Yuxarı

İntellekTualet müğənni və Zaurun bananı

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cu ildə “Barselona”-“Vilyareal” oyununda azarkeşlər braziliyalı futbolçu Dani Alveşə irqçilik mənasında banan atdılar. Yəni xarici görünüşünə görə onun meymuna oxşadığına eyham vurdular. Alveş isə çox sadə və bir o qədər də dərin, anlamlı hərəkət etdi: ona atılan bananı yerdən götürüb yedi. Oyundan sonra müsahibəsində də dedi ki, mənə Allahın nemətini atdılar, mən də götürüb yedim.

Bu, Braziliyanın futbolçusu. Gələk bizim müğənnilərə.

***

Bu günlərdə aparıcı Zaur Kamalın verilişdə müğənnilər Sevil və Sevinc bacılarına banan yedizdirmək istəməsi bir çoxunun mahiyyətini ortaya qoydu. Bəziləri bananı pornoqrafiya elementi kimi də qələmə verdi.

Müqayisə aparın: Braziliyanın “intellektsiz”, yəni savadı ancaq top qovmaqdan ibarət olduğu görünən futbolçusu Alveş banana Allahın neməti kimi yanaşır, bizim intellekTualet müğənnilər, aparıcılar isə kişinin cinsiyyət orqanı kimi.

Bu xəstə zehniyyət “seksual fetişizm” adlanır. Yəni cansız bir əşyanı təhrikedici seks elementi kimi görmək.

Sizcə, Zaurun o qədər meyvənin içindən anındaca bananı seçməsi təsadüfdürmü? Yox, əlbəttə, yox. Altşüurda seksual fetişist olan Zaurun məqsədi bacılara məhz “banan yedizdirmək” idi.

Müğənni bacılardan biri bananı xoşlamadığını desə də, sonradan yeməyə razı olur, lakin Zaurun əlindən yeməyəcəyini deyir. Niyə? Çünki hər ikisi orada – 10 milyonun gözü qarşısında banan yedizdirməyin seksual tərəfini düşünür. Çünki müğənni Zaurun bananı hansı mənada uzatdığını bilir. Zaur isə israr edir ki, mən yedizdirməliyəm.

Hələ siz bir fikir verin, müğənni xanım deyir ki, bananı tamaşaçıların gözü qarşısında yemək istəmirəm, birdən kiminsə evində olmaz.

Xatırlatma: Həmin bacılar 2 il əvvəl camaatın çətin dövründə verilişdə Azərbaycan manatını cırmışdılar.

***

İndi gələk verilişə çağırdığı qonaqları, tamaşaçıları it yerinə qoymayan aparıcı Zaur Kamala. Həmin verilişin getdiyi vaxtda zalda uşaqlar da oturub. Uşaqların, valideynlərin gözünün qarşısında bananı yeməyən müğənniyə “səni zəhər ye” deyən aparıcı hansı əxlaqı aşılaya bilər?

Ümumiyyətlə, dəfələrlə işlətdiyi sözlərə, hərəkətlərinə görə qınaq obyekti olan aparıcının verilişinə valideynlər niyə uşaqlarını aparırlar?!

***

Müğənni ölkənin simasıdır. Verilişdə aparıcı tərəfindən bu şəkildə təhqir edilən müğənniyə tamaşaçı təbii ki, hörmət qoymaz. Çox acınacaqlı durumdur: bizdə hətta əxlaqlı qadın müğənnilərin də fahişə, hansısa məmurun məşuqəsi olması haqda tez-tez fikirlər səslənir.

Səslənər dəə! Sən müğənnini verilişə çağırıb ona banan yedizdirsən, sonra bunu pornoqrafiya kimi təqdim etsən, toplum da müğənniyə fahişə kimi baxar.

Sonra da deyirlər ki, bizim tamaşaçı türk, xarici sənətçiləri daha çox sevir. Niyə? Çünki əcnəbi sənətçilər heç vaxt TV-yə çıxıb düşük, səviyyəsiz söhbətlər, hərəkətlər nümayiş etdirmirlər... və ən başlıcası, tamaşaçıya qarşı hörmətsizlik etmirlər.

***

Hər şey bir tərəfə.

Srağagün məlum oldu ki, Azərbaycan teleməkanının beyni Braziliyanın Dani Alveşinin ayaqqabısından da aşağı səviyyədədir. Braziliya futbolu hələ indiyə qədər heç bir ölkəyə bu qədər böyük, rüsvayçı üstünlüklə qalib gəlməmişdi.

Tarix
2017.12.15 / 13:57
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla