Yuxarı

Özünüzə yaxşı baxın, mən getdim...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salam. Mən sənin bir zərrənəm. Sənə yazığım gəlir, itib getmədən məktubumu oxu.

O gün ki dünya yarandı, sən də yaranıb qoşuldun insanlara. Əvvəllər dəbdə idin. İndi kimdi sənə fikir verən. Məndən incimə, elə sən də mənim günümdəsən, heç yerdə yerin yoxdur. Yarandığım gündən səni qorudum. Yıxıldım, ayağa durub yanımdakının üstünü çırpıb təmizlədim. Hər dəfə susub dinlədim, sıra mənə də gələr, mən də danışaram deyə. Sıra mənə gəlmədi ki, gəlmədi.

Sonra anladım ki, dünya sevgi üzərində fırlanqıcdı. Mən də sevmək istədim. Elə bildim, indi daha mənə zaval olmaz, xoşbəxtliyə bir addımdayam. Yox, qardaş, yox, mən insanlıq etdikcə, sevgi üzümə durdu.

Sevgimi itirdim. İlk itkim oldu. Sonra təhsillə baş aça bilmədim. Bütün dilləri bilirdim, bir müəllimlərin dilindın başqa. Evdə atam döyərdi, anlamazdı, tərs kişi idi rəhmətlik. Mərhəmətsiz kişinin övladı idim. Barışmışdım, gecələri üstümü örtürdü, səhərləri heç yola getməzdi mənimlə.

Zaman başıma nə işlər gətirsə də, səni qorudum, itirmədim.

Pulsuz, parasız, təhsilsiz qaldım.

Anam bəxtimə şikayətləndi. Falımı qınadı, gedib falçıya dil-ağız etdi, “balama bir şey olmasın” dedi.

Yaşadığım, yaşatdığım insanlar mərhəmətimə, sevgimə gülən kimi sıxıldım, utandım. Tanrıyla söhbətim tutmadı.

Gecələri namaz qılıb daha da işıqlanmaq istədim. Sonra səhərləri oğurluq edən, onu bunu aldadan, başqasının malına, qadınına göz qoyanların da gecələr namaz qıldığını görəndə geri çəkildim. Bundan da keçdim...

Bir ara “dünya gözəldir” deyib rəsmlər çəkmək istədim. Rəssam olmaq istədim. Çəkdiyim rəngdə deyildi dünya, olmadı da. İnanmadılar rənglərimə.

Aktyor olmaq istədim. Heç zaman sevdiyi rolunu oynaya bilməyib xəstəlikdən, tənhalıqdan ölümə unudulan bir aktyorun gözlərinə baxdım, qorxdum, geri çəkildim.

Heç bir muhit məni özünə yaxın bilmədi. İçməyə başladım. Bu zamana qədər sevgisiz ailə də qurmuşdum. Üç qızım var idi. Evə içkili gələrkən qızlarım mənə nifrətlə baxırdılar. Arvadım deyinəndə qulaqlarımı tutub küçəyə qaçırdım...

Fəhləlik edirdim. Orda işlər sadə, başımızı aşağı salıb işimizi görürürük. Hərdən saatlarca düşünmürdüm...

Nədən mən özümə bu boyda boz dünya qurduğum halda canımda göy qurşağı gəzdirirdim. Axı bunu necə edə bilirdim? Yəni bu qədər qəddarlıq içində yanımdakılara yenə mərhəmətli olmağı necə bacarırdım?

Etiraf edim ki, zəli kimi yapışdın mənə, heç əl çəkmədin. Yaxamdan əl çəksən, qaçardım səndən, vallah, qaçardım.

Nəhayət, bir gün anladım ki, uduzmuşam. Ömrümün 41 yaşında dünyaya vida etmək havasındayam.

Bir həyata uduzmuş adamın ömür boyu insanlığını qoruması qədər çətin bir şey yox imiş. Mənə yalan deyən dostuma, arxamdan iş çevirən doğmama, özgəsinə nəyinsə xatirinə hörmət mənə isə hörmətsiz yanaşan müəllimimə, sözünün kobudluğuna susduğum, yalnız ürəyimdən silməyə gücüm çatmayan sevgiliyə, dosta- düşmənə...

Ətrafımı aşıb-daşan cəmiyyətə nə qədər mərhəmətli olmuşam, dəyər vermişəm.

Sənə sözüm budur, bu gün-sabah heç kim yolda yıxılana baxmayacaq. Sənin də ömrünə az qalıb.

Yox, mən demirəm sənin çoxluğun məni belə uğursuz edib. Mən özüm uğursuzam. Bu zamanla başetmədim, günahım budur. Gülənlə gülmədim, ağlayanla ağlamadım, qanunlara əyilmədim, həqiqət axtardım, xoşbəxtlik axtardım. Səni heç tərk etmədim, bundan sonra da Sən özünü qoru. Varsanmı sən? Sənin üçün narahatam, varsan demək. Özünü qoru, çalış, ölmə. Bunlar heç ölülərinin də qiymətini bilmir.

Məni düşünmə, ən sadə adamam. Nimdaş geyimim, içkili halım onlar üçün yanımdan nifrətlə ötüb keçmək üçün bəhanədir. İtələyib keçirlər.

Qulaqlarımda uğultu kimidir insan izdihamı. İnsan həqiqətini həyatın hər halından keçəndən sonra anlayır. Mən bu cür də yaşayıb ölərəm. Sən əgər ölsən, artıq heç kimi qutara bilməyəcəksən.

İnsanlıq gərək ölməsin. Ölməsin, vəssalam....

Özünə yaxşı bax.

Mən getdim!

İmza: Uğursuz

Tarix
2017.12.24 / 22:34
Müəllif
Aysel Fikrət
Şərhlər
Digər xəbərlər

Səməndərin Rəşidi! O, niyə intihar etdi?

Mürsəlin sevgisizliyi iki qadını öldürdü

Bir həftədir dayımın ölümünü anamdan gizlədirəm…

Sənin anan olmaq istəyirəm, Ata

Öləndən 10 gün sonra evimə gəldim, gördüm ki...

Rəna məhv oldu, amma sevgisindən dönmədi

Yavaş-yavaş unudulacaqsan, Elina...

"Bacın qurban, hardasan?!"

Məni də özünlə apar, Ata

Xəstə anaya görə başqasıyla “evlənən” varlı qadın

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla