Yuxarı

Erməni ağrısı da mənimdir - dur, söymə, oxu...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanı sərhədsiz, dinsiz, dilsiz, irqsiz, cinsiyyət, milliyyət fərqi olmadan sevirəm. Pafoslu çıxır, hə?

Sənin uşağının faciəsinə üzüldüyüm kimi, bir erməni körpəsinin ağrısı da acımdı. Bir dəqiqə, söyməyə tələsmə.

Allaha inanırsan? Hə, deyirəm ki, Adəm və Həvvadan doğulmuşuqsa, hamı qardaş.

Ateist deyilsən? Deyirəm, o meymun ki vardı, təkamülən biz oldu, atamız.

Və sairə və ilaxır.

Ya vəlvələdən, ya zəlzələdən - hamı BİRİNCİdən hissə. Adın Tenqri qoy, Allah de, meymun çağır, ot, alaf, kol-kos de... – mahiyyət eyni.

Bu öz yerində.

Oxuya-oxuya fikirləşdin ki, bunun qanı xarabdı. Ermənidi. Bir dəqiqə, söyməyə tələsmə hələ. Narahat olma, oxuyan hamı belə düşünür. Bu ağılsızlıqda tək deyilsən, əziz. Birinci baxaq, bu qan nəmənədi, genom nədi?

Bu barədə Niyyət Bayramzadənin gözəl araşdırması vardı.

Genom genetik informasiyaların cəmidi.

Göz rəngi, bədən quruluşu kimi fiziki xüsusiyyətlər, vərdişlər, xarakter genomatik kodlanır.

(Genetik kod aşağıdakı şəkildə təsvir olunmuş “hərflər” kimidi)

Niyyət Bayramzadə şəkli xarakterizə etmişdi: İnsan hüceyrəsində təxminən 6 milyard şəkildəki hərflərdən var.

Tutalım, həmin hərfləri yazmaq tələb olunur. O zaman səhifələrində heç bir boşluq, işarə buraxmadan nə az, nə çox, 500 səhifəlik 6000 kitab lazım gələcək.

Söhbət bir hüceyrədən gedir, əlbət.

(O hərflər biokimyəvi olaraq hərəsi bir iri molekulu göstərir və zəncirvari birləşərək DNT-ni formalaşdırır, bu zəncirlərin cəmi genomdu).

İstənilən orqanın hüceyrəsi eyni hərflər və eyni ardıcıllıqda.

Dünyada nə qədər insan var, hamıda 99.6% ardıcıllıq eyni. Yaponiyadan And dağlarına, Cənubdan Şimala, Zaqataladan Saxalinə qədər. Hamı biokimyəvi eyni. Fərqə baxın: 0,4%.

Bu ardıcıllıq üst-üstə düşəndə oxşarlıq, oyan-buyan olanda fərqlilik yaranır. Bir uşaq qohumlarından daha çox valideynlərinə oxşayır. Bu, uşağın genomundakı hərf sıralaması ilə anasının (atasının) genom sırası arasında eynilikdi. Bununla belə, hər uşaqda (DNT translyasiyası və transkripsiyası zamanı) 60 fərqli hərf ortaya çıxır. Həmin hərflərə görə uşaq valideyndən fərqli doğulur.

Tələsməyin, hələ ardı var.

Epigenetik faktorları, genetik məsafəni nəzərə alsaq, böyük ehtimalla, azərbaycanlılarla ermənilərin genetik kodu daha yaxındı, nəinki azərbaycanlılarla özbəklərin. Oxşarlıq və fərq fenotipik özəlliklərdə daha aydın görünür. Özbəklər qıyıq gözlərilə daha çox uzaqşərqlilərə bənzəyirlər.

“Türklər ən üstün irqdilər” deyib, türklərin üstünlüyünü vurğulamağın, “Damarlarında türk qanı axır” deyə ulu soyluluğu göstərib fəxr etməyin heç bir fundamental səbəbi yox.

Bədəndə yeganə orqan qan hüceyrələridir ki, heç bir genetik kod daşımır. Genetik soy üçün qanın heç bir özəlliyi yoxdu.

Millətlərin özünəməxsus xüsusiyyətlərini saymasaq, onların bir–birindən üstünlüyü yoxdu...

Tarix
2017.12.06 / 14:05
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Qadın sinəsində can verən Rusiya

Onların əlinə pul düşəndə...

Üz-gözü yara, nəcis yeyən bu adamlar... – Video/18+

Tereza ana Bakını görmür, yoxsa faktı bilmir?..

Akademikin qatilinin atası nə yazmışdı?

Üzr istəyirəm, gecə qonşudan qəribə səs gəldi...

Həsənquliyev: Bəzi əxlaqsız və murdar ünsürlər…

Əsirlər öz əl-ayaqlarını yeyirdilər... - Hitlerin həkimləri

Kişisizlikdən əziyyət çəkən qadınlar

Nuru Paşanın çəkisi qədər qızıla almaq istədiyi azərbaycanlı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla