Yuxarı

O, qadından daha həyəcanlıdır

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günəşin altda yeni heç nə yoxdur… – yaman narahat edir neçə vaxtdı bu cümlə məni.

Yeni söz yoxdur, fərqli ifadə tərzi var. Hətta Jorj Polti 36 dramaturji situasiya saymışdı. O deyirdi ki, ədəbiyyatda mövzu və süjetlərin sayı 36-dan çox deyil. Sonra Borxes bu siyahıya əl gəzdirmiş, ümumiləşdirmədən sonra sayı 4-ə endirmişdi.

Təsəvvür edin, 36, ya da 4 darmaturji situasiya var və hamısı işlənilib.

Nə deməliyiksə, nə yazmalıyıqsa, ya da belə: nə deyəcəyiksə, nə yazılacaqsa, çoxdan deyilib, təkrar-təkrar yazılıb.

Nə etməli?

Fərqli ifadə tərzi!

Tomas Marinetti var, onun futurist ədəbiyyat haqda məqaləsini (Asif Hacılı tərcümə edib) oxudum. Tomas da mən deyəni deyir, ya da əksinə, mən də onun kimi düşünürəm.

Sintaksisi məhv etmək, isimləri isə necə oldu, ağlına nə cür gəlirsə, yerləşdirmək lazımdır. Feil qeyri-müəyyən formada olmalıdır. Belədə o, isimlə yaxşıca uyuşacaq və bu zaman isim müəllif «mən»indən, müşahidəçi və ya xəyalpərəst «mən»indən asılı olmayacaq. Yalnız feilin qeyri-müəyyən forması həyatın fasiləsizliyini və onun müəllif tərəfindən qavrayışının incəliklərini ifadə edə bilər.

Sifəti ləğv etmək lazımdır, onda çılpaq isim bütün gözəlliyi ilə görünəcək. Sifət çalarlar əlavə edir, fikirləşməyə məcbur edir, bu isə qavrayışımızın dinamizminə ziddir.

Zərfi də ləğv etmək lazımdır. Bu paslı qarmaq sözləri bir-birinə ilişdirir və cümlədə idbar monotonluq yaranır.

Hər ismin oxşarı olmalıdır. Yəni onunla analogiya ilə bağlanmış başqa isim. Hər hansı köməkçi sözlər olmadan birləşəcəklər. Məsələn: insan – torpedo, qadın – körfəz, kütlə – ləpədöyən, yer – qıf, qapı – lülək. Analogiya üzrə qavrayış uçuşların sürətinə görə adiləşib. Sürət həyat haqqında bizə yeni biliklər verib, buna görə də bütün bu «ona bənzər, kimi, onun kimi, necə ki» və s. ilə vidalaşmaq lazımdır. Daha yaxşı olar ki, predmet və təəssüratı bir lakonik obrazda həkk edə və bir sözlə təqdim edəsən.

Tomas Marinetti manifestdə yazırdı ki, punktuasiya daha lazım deyil.

Yəni sifətlər, zərflər, köməkçi sözlər ləğv olunduqda öz-özünə canlı və axıcı üslub yaranacaq, səfeh pauzalarsız, nöqtə və vergüllərsiz. Belədə punktuasiya heç nəyə lazım olmayacaq. İstiqaməti bildirmək və ya nəyisə ayırmaq üçün riyazi simvollar (+ – x : = ><) və not işarələri işlətmək olar.

Yazıçılar həmişə heyvanı insanla və ya başqa heyvanla müqayisə ediblər, bu isə demək olar ki, fotoqrafiyadır. Məsələn, Tomas «Tripoli yaxınlığında döyüş» əsərində belə bənzətmələr edib. O, süngülər çıxan səngəri orkestr quyusuna, topu isə məşum qadına bənzədir. Beləliklə, intuitiv assosiasiyalar sayəsində Afrika savaşının kiçik bir səhnəsinə həyatın bütöv layları yerləşdirilib.

O qeyd edirdi ki, hərəkəti bütöv assosiasiyalar zənciri ilə vermək lazımdır. Hər bir assosiasiya dəqiq və qısa olmalı və bir sözə sığmalıdır… Neft, isti metal və ya sadə ağac parçası indi bizi qadının təbəssümü və göz yaşlarından daha çox həyəcanlandırır.

O, necə deyirdi? Ədəbiyyat mühərrikin həyatını göstərməlidir. O, güclü heyvandır, yeni növün nümayəndəsidir.

Tomas nə bilsin ki, hələ də heç nə dəyişməyib. O, manifestdə qeyd edir ki, ədəbiyyat həmişə predmetlərin səs, cazibə (uçuş) və qoxu (buxar) kimi xüsusiyyətlərinə biganə olub. Bunlar haqqında mütləq yazmaq lazımdır. Məsələn, itin duyduğu qoxular buketini təsvir etməyə çalışmaq lazımdır.

Tomas manifestini futurist ədəbiyyatın texniki manifesti adlandırırdı, amma dediklərini bütün ədəbi janrlara aid etmək olar. Köhnə sintaksislə yeni dünya?

O yazırdı ki, sintaksis vasitəsilə şairlər sanki həyatı şifrələyir və artıq şifrələnmiş halda oxucuya onun formasını, cizgilərini, rəngini, səslərini çatdırırlar. Sintaksis pis tərcüməçi və bezikdirici mühazirəçi rolunda çıxış edir. Ədəbiyyatınsa nə ona, nə də o birisinə ehtiyacı var. O, həyata qovuşmalı və onun tərkib hissəsi olmalıdır.

Uçmaq mümkünsə, cırıltılı arabada sürünməyin nə mənası?

Və bu zaman hər tərəfdən qəzəblə bağıracaqlar: «Bu, eybəcərlikdir! Siz bizi sözün musiqisindən məhrum etmiziniz, səsin ahəngini və ritmin axıcılığını pozmusunuz!»

Əlbəttə, pozmuşuq. Və düz etmişik! Əvəzində siz indi əsil həyatı eşidirsiniz: kobud qışqırıqları, qulaq dələn səsləri. Rədd olsun süni görüntü!

Tomas manifestin sonunda yazır ki, insanın hökmranlığı bitib. Texnika əsri gəlir!

***

Alimlər fiziki formul və kimyəvi reaksiyalardan başqa nə bacarır?

Nə etməli? - Əvvəlcə texnika ilə tanış olmalı, dostlaşmalı və ehtiyat hissələri ilə birlikdə mexaniki adamın (mexaniki) yeni ədəbiyyatını (yaratmalı) hazırlamalı…

Tarix
2017.12.05 / 08:45
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Qadın sinəsində can verən Rusiya

Onların əlinə pul düşəndə...

Üz-gözü yara, nəcis yeyən bu adamlar... – Video/18+

Tereza ana Bakını görmür, yoxsa faktı bilmir?..

Akademikin qatilinin atası nə yazmışdı?

Üzr istəyirəm, gecə qonşudan qəribə səs gəldi...

Həsənquliyev: Bəzi əxlaqsız və murdar ünsürlər…

Əsirlər öz əl-ayaqlarını yeyirdilər... - Hitlerin həkimləri

Kişisizlikdən əziyyət çəkən qadınlar

Nuru Paşanın çəkisi qədər qızıla almaq istədiyi azərbaycanlı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla