Yuxarı

Azan səsində bu qorxunc mesaj ötürülür...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda uzaq bir qohumun xəstələndiyini eşitdim. Soruşdum, dedilər, bəs cadu ediblər, arvadını boşayıb, gedib dul qadın alıb. “Allah köməyi olsun”, deyib aralandım. Amma bu diləyim onu “cadunun təsiri”ndən xilas etməkçün deyil, öz doğmalarının təsirindən qorunsun deyəydi.

Çox düşündüm, az qala, 22-ci əsrdə yaşayırıq, amma hələ də təfəkkürümüz məişət müstəvisindən o yana adlaya bilmir. Elə bu səbəbdəndir ki, inandığımız Allahı belə ən xırda ailə-məişət problemlərinə qonaq edib, hələ utanmasaq, çay da təklif edə bilirik, bu elə bir ibtidailikdir ki, müqəddəs hesab etdiyimiz kitab da canını qurtara bilmir...

Cadu nədir bəs?

Dini mənbələrdə, daha dəqiq desək, Quranda Harut və Marut mələklərindən bəhs edilir və imtahan məqsədilə Yer üzünə göndərildikləri, insanların da onlardan sehr (elm) öyrəndiklərinə vurğu edilir (Quran 2/102).

Və nə qəribə ki, müqəddəs kitabın əsrlər öncə endirilmiş olmasını, ayəninsə daha da keçmişdəki dövrdən bəhs etdiyini nəzərə alsaq, o insanlar belə mələklərdən sehri məişət xarakterli məqsədlərçün öyrənmək istəyibmişlər – “Ərlə arvadı ayırmaq” və “arvadını boşayıb, dul qadın almaq”.

İndisə məsələnin ən gülməli və ağlamalı yerinə çatdıq. Biz “inananlar” bu ayəni oxuyub, günah deyib qaçdıq, ya da tutaq ki, yararlanmaq istədiksə də, maksimum ya ailə dağıtdıq, ya da əri ölmüş birinə oğlan düz-qoş etdik.
Bəs o “inanmayan tayfa” nə etdi?!

Subliminal mesaj və ya 25-ci kadr

Onlar öncə şüuraltını kəşf etdilər, anladılar ki, heç vaxt fəaliyyətinə fasilə vermir, hətta biz yuxudaykən belə həyatımıza, seçimlərimizə birbaşa təsir etmə gücündədir.

Baxmayaraq ki, bir çox ölkə şüuraltına müdaxiləni qadağan etdi, amma çətin vəziyyət yaranan kimi özləri də bu üsula əl atdılar.

Bundan ilk dəfə İngiltərədə istifadə olunur, 1922-ci ildə indi adı BBC adlanan radio fəaliyyət göstərirdi. Ancaq əhalinin bu radioya münasibəti yaxşı deyildi, hətta onu “şeytanın səsi” adlandırırdılar. Radio rəhbərliyi bundan sonra bir sınaq keçirmək qərarına gəlir, radioda xəbərlər gedən müddətdə fonda çox yavaş səslə bu radionun əslində çox yaxşı olduğu, cəmiyyətə xeyir verdiyi fikri ötürülür insanların şüuraltına. Sınaq uğurla nəticələnir və dinləyicilərin sayı artmağa başlayır.

Başqa bir misal:

1957-ci ildə ABŞ kinoteatrlarında bir filmin nümayişi zamanı 25-ci kadrdan istifadə olunur. Bildiyimiz kimi, insan bir saniyədə maksimum 24 kadr görə bilir, məhz bu 25-ci kadrsa birbaşa beynimizin gözünə hədəflənib. Filmin bəzi səhnələrində şüuraltına “kola iç, popkorn ye” görüntülü mesaj ötürülür. Bu sınaq da uğurla nəticələnir və iki məhsulun da satışının artmasına səbəb olur.

Amerika ordusunun da İraqa daxil olduqdan sonra caduya əl atdığı deyilir. Belə ki, yerli əhalinin ciddi müqavimətiylə üzləşirlər. Bu müqaviməti səs-küysüz zərərsizləşdirməkçün radioda azan oxunarkən fonda “müqavimət göstərməyin, təslim olun” kimi fikirlər aşılanır və müqaviməti bir qədər azaltmağa nail olurlar.

İndi burnumuzun dibindəki düşmən ölkə (Ermənistan) cidd-cəhdlə lobbiçilik fəaliyyəti edib, dünyaya hadisələri fərqli şəkildə çatdırmaqla, insanların şüurunu yönləndirməklə məşğuldur. Bu, cadu deyil, bəs nədir?!
Bizsə durub qonşu oğluna dualar oxuyuruq ki, canını qurtarsın dul qadından.

Xalxın uşaqları cadu edib, insan beyninin içinə oturur, kamikadzelər hazırlayır, düşmən mövqelərdə partlayışlar törədir, bizsə ömrümüzdə bircə dəfə Parisi dağıtmışıq, onu da Axundovun məşhur cadukünü Məstəli şah edib və bədbəxtçiliyə bax ki, səbəb ailə-məişət qayğısı.

Bir şeyi unutmamalıyıq ki, biz işğalçı tərəf deyilik, müdafiə olunan tərəfik, əgər düşmən bizi məhv etməkçün hər yoldan istifadə edirsə, inandığımız Allahın qadağasını belə doğru anlamalıyıq, bizə hansı silahlarla hücum edilirsə, eynən qarşılıq verməkdə bir günah yoxdur - bu qadağan olunmuş nəsə olsa belə. Çünki Allahın ədaləti bunu əmr edir.

Xalxın uşaqları kütlələri idarə edir, iqtisadiyyatını gücləndirir, dünyaya güc nümayişi etdirir, bizsə qoşulmuşuq “Sonanın uşaqları”na, dul qadınları lənətləyirik.

Ən dəhşətli məqam bu ki, onlar hətta inanmadıqları Allahın kitabını da ciddiyə alır, Ozon qatından o yana adlaya bilir, bizimsə “inandığımız Allah” 3-ün “kruq”undan o yana getməyimizə imkan vermir...

Tarix
2018.05.07 / 16:42
Müəllif
Vəli Hüseyn
Şərhlər
Digər xəbərlər

Dünyanı idarə edən iki hiss – 20 qəpik və “bəyən”

Fürsət tapsalar, bu qadını yolun ortasında...

Anar Nağılbazı kim öldürdü?

Nizami küçəsində şok: ilan peyda oldu - Video

Nobelçi yazarın hekayəsi üzə çıxdı - 62 il sonra

Avropanın ən böyük küçə sənəti festivalı… - Foto

“28 Mall”ın qarşısında hər gün eşidilən vahiməli səs

Bakıda masaj salonunda ana dramı: Ərim dedi ki...

Cinçıxarma mərasimi və Elşənin üzük möcüzəsi

Planetin ən yaşlı sakini öldü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla