraitdə? Qurandakı bu hökm ancaq dünyanın düz modelinə uyğun gəlir, yoxsa altı ay ərzində bir dəfə səhər namazı, bir dəfə də gecə namazı mümkün.

Bəqərə 149 - (Ya Rəsulum!) Hər hansı bir yerə getdikdə, (namaz vaxtı) üzünü Məscidülhərama (Kəbəyə) tərəf çevir! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə haqdır.

Fikir verin, dünyanın hər tərəfindən üzü qibləyə durmaq olarmı? Onlar düşünürdülər ki, dünya düzdü, kitab da bu məntiqlə yazılıb.

Bəqərə 187 - ...sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın.

Qütblərdə altı ay gecə, altı ay gündüz olur. Gəl, oruc saxla görüm... Fikir verirsiz?

Quranda pinqivin və qar anlayışı yoxdu. Ərəb, bildiyimiz ərəb...

Nənəm deyirdi ki, Allah dünyanı düz yaradıb ki, üstündən düşməyək.

Bunca fiziki qanunlar, elmi araşdırmalar... sən demə hamısı boş imiş, hə?

Adamlar düşünmür ki, bəs dünya düz isə, nədən Ay bəzən alayarımçıq olur?

Ya sin 40 - Nə Günəş Aya çatar (yetişər), nə də gecə gündüzü ötə bilər. (Günəş, Ay və ulduzların) hər biri (özünə məxsus) bir göydə (öz hədəqəsində, öz dairəsində) üzər... – Bu ayəni də özünüz şərh edərsiniz.

Yenə də doğrunu NASA bilər, hərhalda Allaha bizdən daha yaxın.

Deyir, bünya düz deyilsə, fırlanırıqsa, niyə hiss etmirik bunu?

Dünyadakı bütün canlılar və cansızlar, (ekvatora görə) saatda 1670 km sürətlə hərəkət edən vasitədə sərnişin. Düşünün, bu sətirləri oxuyarkən belə metrlərlə yol qət edirik. Ancaq bu sürəti hiss etmirik. Çünki atmosferimiz dünyanın bu sürətinə ayaq uydurmaqdadır. Daha yaxşı qavramaq üçün belə bir örnək:

Düşünün ki, saatda 1670 km sürətlə hərəkət edən bir təyyarədə səfər edirsiniz. Ancaq təyyarənin çölü zil qaranlıqdır və bu səbəbdən ətrafınıza baxıb hərəkət etdiyinizi anlayacaq heç bir şey yoxdur. Kitabınızı oxuduğunuz zaman sanki evinizdə divanın üstündə otururmuş kimi eləcə durursunuz. Ancaq saatda 1670 km saat sürətlə hərəkət etdiyinizi fərq etmirsiniz. Çünki təyyarədə olan hər şey masalar, fincanlar və s. sizinlə birlikdə hərəkət etməkdədir. Dünyada eyni şəkildə atmosferi ilə birlikdə hərəkət etməkdədir və bu sürəti hiss etməmiz bu səbəbdən mümkün deyildir.

Dünya durana qədər (toqquşma və ya fəlakətləri göz önünə almazsaq) daima insanlara təsir etməyəcək bir sürətdə fırlanacaq.

İndi qəhvə dəmləyin və bu möhtəşəm kosmik səyahətdən həzz alın...

Tarix
2017.11.20 / 12:30
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Qadın sinəsində can verən Rusiya

Onların əlinə pul düşəndə...

Üz-gözü yara, nəcis yeyən bu adamlar... – Video/18+

Tereza ana Bakını görmür, yoxsa faktı bilmir?..

Akademikin qatilinin atası nə yazmışdı?

Üzr istəyirəm, gecə qonşudan qəribə səs gəldi...

Həsənquliyev: Bəzi əxlaqsız və murdar ünsürlər…

Əsirlər öz əl-ayaqlarını yeyirdilər... - Hitlerin həkimləri

Kişisizlikdən əziyyət çəkən qadınlar

Nuru Paşanın çəkisi qədər qızıla almaq istədiyi azərbaycanlı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla