Yuxarı

Yeni, ölümsüz insan doğulacaq...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kütləvi depressiya çöküb xalqın canına.

7-dən 77-yə dili zəhər, qəzəbli, əsəbi, hirsli şəhər.

Özünü dişləsə zəhərlənər, əlbət.

Fikir verin, ildən-ilə intihar çoxalır, bayram sönük, toy-busat ölgün...

Yorulub adamlar. Qocalıb, əldən düşüb.

Yaşayıbmı? – Yox, eləcə yaşlanıb, bəlkə də ölüb.

Metroda neqativ, avtobusda mənfi, yolda qaramat, işdə ölgün simalar. Evdə problem, çöldə qaranlıq.

Qarı yox, qarğası çox, qaragüruh.

Günü qara, qanıqara, yazanı sözdən düşüb, pozanı əldən.

İynə batırsan qanı çıxmaz, ölüb, amma canı çıxmaz.

Ümidi yox, eşqdən əlil, ürəyi də ki cibi kimi boş.

Bir elə kədərlənməyə dəyməz, təkcə biz yox, dünya depressiyadan əziyyət çəkir.

Səbəbi birbaşa maddi problemə bağlamaq olmaz. Skandinaviya ölkələrində pul dərdi çəkmir adam, di gəl depressiyadadır, xoşbəxtlikdən bezib: ağrısı yox, əzabı yox, darıxır.

Elə isə nədir dünyanı cənginə alan bu qaramat?

Ekranlara inanmayın. Televiziya insanlara reallığı yox, arzuladıqlarını göstərir. Sənətə də aldanmaq olmaz. Sənət illüziya yaradır.

Reallıq budur: dünya qaranlığa doğru...

Günəşin altda yeni heç nə yoxdur! – Adəmin də, Misir piramidalarındakı mühəndisin də gördüyü Günəşlə, bugünkü Günəş eynidir.

Dəyişən formadır, mahiyyət yox.

Mobilləşmə, elmi tərəqqi, texnoloji gəlişim... – qədim insan üçün at arabası nə idisə, mənim üçün elektrik enerjisi ilə işləyən pilotsuz aparatlar eynidir.

İnsan hər gün Novruzəlidir. Novruzəlinin poçt qutusuna novruzəliliyi, mənim Ayfon-8-ə novruzəliliyimlə üst-üstə düşür.

Adəmin dünyaya gəlişi ilə Elon Maskın Mars cəhdi, yaxud paçtalyon göyərçinlə - zamanı müqayisə etsək, - mənim Amerikaya yazdığım elektron mesaj eyni şeydir.

Bu eynilik və sadəcə forma dəyişikliyi planetar mənada depressiyanın alt qatıdır. Dünyadakı yerinin mahiyyətini, heçkimliyini anlamaq.

Nələrsə artdıqca, nələrsə azalır.

Maddi inkişaf mənəvi qıtlıqla düz mütənasibdir.

İnsanlıq hər gün qaranlığa bir addım yaxınlaşır.

Biz təbii yolla yaşayan və təbii yolla ölən son nəsilik.

Sonra yeni insan doğulacaq. Ölümsüz. Tamamilə sintetik, qeyri-təbii və texno.

Budur: Adəm. Texnoadəm. Heç nə dəyişmir.

Seçim imkanı çoxaldıqca əsl ehtiyac ödənmir. Dünya yeniləndikcə köhnəlir.

Söz bitir, mənası itir. Əgər əllə yazı söz yaratmaq idisə, - ki, bu, həm də zəkanın iti qalmasına səbəb idi - indi klaviatura vasitəsilə sözün şəklini çəkirik. Düşünməyə ehtiyac yoxdur.

Adəm necə danışırdı? Zaman keçdikcə Adəmin dilinə qayıdırıq. Bir müddət sonra isə tamamilə canlı ünsiyyət itəcək. Bəli, ünsiyyət vasitələri artdıqca ünsiyyət itir.

İntihar edən insanla – səbəbi nə olur-olsun – yaşlanıb ölən insan arasında bir fərq yoxdur. Ölməklə yaşamaq böyük mənada eynidir.

Özünü damdan atmaqla ömürdən yıxılmaq eyni şeydir.

Sual etsəm, nə üçün yaşayırsan? Tutarlı bir cavab verə bilməyəcəksən. Dediklərinin yarısı kimlər üçünsə yaşamaqdan ibarət, yarısı da məna yükü olmayan səbəblər: “oğlumu böyüdürəm”, “anamın xətrinə”...

İntihar üçün əlində tutduğun arqumentlər də eyni dərəcədə boş və bəsit: “borcum var”, “sevgilimdən ayrıldım”, “homoseksualam deyə...”

Fikir verin, yaşamaq üçün əldə tutduğumuz səbəblərlə ölmək üçün gətirdiyimiz arqumentlər hər ikisi boş və mənasız.

Nə etməli? Mən nə edirəm? Niyə yaşayıram?

Səthi mənalardan başlayaq.

Ümumiyyətlə, birinci növbədə seçimlərdən qurtulmaq lazımdır. Daha doğrusu, əsl ehtiyacı tapmaq. Məsələn, mənim Ayfona ehtiyacım yoxdur. Maddi gücüm çatmır, mənəvi gərəyim deyil. Reklamın və ətrafın təsiri ilə Ayfon alsam, kredit qayğım yaranacaq. Ayfonsuz da yaşamaq olarmı? – Əlbəttə!

Xeyli nümunə gətirmək olar: Məsələn, brend geyim olsun, lüks maşın olsun və sair – bunlar mənim əsl ehtiyacım deyil və mövcudiyyəti qayğıdır.

Filankəsin getməyi – söhbət cinsəl münasibətlərdən gedir – doğrudan da ağrılıdırmı, yoxsa bu, təsir effekti ilə yaradılmış illüziyadır? Kimin kimə ehtiyacı var? Kimdi əvəzolunmaz? Anasını əlləriylə qəbrə qoyub illər boyu yaşayan adamın sevgili dərdi necə də gülüncdür. Hə, lap doğmalar olsun, elə ananı götürək. Unudulmurmu?

Heç nə bizim deyil: nə anamızı itirdiyimiz an doğan kədər, nə sevgilidən aldığımız məhəbbət. Hər ikisi tükənir və əvəz olunur.

Niyə yaşayıram?

Geni inkişaf etdirib texnoadəmə çatdırmaq üçün. Bu qədər insan bir məqsəd üçün var: qaranlıqdan qurtulub - tutalım Elon Maskın Mars cəhdi – yeni dünyaya ayaq basan insanı yetişdirmək.

Sonra hamı öləcək. Belə: yeni dünyaya gedən yolda hamı pillədir.

Yeni Adəm yeni dünyaya ayaq basacaq.

Bizim Adəmin gəlişi kimi...

Kütləvi depressiyanın ən böyük səbəbi bu bilginin varlığıdır: heçkimlik.

Səthi mənalarını da qeyd etdim.

Özünüzü ciddiyə almayın. Əgər yaşamaqdan zövq alırsınızsa, yaşayın, yox, ölmək istəyirsinizsə, ölün. Onsuz da heç nə dəyişməyəcək...

Tarix
2018.01.09 / 22:12
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Qadın sinəsində can verən Rusiya

Onların əlinə pul düşəndə...

Üz-gözü yara, nəcis yeyən bu adamlar... – Video/18+

Tereza ana Bakını görmür, yoxsa faktı bilmir?..

Akademikin qatilinin atası nə yazmışdı?

Üzr istəyirəm, gecə qonşudan qəribə səs gəldi...

Həsənquliyev: Bəzi əxlaqsız və murdar ünsürlər…

Əsirlər öz əl-ayaqlarını yeyirdilər... - Hitlerin həkimləri

Kişisizlikdən əziyyət çəkən qadınlar

Nuru Paşanın çəkisi qədər qızıla almaq istədiyi azərbaycanlı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla