Yuxarı

Əlişin Ayfon həsrəti...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

3 il əvvəl İstanbulda Müfit Canla görüşdüm.

Maddi-mənəvi yoxsulluqdan danışdıq. Çox şey öyrəndim ondan, amma bir cümlə həyatımı dəyişdi. Yoxsulluq haqda uzun mühazirəmdən sonra bir cümlə dedi: “Az çokdan fazladır”.

Bizim ləhcəylə desək: Az çoxdan çoxdur.

***

Əliş depressiyadadır. Sən demə, dostları hamı Ayfon işlədir.

Ayfon həsrətiylə həyat eşqi ölüb Əlişin.

Ayfon onun gerçək ehtiyacımıdır? Əlbəttə, yox.

Bəs nədir bu ayfonizm? Nə olacaq, reklam infeksiyası.

Əslində, reklamın məqsədi istehlakçının ehtiyac sıralamasını dəyişdirməkdir. Ayfon reklam nəticəsində Əlişin gerçək ehtiyaclarını üstələyib, axırı da ki belə: texnoloji depressiya.

***

Gördüklərimiz, eşitdiklərimiz və əvvəlki bilgilərlə yeni informasiyaların qarşılaşdırılması, qərar emalı və sair və ilaxır... – Ortayaşlı, sağlam və fiziki məhdudiyyəti olmayan bir insan gün ərzində 35000 seçim edir. Bu rəqəm uşaqlarda 3000-dir. Xoşbəxt olmaq üçün ilk növbədə bu seçimlərin sayını azaltmalıyıq.

Seçim şansı artdıqca, seçməyə sərf olunan zaman da artır və seçimlərin çoxluğu qərar vermək üçün çətinlik yaradır. Texnoloji vasitələrin, qidalanma ünsürlərinin, geyim çeşidlərinin bolluğunda nəsə seçmək çox çətindir.

Vitrinlərin önündə saatlarca məəttəl qalırıq. Beyin dayanmadan seçim edir. Amma asanlıqla qərar vermək də olmur.

Bizdəki sahiblənmək hissi istehsalçıların sürəti ilə düz mütənasibdir.

Çox şeyə sahib olmaq isə daha çox qayğı deməkdir.

Bu mənada az çoxdan çoxdur.

***

Azadlıq istədiklərini eləmək yox, istəmədiklərini eləməməkdir.

Birinci gerçək ehtiyaclarımızı dəqiqləşdirməliyik. Ayfon bizim gerçək ehtiyacımızdırmı? Ayfon üçün kredit ödəməyə, kədərlənməyə dəyərmi?

Əlbəttə, xeyr. Əvəzində borc-xərc sahibləndiyimiz əl boyda Ayfon dünya boyda qayğı verir.

Səs çoxdur. Çöldə o qədər səs var ki... Öz səsimizə kar olur, əsl ehtiyaclarımızın üstündən keçirik.

***

Nə etməli?

Özümüzü dinləməli, doğru seçim etməyi öyrənməliyik.

Mədəniyyət pul qazanmaq üçün yox, pul xərcləmək üçün lazımdır.

Doğru seçim mədəniyyət deməkdir.

Müfti Can demiş, insan yeməkdən çox seçir.

Məsələn, restorana gedirsən, menyuda onlarca ad var. Ağız tamın çeşid bolluğunda yaddan çıxır, əslində nəyin acı olduğunu unudursan.

Yemək mədəniyyəti formalaşmış insan hər şeyin dadına baxıb, axırda da ac qalmır, o, nə istədiyini bilir və birbaşa sifariş verir. Bu, vaxta, pula, ofisiantla dialoq zamanı xərclənən sözlərə və fikirləşməyə qənaətdir.

Az çoxdan çoxdur. Çoxdan qaçın, qayğınız azalsın, xoşbəxt olun (Barış Özcanın bu haqda əla araşdırması var).

Bəlkə də uşaqların xoşbəxtliyi bizdən 10 dəfə az seçim imkanına malik olmaqlarındadır. Onlar çox şeyi görmürlər, eşitmirlər və mutludurlar...

Tarix
2017.12.29 / 08:45
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Qadın sinəsində can verən Rusiya

Onların əlinə pul düşəndə...

Üz-gözü yara, nəcis yeyən bu adamlar... – Video/18+

Tereza ana Bakını görmür, yoxsa faktı bilmir?..

Akademikin qatilinin atası nə yazmışdı?

Üzr istəyirəm, gecə qonşudan qəribə səs gəldi...

Həsənquliyev: Bəzi əxlaqsız və murdar ünsürlər…

Əsirlər öz əl-ayaqlarını yeyirdilər... - Hitlerin həkimləri

Kişisizlikdən əziyyət çəkən qadınlar

Nuru Paşanın çəkisi qədər qızıla almaq istədiyi azərbaycanlı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla