Yuxarı

Mollalar, imanınıza it bağlayım, sizi...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunun Ləki qəsəbəsində 2005-ci il təvəllüdlü İsmayıl Adıgözəlov yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib.

İsmayıl Adıgözəlovun intihardan öncə yazdığı məktub tapılıb.

Məktubda yazıb ki, mənə görə bacımın toy mərasimini ləngitməyin. Bacımın oğlu olsa, İsmayıl adı verin.

Məni ölümdən çox, məktubdakı detallar ağrıtdı.

Özü də rəhmətlik haqqında “dünyasın dəyişdi” deyirlər.

Dünyamı gördü o?

O, dünyadan yox, tövlədən getdi.

Tövlədən-tövləyə...

Adına fikir verin: İsmayıl. Ad taledi. Qurban. Adın qoyan taleyin verib.

Uşaq yazıb ki, peyğəmbərin yanına gedirəm.

Bu iki detal ki var, onun ölümündən daha dəhşətlidi. İntihar indvidual prosesdi. Amma bu detallar mənəvi infeksiyadı: ev-ev, küçə-küçə, ağıl-ağıl dolaşmaqda.

“İsmayıl” və “peyğəmbər”.

Çox güman, bu ailə inanclı-ibadətli. Və də süni məzhəbinə etiqadda. Yoxsa uşağın adı təxminən Əli, ya Hüseyn, ya da Həsən olardı. Getdiyi yer də peyğəmbərin yanı yox, ya Hüseynin, ya Əlinin olardı - üz tutardı Kərbala tərəf.

Fikir verin, məktubda ağrı-acı yoxdu. Fiziki təzyiq enerjisi hiss olunmur. Uşağın psixoloji durumu da qaydasında.

“Sevimli peyğəmbər” bu yaşın sözü deyil.

“Haqqını halal etsin”, “haqqınızı halal edin”...

Bunları yadda saxlayın. Görək sonra nə var.

Deyir, uşaq “Mavi balina” oynayırmış. “Mavi balina”nı universitetdən qovulmuş psixologiya fakültəsinin tələbəsi Filip Budeykin hazırlayıb və oyun 2013-cü ildə “Vkontakte” sosial şəbəkəsində “ölüm qrupun”da istifadəyə verilib. Qurbanlar həssas, fiziki-bioloji oyanma dövründəki yeniyetmələr olub. Yaş kaprizləri, evdə söz-söhbət, gecə həyatı məhdudiyyəti, siqaret-içki olmazları, məktəb tapşırıqları, əyləncə qadağaları və “Balina”... – Amma ölüb o balina. İli də çıxıb. Ağdaşın Ləkisində “Vkontakte” bilirmi uşaq, ağrın alım?

Gedək Ağdaşa, baxaq onun telefonuna. Vicdan haqqı, orda balina-zad yoxdu. Atası da “Xəzər xəbər”dən eşidib adını: küydü eləcə. Ləkidə “balina” nə gəzir, əziz?

Bu, sığorta cəhdidi. Ağ yalandı. Ölümün üstünə şər atırlar.

12 yaşlı uşağa peyğəmbərin yerini kim göstərib?

Niyə uşaq öz üstünə “halallıq haqqı” yükləyib?

Çox ciddi məsələdi. Bunun kökünü qazımaq lazımdı. Kimlərdi bu nağıllarla körpələri hipnoz edən, bulandıran?

2017-ci ildə uşağın qoyub getdiyi mesaja bax.

Ləkinin tövləsindən dünyanın mərkəzinəcən bütün mollaları, xurafatçıları peyğəmbərin yanına yollamaq lazımdı bir-bir. Belə yaxşı yerdi, müraciət eləyin, sevə-sevə göndərim sizi.

Bu intiharda “peyğəmbərin yeri”ni bilən hamının əli var, hamı günahkar.

Deyir, uşaq molla yanına gedirmiş. Birinci o molladan başlamaq lazımdı. Sonra mollaxanada daş üstdə daş qoymayasan. Mollaxana var e, Ağdaşda. Cəlilin, Sabirin dediyi mollaxana.

“Peyğəmbərin yeri”ni göstərib pul qazanır kələkbazlar. Bütün mollaların imanına it bağlayıb üzü şimala qovmaq lazımdı.

Ruhu xərçəng, düşüncəsi zəlil adamlar.

Tarix
2017.12.05 / 15:08
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Qadın sinəsində can verən Rusiya

Onların əlinə pul düşəndə...

Üz-gözü yara, nəcis yeyən bu adamlar... – Video/18+

Tereza ana Bakını görmür, yoxsa faktı bilmir?..

Akademikin qatilinin atası nə yazmışdı?

Üzr istəyirəm, gecə qonşudan qəribə səs gəldi...

Həsənquliyev: Bəzi əxlaqsız və murdar ünsürlər…

Əsirlər öz əl-ayaqlarını yeyirdilər... - Hitlerin həkimləri

Kişisizlikdən əziyyət çəkən qadınlar

Nuru Paşanın çəkisi qədər qızıla almaq istədiyi azərbaycanlı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla