Yuxarı

Dəhşətə gəldim: qayınanam otağıma keçib dedi ki...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

13 yaşım vardı. Küçə-küçə mis-alüminium yığırdıq əmioğluyla. Nə əmimin, nə anamın xəbəri vardı. Çox olsa, həftə sonu, az olsa, ay sonu qəsəbədəki qəbul məntəqəsinə satırdıq.

Kürdəmirdə bir kafe vardı, qazandığımız qəpik-quruşu da aparıb tökürdük ora.

40-45 yaşlı qadınlar idi. İlk dəfə cinsiyyətimizin fərqini orda bildik, orda kişi olduq. Kəndçimiz vardı – Ramil, sürücümüz idi. 5 şirvan ona verirdik, 3 də qadınlara.

Bayaq əmioğlu zəng vurub, deyir, qadınlardan əsər yoxdu, kafeni də eləyiblər mis-aliminium qəbul məntəqəsi. Yaşlı bir adam qoltuğunda dəftər, qabağında tərəzi, mis çəkir, alüminium alır.

Mistikaya baxın, enerjiyə baxın.

Mən enerjiyə inanıram. Eynşteyn də, Kant da inanırdı. Enerji bumeranq kimidi: itmir, başqa formada qayıdır.

***

16 ildi Ruslanı tanıyıram.

Ehtiyatla gəzirdi ki, bilməz, ayağı altda bir qarışqa qalar, ya bir çiçək tapdayar.

Pulda-parada gözü yoxdu. Aza qane olan adam idi. Mis-alüminium yığırdı küçə-küçə, heç nə, qəpik-quruş. Necə deyərlər, halal adam idi. Hələ anasına da baxırdı; iynə-dərman, kefi yaxşı olanda, mənə də pivə alırdı.

Bir gün bunun çoxdan itmiş qardaşı gəldi, həm də nə gəldi! Deyərdin, Moskvada bank yarıb qayıdıb. Bahalı geyim, o iri maşınların ən sonuncusu, içi dolu pul.

Anası yazıq. Tez öldü. 50 yaşı doldurmadı heç. Düzəlmişdi halı, iki ayın içindəcə zəiflədi, qurudu öldü.

Bilirəm, Ruslanun anası niyə öldü. Başı qarışdı pul-paraya, kef-damağa, arvad qaldı yiyəsiz.

Ruslan elə məhəllədən – mənim də yaxşı tanıdığım – Kərimovun qızını aldı. Ona görə “aldı” deyirəm ki, Kərimovlar rəhmətlik Qaranın küçə-küçə düşüb mis-alüminium toplayan tifilin görcək, quruca salam verməzdilər. Burunların tutub bir yol o yandan keçərdilər.

Qardaşı bunu yaxşı işə düzəltdi. Özü də dövlət işi ha, elə-belə yox. Birbaşa şöbə müdiri.

Bir gün baxdım ki, binaların ortasındakı mis-alüminium sexin sökürlər. Dedim, nə işdi? Dedilər, Ruslan sökdürür, qaraj tikəcək. Belə-belə Ruslanla yolumuz ayrıldı. Kərimovlar da itdi. Külfət basdı məni də. Köçdüm ordan. 5 iliydi xəbərim yoxdu, dünən görüşdük. Təsadüfən. Elə köhnə məhəllədə.

Deyir, qayınanam hər səhər mətbəxdə əl qatır özünə - Nəcibə xanımı deyir. İşə bax: Top atsan ayılmaz arvadım o başdan durub ayaqqabılarımı təmizləyir. Deyir, qayınatam qapıya qədər gəlib ötürür məni - Məzahir kişini deyir, Qızıl Məzini, hamının gözü qabağında polisin əl-qolun sındırdı, bir kəlmə deyən olmadı. Arxası bərkdi.

Biri çantamı alır əlimdən, biri paltomu çıxarır. Az qala, qayınanam əliylə yedirdə məni. Deyir, bir axşam lap dəhşətə gəldim. Qayınanam gəldi ki, deyəsən canında soyuqlama var, uzan, bankalayacam səni. Bir də gördüm, arvadım əlində vanna girdi otağa. Bəs ayağını qoy isti suya, sonra bankalan...

İndi işdən çıxıb. Daha doğrusu, atıblar çölə. Qardaşı müflis olub, qayıdıb Moskvaya. Pul yox, para yox. Maşının krediti bir yandan, arvadın telefon krediti o biri yandan.

Deyir, evdə deyə bilmirəm. Heç kim bilmir. Qorxuram. Təzəcə insan münasibəti görürəm, belə olanda adam yerinə qoyurlar məni. Deyir, həminki kimi hər səhər qalstuku taxıb, qayınanamın hazırladığı səhər yeməyini yeyib, arvadımın əvvəlcədən təmizlədiyi ayaqqabıları geyinib çıxıram evdən. Saat altıyacan dostumun kafesində otururam. Saat altıda ədəb-ərkanla qayıdıram evə. Kişi işdən evə gəlir də. Yenə biri çantamı alır əlimdən, biri paltomu çıxarır...

Mən bu gün öyrəndim. Sən demə, Kərimovlar da müflis olub. Qızıl Məzi elə Ruslanın əlinə baxır. Onlar buna deyə bilmir həqiqəti, bu da onlara. Belə film bir vəziyyət.

İşə bax, taleyə bax, sökdürdüyü qaraj ki vardı Ruslanın, üstünə “mis-alüminium" qəbulu yazdırıb təzədən. Bir qoltuğunda dəftər, qabağında tərəzi, mis çəkir, alüminium alır.

Tarix
2017.12.15 / 11:30
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Qadın sinəsində can verən Rusiya

Onların əlinə pul düşəndə...

Üz-gözü yara, nəcis yeyən bu adamlar... – Video/18+

Tereza ana Bakını görmür, yoxsa faktı bilmir?..

Akademikin qatilinin atası nə yazmışdı?

Üzr istəyirəm, gecə qonşudan qəribə səs gəldi...

Həsənquliyev: Bəzi əxlaqsız və murdar ünsürlər…

Əsirlər öz əl-ayaqlarını yeyirdilər... - Hitlerin həkimləri

Kişisizlikdən əziyyət çəkən qadınlar

Nuru Paşanın çəkisi qədər qızıla almaq istədiyi azərbaycanlı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla