Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
13 Dekabr 2017


Günahkarlar cəzalansın!

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sevimli müəlliməmiz, əziz dostumuz, həmişə bizə analıq qayğısı göstərən, Elnarə xanımın vəfatı xəbərini sentyabrın 20-də almışdıq. O, Bakıdakı "MediSina" klinikasında, əməliyyat zamanı vəfat etmişdi.

Hadisənin üstündən nə qədər vaxt keçib. Elnarə xanımın həyat yoldaşı, tanınmış jurnalist Anar Niftəliyev məhkəməyə müraciət edib. Azərbaycanın ən nüfuzlu jurnalistləri günahkarların tapılmasını tələb edən yazılar yazıblar. Hələ ki, araşdırmalarda müsbətə doğru bir dəyişiklik yoxdur. Əvəzində böyük bir utanc var, jurnalistika adına, insanlıq adına bir utanc. Teleaparıcı Elçin Əlibəyli məlum hadisə ilə bağlı hazırlayacağı verilişi özünün fırıldaqçı maraqlarına qurban verib.

***
Dünən mediaforum.az saytı xəbər yayıb: "Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, tənqidçi Elnarə Tofiqqızının işi ilə bağlı müstəqil təhqiqat başlayıb. Mərhumun həyat yoldaşı, cinayət işində zərərçəkmiş kimi tanınan jurnalist Anar Niftəliyev müstəqil təhqiqat aparılması üçün vəkil tutub. Zərərçəkmişin hüquqlarını Müvəkkil Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov təmsil edəcək.

Səməd Vəkilov işlə tanışlığa başlayıb və Nəsimi Rayon Prokurorluğunda açılan cinayət işini aparan müstəntiqlə görüşüb. Hüquqşünas noyabrın 25-də yaydığı açıqlamasında bildirib ki, artıq müdafiə ilə bağlı sənədlər istintaq orqanına təqdim edilib: "İstintaq qrupunun rəhbəri Ələkbər Rzayevlə görüşdüm. Təfərrüata varmaq istəmirəm. Hələ ilk addımdır. Onu deyə bilərəm ki, cinayət işi ilə bağlı müstəqil tədqiqat aparılacaq və bu barədə ictimaiyyətə intensiv məlumat verəcəyik".

Zərərçəkmiş Anar Niftəliyev ötən həftə istintaqın hərtərəfli aparılmasına şərait yaradılması üçün baş prokuror Zakir Qaralova məktub ünvanlayıb. Hüquqşünas artıq cinayət işinin istintaqının baş prokurorun xüsusi nəzarətində olduğunu deyib.

Anar Niftəliyev iddia edir ki, həyat yoldaşı həkim səhlənkarlığı və məsuliyyətsizliyindən dünyasını dəyişib. Məhkəmə-tibb ekspertizasının rəyində ölümə səbəb kimi "nəfəs çatışmazlığı" göstərilib. Hazırda tibbi komissiya həkimlərin məsuliyyətini müəyyənləşdirir".

Müəyyənləşsin, həkimlərin, jurnalistlərin, ictimai xadimlərin- hamının günahı müəyyənləşsin! Həkimlər nə qədər günahkardırsa, həmin faciə ilə bağlı verilişi məzhəkəyə çevirənlər onlardan çox günahkardır.
Bu məsələdə hamının günahı var. Susuruq dostlar, susuruq. Haqqımız, əlimizdən alırlar, susuruq, sözümüzü əlimizdən alırlar susuruq. Vicdanlı müəlliməmizi əlimizdən alırlar, anamızın canına qıyırlar, susuruq. Sonra da kompüterin arxasına keçib hekayə, roman yazmaq istəyirik. Olmaz, belə olmaz. Allah bunu götürməz, Vallah, götürməz!

Öz anasından görmədiyi qayğını, yaxşılığı Elnarə xanımdan görən Mövlud, bu vaxta qədər günahkarların cəzalandırılması üçün heç nə etməyibsə, gedib onların yaxasından tutub: "Qaytarın, Elnarə xanımı!",-deməyibsə, deməli, o da günahkardır. Cəzalansın, bütün günhakarlar cəzalansın!

Tarix
2013.11.26 / 14:15
Müəllif
Mövlud Mövlud
Şərhlər
loading...
Digər xəbərlər

Öləcəm, atam-anam yetim qalacaq…

Gürcü həkim saçını yoldu...

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla