Yuxarı

Siyasi saxtakarlığın “Məhsul”u fiaskodur

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün növbəti dəfə özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklər Yasamal rayonunun Məhsul stadionunda mitinq keçirdi.

Əslində bu mitinqin fiaskoya uğrayacağı öncədən bəlli idi. Çünki seçkilərə qatılmayan, proses haqda heç bir təsəvvürü olmayan, hətta seçki günü müşahidəçi qismində təmsil olunmayan bir qrupun seçkiyə etiraz mitinqi təyin etməsinin özü absurd cəhd idi. Radikal partiyalardan birinin sədrinin etiraf etdiyi kimi, “sosial şəbəkədə bəzi məlumatları izləməklə” seçkinin saxtalaşdırıldığı kimi gülünc bir iddiaya düşən bu qrupun mitinq cəhdi əslində Avropadakı bəzi ünsürlərə onların işinə yarayacaq saxta hesabat vermək eşqi idi.

Halbuki ciddi müxalifət seçkiyə ən azı müşahidəçi kimi qatılmalı, yerlərdə seçki saxtakarlığı baş verdiyi halda, bu faktı protokollaşdırmalı, Mərkəzi Seçki Komissiyasını bilgiləndirməli və qanunsuzluğun aradan qaldırılması üçün təşəbbüs göstərməli, yalnız Seçki Məcəlləsinə uyğun atdığı addımlara seçki komissiyasının adekvat reaksiya vermədiyi halda “seçki saxtalaşdırılır” iddiasını hüquqi müstəvidə qaldırmaq, siyasi müstəvidə isə səsləndirmək haqqı əldə etməli idi.

Ancaq seçki komissiyalarına göndərməyə müşahidəçi tapmayan, heç bir sosial bazası olmayan, hələ keçirilməyən seçkinin saxta olacağı bəhanəsi ilə düşdüyü acınacaqlı durumdan yaxa qurtarmağa çalışan radikal müxalifətin seçkidən sonra etiraz cəhdi siyasi saxtakarlıqdan başqa bir şey deyil. Siyasi saxtakarlığın isə məhsulu olmur, min dəfə “Məhsul”a çıxsan da, heç nə əldə edə bilməzsən.

Bəlkə də mitinqə icazə verilməməsini də arzulayardılar, ancaq Bakı şəhər İcra Hakimiyyəti onlara bu fürsəti tanımadı. Nəhayət, onlara ayrılan stadionun 3/1-ni belə doldurmağa yetməyən çox azsaylı tərəfdarları ilə növbəti dəfə özlərini rüsvay etməyə məcbur oldular.

Ən yaxşısı əlbəttə ki, bu aksiyanın mitinq deyil, piket adlandırılması olardı. Bir neçə partiyanın birləşdiyi qurumun mitinq adına piket səviyyəsindən də aşağı bir aksiyada böyük iddialar və yalanlar səsləndirməsini isə düşdükləri acınacaqlı durumdan doğan affektiv şoklar adlandırmaq da mümkündür.

Amma yox, əlbəttə ki, onlar birilərinə hesabat verməlidirlər, birilərinin qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər, lazım gələrsə, inzibati xəta törədib, cəza almalı, sonra isə bunu siyasiləşdirməlidirlər. Çünki kimlərin maraqlarına hansı səbəbdən xidmət etdiklərini özləri daha yaxşı bilirlər.

Tam əminliklə deyə bilərik ki, bu mitinq də Milli Şuranın növbəti utanc yeri oldu. 5641 məntəqəsi olan bir seçkidə bircə məntəqədəki seçici qədər mitinqə iştirakçı çıxara bilməyən “bir neçə partiyanın birləşdiyi qurum” hansı siyasi iddialar səsləndirməyə mənəvi haqq edir?

Dünyanın artıq 90-cı illərdə Azərbaycan insanının təsəvvür etdiyi kimi olmadığını indi hamı çox yaxşı bilir. Demokratiya, söz azadlığı, insan haqları adı altında hansı dövlətlərə necə təzyiqlər edildiyi, hansı ölkələrin viran qaldığını da Azərbaycan xalqı hər gün izləmək imkanındadır. Onillərdir aparılan daxili savaşlarda daşı daş üstə qalmayan, əhalisinin 90 faizinin (rəsmi rəqəmlərə görə) savadsız olduğu və heç bir seçki təsəvvürü olmadığı Əfqanıstanda seçkiləri demokratik adlandırıb, Avropa Şurasının üzvü olan, siyasi sabitliyi və iqtisadi imkanları ilə çoxlarına nümunə olan Azərbaycandakı seçkiləri “qeyri-azad” kateqoriyasında göstərən ATƏT müşahidəçilərinin niyyəti də hər kəsə aydındır. Əfqanıstandakı seçkini azad, Azərbaycandakı seçkini qeyri-azad adlandıran bir qurumun xoşniyyətli olduğunu Azərbaycanda 94 saylı Bərdə kənd Seçki Dairəsinin Xəsili kənd tam orta məktəbində yerləşən 30 saylı seçki məntəqəsinə gələrək səs verən 124 yaşlı Səmərqə nənəyə də inandıra bilməzsən artıq.

Əlbəttə, böyük məmnuniyyətlə boynuna müxalifətçi olmaq düşən və 90-cı illərin ab-havasını öz məhdud siyasi təfəkkürləri ilə bugünümüzə daşımaq istəyən, artıq yaşları 60-ı keçən radikallara yanlış yoldan çəkinmələri üçün müraciət etmək olmardı. Ancaq təəssüf ki, ataların sözü yalun yarısından qayıtmağa aiddir, hamısından deyil. Onlar da yaxşı bilir ki, artıq nəinki qayıdacaqları “yarımçıq yol” yoxdur, yolun sonunu da çoxdan tamamlayıblar və sondan sonrakı uçurumun dibindədirlər.

Ordan necə geri qayıtsınlar ki?

Tarix
2018.04.14 / 19:02
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

"Krokus" teraktı: Simonyan son anda necə xilas oldu?

Rusiya nağıl danışmasın: terakt haqda bilirdi - Budanov

Ukraynaya yardım dayanır: münaqişə bitəcək - Alman şərhçi

NATO 15 ildir aldadır: üzv olmayacağıq - Kapanadze

Putinin adamı Bakı və Tiflis arasında... - Qalmaqal

Rusiyada böyük mübarizə başlayır: Üç gün...

Gürcü nazir: Azərbaycan sərhədi buna görə bağlamışdı

Zelenski Zalujnıdan sonra onu da qovmaq istəyir

Rusların üç əsas hədəfi - General açıqladı

Rusiyanın hər gün itirdiyi hərbçilərin sayı - Kəşfiyyat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla