Yuxarı

Rusun, yəhudinin nökərçiliyini edirik...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qürbətin adamı peşman edən çağları da çoxdu, lap çox... sevindirən anları nə qədər çox olsa da...

Qürbət dedikdə bizim 3-4 günlük səyahətimiz nəzərdə tutulmasın gərək. Qürbətdə yaşamaq, işləmək, özünə karyera qurmaq çətindir. Amma bizimkilərin əksəriyyəti bu çətinliyi elə asanca arxada qoyublar ki...

Dəfələrlə ölkədən kənarda yaşayanlarla ünsiyyətdə olmuşam. Baxışlarında qürbətin acısı oxunib, səslərində kövrək notlar bir-birini əvəz edib, dodaqları illər ayrısı tək dillərindən çıxan bu sözlərin yerə düşüb çiliklənməsindən qorxub sanki, soruşublr:

- Vətəndə nə var, nə yox? - Ardınca da ümüdsüzlük, inamsızlıq: - Doğrudanda hər şey televiziyaların göstərdiyi kimidir?

“Vətən” kəlməsi onların dilində necə gözəl səslənir... Vətəni necə də sevirlər, ilahi.

- Rusun, yəhudinin nökərçiliyini edirik burda, amma neynəyək?

Belə deyənlərimiz də var. Amma bu Vətəndən incik olanlar, bir tikə çörəyin ardınca soyuq Sibirə, torpağın qurtarıb suların başladığı Arxangelskə, uzaq Maqadana üz tutanlar Vətən üçün nələr etmirlər? Saymaqnan qurtarmaz ki...

Adət-ənənəmizi qoruyub saxlayır, tədbirlər keçirir, bayramlarımızı unutmurlar. Evlərində, maşınlarında, iş yerlərində Azərbaycanın bayrağını saxlamaq, azərbaycanlı adını yüksək tutmaq üçün, mübahusələrdən – mübarizələrdən çıxmaq üçün nələrə əl atmırlar?

Əksəriyyətinin heç fərli-başlı təhsili də yoxdur. Amma həyat məktəbinə gedirlər, hələ də öyrənirlər, məzun ola bilmirlər bu məktəbdən... Vətən haqda mahnı “repertuarlarından” əskik olmaz...

- Hər şeyimiz var! Burda əlimizdən almırlar, incitmirlər bizi, vergimizi ödəyirik...

Sözsüz ki, bunun əksini də görürük. Qürbətdə özünü təsdiq edib, dolanışığını qurub, özlərini qura bilməyənlərimiz də var. Onların davranışları ürəkaçan olmur, kobud danışır, səslərini ucaldırlar... Utanırsan...

Belələrindən bir neçəsi ilə də həmsöhbət oldum, “Vətən mənə nə verdi ki” deyənlərə, məşhur “bəs sən Vətənə nə verdin” sualını ünvanladığım da oldu. Bu sualın qarşısında susanlar da oldu, özlərinə haqq qazandıranlar da... Hər birinin də özünəməxsus arqumenti, hər birinin də içində özünəməxsus Vətən sevgisi...

Gedənlərimiz özləri ilə Vətənin adını, sevgisini, həsrətini də aparıb...

Bakı-Arxangelsk.

Tarix
2017.12.21 / 00:13
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Kimdir Mahirə Nağıqızı?..

Fərqanə, bu gün sənsiz gəldi...

Elə bil, vəsiyyət edirdi... - Aşıq Vüqar

Şərifin ifritə nənəsini...

Bakıya gedən yolu kəsən qəhrəmanlar - Video

Tərlan Qasımov təltif edildi - Foto

Göndərdiyin acılar sürüşür qucağımdan...

2017 yazarların yaddaşına belə köçdü - Sorğu

SSRİ-nin dağıldığı gün: Qorbaçovun Buşa məxfi zəngi - Mətn

Soyuq Arxangelsk, “Bakı” restoranı və doğma üzlər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla