Yuxarı

Qadınlar kişilərdən niyə güclüdür?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Anam mənə deyəndə ki, qadınlar daha güclüdür – inanmamışdım.

Anam deyirdi ki, qadın kişidən sonra yaradılıbsa, məntiqən daha mükəmməl olmalıdır və elədirsə, o zaman belə demək olar: kişi qadının yaranması üçün bir mərhələydi.

***

Araşdırmalar göstərir ki, qadınlar böhran dövründə kişilərdən daha çox yaşaya bilərlər.

Böhranda, kütləvi epidemiya zamanı qadınların sağ və sağlam qalmaq ehtimalı daha çoxdur. Cənubi Danimarka Universiteti tədqiqatda “yoxun çox vaxtı” qeydə alınan kişi və qadınların ölüm nisbətini müqayisə edib. Məsələn, İrlandiyada 1845-49-cu illər arasında yaşanan kartof qıtlığı əsnasında, iki cinsiyyət qrupu üçün də ən yuxarı yaş həddi 38 idi. Böhran dərinləşdikcə yaş senzi də düşürdü və bir müddət sonra kişilərdə ən yuxarı yaş həddi 18,17-yə, qadınlarda isə 22,4-ə düşdü.

1772-1773 və 1933-cü illərdə Ukraynada milyonlarla insana qənim kəsilən aclıq da daha çox kişilərin canına çökürdü.

19-cu əsrdə İslandiyada baş vermiş qızılca epidemiyası vaxtı qadınlar kişilərdən iki il daha çox yaşadılar.

Ölüm nisbətlərinin çox yüksək olduğu bu dövrlərdə uşaq ölümlərində də fərqlilik müşahidə edilir. Təsadüfi deyil ki, epidemiya və qıtlıq dövrlərində yeni doğulan qız uşaqlarının yeni doğulan oğlan uşaqlarına nisbətən sağ qalmaq faktı daha çoxdur.

Amma bir məsələdə diqqətli olmaq lazımdır. Adətən müharibə gedən ölkələrdə oğlan uşaqları daha çox doğulur. Təbii ki, bunu “Allahın lütfü” kimi qəbul ediblər həmişə. Ancaq Allahın bu ədalətsizliyi başıdolu adamları qane etməyib.

Məlum olub ki, tarixən varlı insanların daha çox qızı olurmuş. Şahlar, krallar taxt-tacına varis olsun deyə, oğlan uşağına sahib olmaq üçün çoxlu qadınla əlaqədə olurmuşlar. Çox vaxt qızları olurmuş. Nağıllarda, lətifələrdə də bizə çox tanış olan "şah qızı" məsələsi təsadüfi deyilmiş. Səbəb tamamilə biolojidir. Onu deyim ki, yumurta-hüceyrə ilə birləşmək uğrunda mübarizə aparan spermatozoidlərin təxminən yarısı X, yarısı isə Y xromosomu daşıyıcısı olur. Yumurta-hüceyrədə isə yalnız X xromosomu var. Qadın orqanizminin diploid xromosom dəsti XX formasındadır, kişi orqanizmində isə XY. Yəni yumurta-hüceyrə ilə Y xromosu birləşərkən oğlan, X xromosom birləşərkən isə qız dünyaya gəlir. Y xromosomları molekul çəkisinə görə X xromosomundan çox cüzi fərqlə yüngüldür və bu da dünyaya gələn oğlan uşaqlarının sayının bir qədər çox olmasına səbəb olur. Ancaq 18 yaşına qədər oğlan uşaqlarının ölüm ehtimalı qızlardan çox olduğu üçün bir müddət sonra tarazlıq düzəlir, hətta qızların sayı oğlanlardan bir az çoxdur. Ancaq müharibələr və soyqırımlardan sonra doğulan oğlan uşaqları və qız uşaqları arasındakı say kəskin fərqlənir. Məlum olub ki, Y xromosu daşıyan sprematozoidlər turş mühitə davamsızdır, turş mühitdə hərəkət sürətini itirir və tez ölürlər. Bundan fərqli olaraq, X xromosomlu spermatozoidlər qələvi mühitə davamsızdır. Varlı insanlar daha çox heyvani mənşəli qidalarla, xüsusilə ətlə çox qidalandığından, orqanizmin ümumi pH-ı turşuluğa doğru dəyişir. Nəticədə Y xromosomlu spermatozoidlərin işi çətinləşir. Ancaq qızlar bu vəziyyətə dözümlüdür, X xromosomlu sprematozoidlər finişə tez çatır və daha çox qızlar dünyaya gəlir. Şahların və varlı insanların uşaqlarının daha çox qız olmasının səbəbi bu imiş.

Bundan fərqli olaraq, müharibə gedən ölkələrdə aclıq hökm sürdüyü üçün insanlar ət məhsullarına, ətə və digər heyvani mənşəli qidalara həsrət qalanda daha çox düyü və digər bitgi mənşəli qidalarla yaşamağa məcbur olur. Bu isə orqanizmin pH-ını qələviyə doğru dəyişir. Nəticədə Y xromosomlu spermatozoidlər yarışda qələbə çalırlar və dünyaya daha çox oğlan bəxş edirlər. Deməli, müharibələrdə belə tarazlığın qorunması faktını yanlış yerdə axtarıb, gedib Allaha çıxmaq lazım deyil.

Qadınların kişilərdən daha güclü olmasına səbəb nədir?

Bioloji olaraq qadınların kişilərə nisbətən davamlılığı estrogen hormonu ilə əlaqəlidir.

Estrogen hormonu antienflamatuvar (bir maddənin iltihab azaldıcı xüsusiyyəti) xüsusiyyətinin olması sayəsində bədəndəki damar yolu sistemini qoruyur.

Kişilərdə ifraz olunan testosteron hormonu isə bir çox ölümcül xəstəlik üçün risk təşkil etməklə yanaşı, bir tərəfdən də immunitet sisteminə zərər verə bilir.

Təkamül nəzəriyyəçiləri isə qeyd edirlər ki, qadınlar sağlam doğmaq və sağ qalmaq üçün həmin doqquz ay müddətində immunitet sistemi güclənən varlıqlardır.

Araşdırmaya görə, kişilər çətin vəziyyətdə olduqda daha tez imtina edirlər. Qadınlar son ana kimi mübarizə aparırlar.

Tədqiqatın nəticələrinə görə, qadınları kişilərə nisbətən yaxşı mənada “arsız“ adlandırmaq olar.

Sürücü qadınlarla sürücü kişilər arasında psixoloji, biolji fərq var.

Qadınlar daha rahat, daha səbirli.

Statistik olaraq kişilər daha çox ürək problemi yaşayır və infarkt faktı yüksək nisbətlə kişilərin “xeyrinədir”.

Belə...

Tarix
2018.01.23 / 16:41
Müəllif
Ömər Xəyyam
Şərhlər
Digər xəbərlər

Qadın sinəsində can verən Rusiya

Onların əlinə pul düşəndə...

Üz-gözü yara, nəcis yeyən bu adamlar... – Video/18+

Tereza ana Bakını görmür, yoxsa faktı bilmir?..

Akademikin qatilinin atası nə yazmışdı?

Üzr istəyirəm, gecə qonşudan qəribə səs gəldi...

Həsənquliyev: Bəzi əxlaqsız və murdar ünsürlər…

Əsirlər öz əl-ayaqlarını yeyirdilər... - Hitlerin həkimləri

Kişisizlikdən əziyyət çəkən qadınlar

Nuru Paşanın çəkisi qədər qızıla almaq istədiyi azərbaycanlı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla