Yuxarı

Azərbaycana “gecə təxribatı”: işıq söndü və...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecənin bir yarısı yuxudan dik atıldım. Evdə elə səs-küy yaranmışdı ki, dedim, yəqin, məhşər günü gəlib. Gözlərimi ovub, özümə gəldim. Məlum oldu ki, ölkə işıqsız qalıb. Ev əhli hərəsi bir söz deyirdi, qonşuluqdan gələn səslər də aydın eşidilirdi. Sanki ölkədə işıqların sönməsi dünya əhəmiyyətli siyasi həmlənin nəticəsi idi.

Bir tərəf ayağını yerə dirəmişdi ki, bəs ABŞ regionumuza qulaqburması vermək istəyir, bir tərəf İsrailin İrana Azərbaycan üzərindən ultimatum göndərdiyini iddia edirdi (dost ölkə İsrail ha!), bir tərəfsə bunu təxribat sayırdı.

Üzbəüz qonşularsa daha geniş, dünyaçaplı iki mühüm ehtimal üzərində baş sındırırdılar: birinci ehtimal o idi ki, ölkə üzrə “krupnu” soyğunçu dəstəsi işığı birdəfəlik söndürüb ki, rahat oğurluq etsin, ikinci ehtimal isə “Şam biznesi”nə gedib çıxırdı; şamını satmaq istəyənlər ölkəni işıqsız qoymuşmuşlar...

Şam demişkən, Konfutsinin fikrini xatırladım: “Qaranlığı lənətləməkdənsə, bir şam yandırın”.

Məhəllədəki dedi-qodulardan sıyrılıb, enerjisi tükənmək üzrə olan telefonuma sarıldım. Dedim, görüm, bəlkə, bir rəsmi məlumat əldə edə bildim. Onsuz da uzun zamandır ki, həyatımızın ürəyi real dünyadan daha çox, virtual aləmdə döyünür. Bütün ilkin məlumatları da xəbər saytlarından öyrənirik.

Təzəcə internetə qoşulmuşdum ki, gördüm hamı qaranlığı lənətləyir. Özü də bu lənətləmə prosesi artıq çox təhlükəli səviyyədə baş verirdi. Kimsə vulkan püskürdüyünü iddia edir, kimsə zəlzələ olduğu xəbərini paylaşır, kimsə də müharibə ehtimalına vurğu edir.

Adamlar, az qalıb, dünyanın dağıldığını elan edələr. Nə olub, ay qardaş, sizin evdə işıqlarınız hansısa nasazlıqdan heç vaxt sönməyib? Bu ölkə də bizim evimizdir də!

Ümumiyyətlə, həmişə belə kritik məqamlarda cəmiyyət olaraq çox yanlış addımlar atırıq. Əsl təxribat isə baş verən olay yox, ağlımıza gələni deməyimiz və israrımızdır. Heç kim düşünmür ki, bu əsassız, “vay təxribat oldu”, “vay partlatdılar”, “yanğın var, söndürə bilmirlər” hay-küyü ilə əslində təxribat törədən, yandıran... özüdür.

Onsuz da yaranan nasazlığı aradan qaldırmaq müəyyən dövlət qurumlarının işidir. Bizim vəzifəmizsə panika yaymaq, ya da qaranlığı lənətləmək deyil, “hərəyə bir şam yandır”maq, ən azı ətrafımızı işıqlandırmaq, insanların gözünü açmaqdır...

Tarix
2018.07.03 / 13:42
Müəllif
Vəli Hüseyn
Şərhlər
Digər xəbərlər

Dünyanı idarə edən iki hiss – 20 qəpik və “bəyən”

Fürsət tapsalar, bu qadını yolun ortasında...

Anar Nağılbazı kim öldürdü?

Nizami küçəsində şok: ilan peyda oldu - Video

Nobelçi yazarın hekayəsi üzə çıxdı - 62 il sonra

Avropanın ən böyük küçə sənəti festivalı… - Foto

“28 Mall”ın qarşısında hər gün eşidilən vahiməli səs

Bakıda masaj salonunda ana dramı: Ərim dedi ki...

Cinçıxarma mərasimi və Elşənin üzük möcüzəsi

Planetin ən yaşlı sakini öldü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla