Yuxarı

Müğənnilərimizin 18+ görüntüləri

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çoxdanıncı illərdə rəhmətlik kanalların birinə qonaq çağırmışdılar. Mövzu ordumuzdakı neqativ hallar idi. Verilişdə bəzi komandirlərin əsgərləri inctiməsindən geniş, ətraflı danışdım. Axşam komandirim zəng elədi, dedi, Aqşin, baxırdım sənə televizorda, fəxr elədim sənlə. 120 əsgəri də düzmüşdüm, fərəqətdə dayanıb sənə baxırdılar. Halal olsun, əla danışdın! Dedim, komandir, sən orda əsgərləri düzmüsənsə, demək, mən bir köpüklük danışmamışam.

***

Bax, sadə bir detal göstərdi ki, bizim TV-lər maarifləndirmə siyasətini düzgün yürütmürlər. Tutaq ki, verilişin mövzusu müəllim-şagird münasibətidir. Verilişə bir ağıllı-başlı müəllim, bir də evdə valideynini it yerinə qoymayan səviyyəsiz müğənnini dəvət edirlər. Və saçyoldu başlayır. Bu verilişə baxan uşaq sabah nə müəlliminə hörmət edəcək, nə də valideyninə. Nəticədə savadsız bir fərd kimi formalaşacaq.

İndi, sizcə, müğənninin açıq-saçıq paltarda efirə çıxması uşaqlara pis nümunədir, yoxsa mənəviyyatsız davranışları?

Müəllim demişkən, keçən dəfələrdə bir kanalın müxbiri küçədə sorğu keçirirdi ki, Qara Qarayev kimdir? Sakinlərdən biri çox fikirləşdi, axırda dedi ki, metro var da adına... yəqin, “Qara Qarayev” metrosunu tikən adamdır.

Müxbirlər də bu sakinlə məzələndilər.

İndi, ay telekanal, sən nə vaxt Qara Qarayevlə bağlı veriliş hazırlayıb onu vətəndaşa təqdim etmisən? Qara Qarayev haqqında bir cümlə belə deməyən kanalın zəhmətkeş vətəndaşı aşağılamağa haqqı çatırmı?

***

Bütün gün efirdə uşaqlara ağır psixi sarsıntı yaşadacaq şiddət, təhqir içərikli materiallar yayımlayırlar, sonra isə uşaq sabunlarını reklam edirlər. Guya bunlar uşaqların sağlamlığını düşünürlər. Axı təfəkkürü xəstə olan uşağın gigiyenası qaydasında olsa, nə fayda?

***

Demək, bir müddət əvvəl rayonlararası bilik yarışması keçirilib. Yarışmaya gələn şagirdlər arasında dava düşüb, polis axtarış apararkən şagirdlərdən çoxlu soyuq silah tapıb. Bu hələ bizim bilik yarışmasına gedənlərimizdir. Gör, o birilər hansı vəziyyətdədirlər.

Bu yaxınlarda xalq artistləri arasında da çox rüsvayçı dava oldu.

Xalq artisti bu vəziyyətdə olan toplumun şagirdindən nə gözləyək?

Aparıcıların vəziyyəti isə ümumiyyətlə nəinki adam, heç heyvan içərisinə də çıxarılası deyil. Bu yaxınlarda bir aparıcı azyaşlı qız üçün elçi getmişdi, bəhanə də gətirmişdi ki, mənə qızın yaşını düz deməyiblər. Belə qeyri-peşəkarların bu cür addımlar atması toplumda pedofiliyanın yayılmasına gətirib çıxarır.

Bu aparıcılar bir dönəm Maral Tahirqızı adlı birini davamlı reklam edirdilər, axırda həmin Maral “qadın alveri” ilə “gözündən vuruldu”.

Qadın alveri, pedofillik... Görün bu aparıcıların, kanalların uşaqlarımıza təqdim etdiyi şəxslər kimlərdir!

***

Valideynlər uşaqlara TV-yə baxmaqda sərbəstlik veriblər. Bircə erotik səhnələr göstəriləndə kanalı dəyişirlər. Lakin iki müğənni bir-birini söyəndə, şillə-təpik davasına çıxanda uşağın bunu görməsinə əngəl törətmirlər. Yəni təxminən belə deyirlər: uşaq erotik səhnəyə baxmasın, amma müğənnilərin davasına baxsa da olar.

Halbuki uşağın əxlaqını açıq-saçıq geyim yox, mənəviyyatsız, hörmətsiz, əxlaqsız davranış pozur.

Ümumiyyətlə, azyaşlıları mümkün qədər TV-dən uzaq saxlayıb onları elmə, ədəbiyyata yaxınlaşdırmaq lazımdır. Çünki onlar getdikcə TV-nin yetişdirdiyi zombi halına gəlirlər.

Unutmayaq, ən dəhşətli narkomaniya – telenarkomaniyadır.

Tarix
2017.11.23 / 14:35
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla