Yuxarı

Ex, Faiq, çort s vami

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Feysbuk" sosial şəbəkəsində xeyli dostum var.

Bu xeyli dostun bir xeylisi də başqa millətin nümayəndələridir ki, ara-sıra onlarla yazışırıq. Yazışırıq deyəndə ki, vaxtım olanda onları mən "dürtürəm" və dürtməmə cavab olaraq onlar bu dürtülməyə reaksiya verirlər, gül və gülüş şəkli, arada da oxlanmış ürək şəkli göndərirlər.

Bu virtual məhrəmliyin sonu hərdən virtual dalaşmaya gəlib çıxır. Dirənişimə rəğmən, "Ex, Faiq, çort s vami" yazıb, ağ bayaraqlarını qaldırdıqları vaxt da olur. Bu ağ bayraqların qalxmasından aldığım zövqü təsəvvür etmək yəqin ki, çətin olmaz. Bir həqiqəti də deyim ki, əks tərəfin arqumentləri də xeyli güclü olur və mən bunları bilə-bilə bəzən haqlı tərəfi haqsız çıxarıram. Bax, onda o tərəf mənə vaxt ayırmağın yersiz olduğunu dərk edir, mən isə heç də özümü o yerə qoymuram.

Bu gün də belə oldu. Rusiyadan Tatyana Çumakova mənə yazdı ki, o nədi sizdə hansısa dini mərasim günü göydə Allah görünüb. Ardınca da soruşdu ki, bu "siğə" nə deməkdir? "Siğə"nin nə olmasını başa salmağı sonraya saxlayıb, Tanyaya dedim ki, yekə qızsan, küfr danışma. Göy üzündə Allah görünməyib, "prosto", buludlar göy üzündə səf-səf düzülüb və bu düzülüşdən "Allah" sözü oxunub. Hələ üzünü görmədiyim, əlini tutmadığım Tatyana cavabında gülüş işarəsi qoydu, və "Eh, siz müsəlmanlar...))))" yazdı. Hirs nə təhər vurdusa təpəmə, Tanyanı elə "FB"də virtualladım. Dedim, az, nə təhər olur, sizin üç hərflik "Boq"unuzun qüdrəti çatmır özünü nümayiş etdirməyə, bizim 5 həriflik "Allah"ımıza gülürsən?

Çumakovanı "çmo" gününə qoydum. Dedim, şəkk eləmə. Azərbaycandakı toyuqların yumurtasına "La ilahə illəllah" sözünün yazılmasını ona xatırlatdım. Özü də ərəb qrafikası ilə. Dedim, az, nə təhər olur, Rusiyanın toyuq-cücə istehsal eləyən bölgələrindəki ev quşlarının birinin istehsalına heç olmasa kiril əlifbası ilə "Boq" sözü yazılırmı? Hələ, hansısa gavalının, göyəmin, pomidorun üstünə qurban olduqlarımızın gül kəlamlarının yazılmasını demirəm. Yazıq siğə həvəskarı olan Tanyanın matı-qutu qurudu. Heç nə yaza bilmədi, eləcə nöqtələr və mötərizənin ikinci qapanan tərəfini qoymaqla kifayətləndi. Mənası təxminən belə idi, daha sənə sözüm yoxdur və gülüş.

Tanyaya dəxi başa saldım ki, Allah-Təala biz müsəlmanları sevdiyi kimi başqa dinin nümayəndələrini heç sevməz. Elə bu yaxınlarda Aşura günü Yevlax rayonunda məscidin minarələrinin üstündə nə təhər oldusa göydə buludlar dombalaq aşdı, yerlərini dəyişdi, nə bilim nə pəstahdan çıxdılarsa, qurbanı olduğumuzun adı yazıldı. Hər kəsin əli ağzında qaldı. Bəs biz müsəlmanların ahu-naləsidır də Amerikada, Avropada təbii fəlakətlər dal-dala düzülür.

Tanrının bizə olan lütfü bundan ibarətdir. Bizim nəyimizə gərəkdir ki, torpaqlarımız işğalda, adamlarımız əsir-yesirdi. Əsas odur ki, Allahımız var, və bizləri sevir. Yumarta qabığındakı yazılarla, doğulan körpə uşağın göbəyində yazılan hədislərlə, pomidorun üstündəki ərəb qrafikası ilə yazılan kəlamlarla Allah-Təala yolunu azmışları düz yola qaytarmaq istəyir. Mənim bu patriotluğuma Tanyanının barmaqları qurudu klaviaturanın üstündə. Daha bir söz yazmadı...

Tanya Çumakovanı "çmo" gününə nətəhər qoydumsa, siğənin nə olduğunu izah eləməyimə heç ehtiyac duymadı...

Tarix
2013.11.25 / 16:54
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Kimdir Mahirə Nağıqızı?..

Fərqanə, bu gün sənsiz gəldi...

Elə bil, vəsiyyət edirdi... - Aşıq Vüqar

Şərifin ifritə nənəsini...

Bakıya gedən yolu kəsən qəhrəmanlar - Video

Tərlan Qasımov təltif edildi - Foto

Göndərdiyin acılar sürüşür qucağımdan...

2017 yazarların yaddaşına belə köçdü - Sorğu

SSRİ-nin dağıldığı gün: Qorbaçovun Buşa məxfi zəngi - Mətn

Soyuq Arxangelsk, “Bakı” restoranı və doğma üzlər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla