Yuxarı

“Maşın”da məşhurlar bir-bir niyə intihar edir?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bir neçə ildir “Sorvayvor Türkiyə” yarışmasının izləyicisiyəm. İlahi, insanlar nə hoqqalardan çıxarmış bir tikə çörək üçün, necə zalımlaşa, qəddarlaşa bilirmiş...

Bu verilişi hər dəfə izləyəndə düşünürdüm ki, görəsən, dünyanın bir çox ölkəsində yayımlanan bu yarışma Azərbaycanda keçirilsə, necə olar?!

Murad Dadaşovun “Maşın” realiti şousunu “Azərbaycanın Sorvayvor”ı adlandırmaq olar. Baxmayaraq ki, yarışma ada şəraitində keçirilmir, lakin əminliklə deyə bilərəm, bizim məşhurlar adada aclıq mübarizəsi aparan türkiyəli məşhur simalardan daha çox simasızlıq edirlər.

Hər dəfə Murad Dadaşovun dəvət etdiyi iştirakçılar maşının ətrafına yığışanda özləri öz şəxsiyyətlərini elə kiçildirlər ki, heç kim onları bu qədər kiçiltməyə ürək eləməzdi. Yəni yazığı gələrdi onlara.

Bu adamların isə özlərinin özlərinə yazığı gəlmir, nə mümkündür, özlərinə edirlər və şəxsiyyətlərini “birköpüklük” kimi ayaqlar altına tullayırlar. Bu mazaxizmi yalnız intiharla müqayisə etmək mümkündür. Sanki bu tanınmışlar şəxsiyyətlərinin, nüfuzlarının boynuna Muradın verdiyi “Maşın” ipini keçirib asırlar: şəxsiyyətlər bir-bir ölür, bu asılğacdan şəxsiyyətdən sıyrılıb lütlənən “əsl kimliklər” maşının və efirin başına düşür.

Lap deyək ki, məqsəd maşın qazanmaq deyil, reklam olunmaqdır. Amma hər şeyin bir yolu-yordamı olmalıdır axı - mübarizənin də, düşmənçiliyin də...

Bizim tanınmışlarsa ən ağlasığmaz üsullara əl atacaq qədər mənasızlaşa bilirlər. Hətta bəzən verilişə milyonlarla insanın baxdığını belə unudub, nəinki efir, adi məişət etikasından kənara çıxırlar.

Bəzən Murad Dadaşov mane olmağa çalışır ki, adamlar özlərini daha çox biabır etməsinlər. Amma nə fayda, bəzi iştirakçılar hətta o qədər mədəniyyətsizləşə bilirlər ki, az qala, bir-birilərinin uşaqlıq “zibil”lərini, ləkəli keçmişlərini açıb qoyurlar ortalığa.

Əslində, məni bu yazını yazmağa vadar edən səbəb şou-biznes əhlinin şıltaqlıqları deyil, cəmiyyətə örnək olacaq adamların özlərini idarə edə bilməyəcək səviyyəsidir.

Misalçün, “Maşın” şounun builki iştirakçıları arasında bir neçə tanınmış teleaparıcı var. Bu insanlar efir etikasından, ictimai yerdə davranış qaydalarından ən çox məlumatı olması gərəkən insanlardır. Efirin və mədəniyyətin nə olduğunu bilə-bilə özünü bu şəkilə qoymağın anlamı nədir?

Ötən dəfə məşhur aparıcı-jurnalist Aytən Səfərova digər tanınmış həmkarı Mətanət Əliverdiyevayla “Qalsın-getsin” davasına çıxmışdı. Mətanət illər öncəki hadisəni danışıb, Aytəni millətin gözündən salmağa çalışır, Aytən də Mətanəti “Bir küləyiydi, əsdi keçdi” ifadəsini xatırlatmaqla alçaltmağa cəhd edirdi.

Maraqlıdır, bir-birlərini gözdən salmaq üçün bu qədər qəddarlaşan bu “aparıcı” qüvvələr sonra hansı üzlə efirdən marifləndirici, məlumatlandırıcı xəbər səsləndirəcəklər?

Tarix
2018.06.06 / 12:17
Müəllif
Vəli Hüseyn
Şərhlər
Digər xəbərlər

Dünyanı idarə edən iki hiss – 20 qəpik və “bəyən”

Fürsət tapsalar, bu qadını yolun ortasında...

Anar Nağılbazı kim öldürdü?

Nizami küçəsində şok: ilan peyda oldu - Video

Nobelçi yazarın hekayəsi üzə çıxdı - 62 il sonra

Avropanın ən böyük küçə sənəti festivalı… - Foto

“28 Mall”ın qarşısında hər gün eşidilən vahiməli səs

Bakıda masaj salonunda ana dramı: Ərim dedi ki...

Cinçıxarma mərasimi və Elşənin üzük möcüzəsi

Planetin ən yaşlı sakini öldü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla