Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2017


Qərargah rəisi nazirə hansı mesajı verdi?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın müdafiə naziri ilə Baş Qərargah rəisi arasındakı ciddi qarşıdurmalar pik həddə çatıb!

Vəziyyətin gərginliyi bu gün artıq tez-tez səslənən bəyanatlarda, verilən mesajlarda özünü açıq notlarla göstərir. Ordu mənsubları arasında qruplaşmaların mövcudluğu, cəbhələşmənin qaçılmazlığı göz önündədir. Son olaylar perspektivdə daha gərgin məqamlarla xarakterizə olunacaq insidentlərdən xəbər verir. Bu insidentlərin ən ali səviyyədə cərəyan etməsi isə düşmən ordusu haqqında konkret rəy formalaşdırır.

Məsələn, Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyanın "Mediamaks" informasiya agentliyinə verdiyi son müsahibəsi ilk baxışdan bu vəzifəyə təyin olunmasının bir illiyi ilə bağlı olsa da, əslində, Vigen Sərkisyanın Müdafiə Nazirliyindəki liderliyini “tanıması” məqsədi güdüb və ictimaiyyəti narahat edən bir sıra ciddi problemləri yenidən gündəmə gətirib.

Görəsən, Baş Qərargah rəisini belə bir bəyanat verməyə nə vadar edib? Məsələ burasındadır ki, müdafiə nazirinin liderliyini "tanıdığını" açıq şəkildə etiraf etməklə Movses Akopyan münasibətlər sistemində hökm sürən qarşılıqlı qarşıdurmaların mövcudluğu haqqında düşünməyə ciddi əsas verib. Eyni zamanda ictimai sistemlə dövlət sistemi arasındakı fikir ayrılıqlarını yenidən qabardıb.

Məsələn, Vigen Sərkisyanın bioqrafiyasında orduya aid heç bir ciddi faktın olmaması, onu ictimaiyyət arasında “yad adam” kimi tanıdıb və hazırkı müdafiə nazirinin ordu mənsubları tərəfindən qəbul edilmədiyinə eyham vurub: Vigen Sərkisyan Silahlı Qüvvələri idarə etmək gücündə deyil!

Movsesyanın son bəyanatı bu barədəki iddiaların heç də təsadüfi xarakter daşımadığına əminlik yaradır və tabeliyindəki qrupa, o cümlədən ali komandir heyətinə daxili sobataj haqqında mesaj verir. Xüsusilə Aykaz Bağmanyanın istefasından sonra ordu sahəsinə yenidən şübhə toxumu səpən Movsesyan bu bəyanatı ilə sistemin növbəti qurbanına çevrilmək istəmədiyini ortaya qoyub. Movsesyan bununla həm də Vigen Sərkisyanın Müdafiə Nazirliyindəki fəaliyyətini dəstəkləyən ordu mənsublarına öz varlığını açıq şəkildə xatırladıb və onları münasibətlərdə ciddi redaktələrə çağırıb.

Bu müsahibə həm də Vigen Sərkisyanın siyasi aktivindəki növbəti nöqtələrdən, yəni gözlənilməz fövqəladə dayanacaqlardan birdir...

Tarix
2017.12.08 / 09:32
Müəllif
İbrahim Rüstəmli
Şərhlər
loading...
Digər xəbərlər

Olqanın namus davası: İrəvan əxlaqsız arvaddır…

Sərkisyanın Qarabağ mövqeyini bölüşmürük - Barseqyan

Qarabağda səngərlər torpaqla dolur

Erməni mediası Bakı-Tiflis-Qarsdan nələr yazdı – Şok detal

"Çağırış: Qarabağ onsuz da bizim deyil, ölümə getməyin”

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla