Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Noyabr 2018


Siz nə edirsiniz: KM səhvi sizin xeyrinizədir, axı…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konstitusiya Məhkəməsi 4 iyun 2018 tarixli qərarı ilə Mülki Məcəllənin 472.1 və 1306 maddələrini şərh edib.

Əhali isə Konstitusiya Məhkəməsinə qarşı aqressiya göstərməyə başlayıb, bir çox hallarda isə təhqirlər yağdırılır.

Çox böyük yanlışlıqdır. Siz niyə belə düşünürsünüz?

Əslində, KM-in verdiyi qərar 472.1-ci maddə baxımından olmasa da, 1306-cı maddə baxımından səhvdir. Amma bu səhv vətəndaşların xeyrinədir.

İşin məğzi budur: Mülki Məcəllənin 472.1 maddəsi borclunun borcunu hansısa səbəbdən ödəmədiyi halda məhkəmədə birbaşa zaminə qarşı iddia qaldırmağın mümkünlüyünü özündə ehtiva edir. Yəni qanuna görə bu iddia qaldırıla bilər, mümkündür. Zamin kredit müqaviləsinə zamin duranda bu riski nəzərə almalıdır.

Cərimə və dəbbə pullarından da zaminin məsuliyyət daşıması təbiidir, yuxarıda qeyd etdiyimiz risk əsas borclunun kredit müqaviləsinə görə bütün məsuliyyətini əhatə edir.

Lakin MM 1306-cı maddəsini KM “səhv” şərh edib və bu “səhv” bankların deyil, vətəndaşların xeyrindədir.

Miras hüququnda belə bir prinsip var - külli qəbul/külli imtina prinsipi. Başqa sözlə, varis mirasçının əmlakını bütün passiv və aktivləri ilə tam həcmdə qəbul etməlidir. Məsələn, miras qoyanın 100.000 manatlıq evi və 300.000 borcu varsa, varis mirası qəbul etdiyi halda evdən də, 300.000 manatlıq borcdan da tam məsuliyyət daşımalıdır. Borcu ödəmək istəmirsə, bütövlükdə mirasdan – bu kontekstdə evdən - imtina etməlidir.

MM-in 1306-cı maddəsi varisin birdən çox olması halında miras qoyanın borcundan hansı nisbətdə məsuliyyət daşıdığını göstərir. Söhbət nisbətdən gedir, məsuliyyətin həcmindən deyil.

Konstitusiya Məhkəməsinin buraxdığı “səhv” budur. KM qət edib ki, varislər miras qoyanın borcundan aldıqları miras payı qədər məsuliyyət daşıyır. Vəziyyəti daha bir misal ilə izah edək.

Deyək ki, miras qoyanın 200.000 manatlıq toplam əmlakı, 300.000 manatlıq isə borcu var. Miras qoyanın yoldaşı ölüb, 1 oğlu və iki qızı var. Miras qoyan da vəsiyyətnamə ilə bütün əmlakını oğluna qoyduğunu bəyan edib. Belə halda əgər qızlar mirasdan imtina etməsələr, mirasın aktiv hissəsi belə bölünür - 50% oğlana vəsiyyətnamə üzrə keçir, digər 50% isə miras qoyanın 3 övladı arasında bərabər şəkildə bölünəcək, çünki bunların qanun üzrə 50% qədər məcburi miras payı var. Belə halda oğlana 50+16.6%, yəni 66.6%, qızların hər birisinə isə 16.6% qalacaq.

Belə bir halda övladlar gərək mirası qəbul etməsinlər, əgər etsələr, onda atalarının borclu olduğu şəxs(lər)ə 300.000 manatlıq borcun 66.6%-ni - yəni 199.800 manatını oğul qaytarmalı, hər bir qız isə 16.6%-ni, yəni 49.800 manatını ödəməlidir.

Başqa sözlə, Konstitusiya Məhkəməsi mirasdan daha artıq olan borc məsuliyyətindən varisləri azad edib. Bu isə vətəndaşların xeyirinədir. Belə ki, ən pis halda, varislər ata ocağına onun öz dəyəri hesabına sahib çıxma fürsəti əldə ediblər.

Tarix
2018.07.06 / 14:49
Müəllif
Fərhad Mehdiyev
Şərhlər
Загрузка...
Digər xəbərlər

Kredit borcu: hansı halda həbs ola bilər?

ABŞ elə raketlə hücum etdi ki, Rusiya... - Trampdan əmr

Qarabağa müstəqillik verilərsə, nələr olar?..

Avropada millətçilik niyə artır?

Onlar bizi doğmalarımızla cəzalandıracaq…

Vətənin yanındasan, ya düşmənin?

Ölüm cəzası bərpa edilməlidirmi?

Qərbin Ukrayna arzusu – Kəniz!

Lamiyə niyə aktuallaşdı?

Qız 9-dan sonra evə gəlirsə…

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla