Yuxarı

3 bahalı maşını olan xırda məmurun arvadı...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi statistikaya görə, ölkə əhalisinin 25 faizi Bakıdadır. Statistikaya inanmıram. Kommunal istehlaka nəzərən demək olar ki, ölkə əhalisinin 40 faizi Bakıdadır. Halbuki paytaxt 1.5 milyon əhali üçün nəzərdə tutulub.

Bakı babamın “Jiquli”sinə oxşayır. Bazar günü dörd nəfərlik maşına 8,9 qadın minirdi. Hələ bunların ayın-oyunları var, özləri də çəkidən bol. Bir növ, getmirdi, sürünürdü maşın, piyada ötərdin.

1.5 milyonluq Bakıya 3-4 milyon minib. Sözün əsl mənasında minib. Yaşayanlardan daha çox qalanlar var. Belə deyək: Ölkə əhalisinin 40 faizi Bakıda qalır.

Yollar, evlər, küçələr dolu... – Yaraltı dolu, yerüstü dolu...

Hələ bunun qatara minməyi var, parça-parça enməyi var. Olur ki, qolun maaşı gecikmiş qadının əsəbinə ilişib gedir.

Şəhərdəki sıxlığın, tıxacların səbəbi təkcə əhalinin çoxluğu deyil.

Bakıda ciddi şəkildə şəhərsalma normaları pozulub. Fikir verin, Cəfər Cabbarlı küçəsində 3 iri biznes mərkəzi var. Küçə də dar. Səhər minlərlə insan düşür o küçəyə, axşam – iş saatından sonra da basabas, izdiham... İnsan tıxacı yaranır.

Əhalinin çoxluğu, küçələrin darlığı, “necə gəldi” şəhərsalma.

Hələ bitmir.

Ən böyük problemlərdən biri infrastruktur planlaşdırılmasıdır. Yol çəkilir, sonra qazılır, təzədən çəkilir - sən demə, kanalizasiya xətti yaddan çıxıbmış.

Özü də bunu günün günorta çağı edirlər. Birdəncə kranlar, ağırtonnajlı maşınlar beton cəngəllikdən çıxıb “ulamağa” başlayır – budur, maşın dalınca maşın... Tıxac uzandıqca uzanır...

İri problemlərdən biri də böyük ölçülü maşınlardır. Gəzənlər bilir, meqapolislərin heç birində Bakıdakı qədər böyük ölçülü maşın yoxdur. Bu mərəz də irsidir. “Mənimki daha böyük olmalıdır” psixozu. Ekonomik, xırda-mırda maşın kasıb işidi, abi. Yox, daha dəhşətli fikirlər var: Balaca maşın qız maşınıdır. Dünyanın heç harasında maşınları cinsləşdirən, qadına, kişiyə bölən insan tipi tapammazsan.

Böyük, bir az da böyük, daha böyük...

Zalımın maşını iki mərtəbəli evdir, sanasan. Üzbəüz gələndə vahimələnir adam. Bir dəfə minmişdim. O irilərdən idi. Pəncərədən adamlar çox balaca görünür. Qarışqa kimi.

Dostumgilin məhəlləsində bir məmur yaşayır, – hə, bax bu məmur Bakıda qalmır, yaşayır – qapıda 3 böyük ölçülü maşını var. Markalarını bilmirəm, o lap yekələrdəndir. Üçü yan-yana dayananda gərək böyrü üstə keçəsən yolu. Arvadının başqa, uşaqlarının başqa sürücüsü var. Hər səhər məhəllədə tıxac yaranır. Mühafizəçi gəlir, sonra məmurun sürücüsü. Məmur maşına oturmamış, uşaqların maşını gəlir. Dalınca arvadınınkı...

Səbəblərdən biri parklanma üçün şəraitin olmamasıdır. Təsəvvür edin, 3 zolaqlı, həm də sıx gəliş-gedişli yolda bir zolağı parklanma tutur, birini marşrutlar tutur, qalan maşınlar da yüklənir bir zolağa..

Taksi sürücüləri avtomobillərini avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqlarda saxlayır. Buna görə də marşrut avtobusları onlar üçün təyin olunmuş dayanacağa yaxınlaşa bilmir və məcbur qalıb yolun ortasında saxlayırlar. İstər-istəməz tıxac yaranır.

Bütün bu səbəblərin ən ciddisi əhalinin çoxluğudur.

Nə etməli?

İnzibati binalar şəhərətrafına köçürülməlidir. Universitetləri bölüşdürmək. Bakı Dövlət Universitetini çıxmaq şərtilə bütün ali məktəblər, universitetlər regionlara, digər şəhərlərə yerləşdirilməlidir.

Böyük şirkətləri müəyyən güzəştlər etməklə stimullaşdırıb regionlara köçürmək olar. Cənubi Koreyada bu üsuldan istifadə edilib, nəticəsi də göz qabağında.

Bu, bir cümlə qədər asan iş deyil, amma tələsmək lazım. Sonra gec olacaq, bir gün Bakı boğulacaq...

Tarix
2017.11.23 / 12:46
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Qadın sinəsində can verən Rusiya

Onların əlinə pul düşəndə...

Üz-gözü yara, nəcis yeyən bu adamlar... – Video/18+

Tereza ana Bakını görmür, yoxsa faktı bilmir?..

Akademikin qatilinin atası nə yazmışdı?

Üzr istəyirəm, gecə qonşudan qəribə səs gəldi...

Həsənquliyev: Bəzi əxlaqsız və murdar ünsürlər…

Əsirlər öz əl-ayaqlarını yeyirdilər... - Hitlerin həkimləri

Kişisizlikdən əziyyət çəkən qadınlar

Nuru Paşanın çəkisi qədər qızıla almaq istədiyi azərbaycanlı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla