Yuxarı

"Azərenerji"də hansı dəyişiklik olmalıdır?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İES MMC-də baş verən hadisə nəticəsində bütün ölkənin qaranlığa bürünməsi Azərenerji ASC-nin özəlləşdiliməsi ilə bağlı son 10-12 il ərzində irəli sürülən təşəbbüslərin aktuallığını və əhəmiyyətini bir daha gündəmə gətirdi.

Təəssüf ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev hər dəfə bir çox sahələrdə, o cümlədən enerji və səhiyyə sektorunda özəlləşdirimənin aparılması ilə bağlı fikirlər səsləndirəndə bəziləri öz subyektiv fərziyyələrinə söykənərək BAXCP liderinin təşəbbüslərinin hansısa maraqlardan qaynaqlandığı önə çəkirdilər.

Maraq isə şübhəsiz ki, var idi. Amma bu maraq son hadisə zamanı ortaya çıxan problemlərin aradan qaldırılmasına, əhalinin daha keyfiyyətli və kəsintisiz enerji ilə təmin olunmasına, insanların sağlam yaşamalarına xidmət edirdi. Azsaylı istisnalar olmaqla, dünyanın əksər ölkələrində enerji sektoruna özəl şirkətlər nəzarət edir. Təsadüfi deyil ki, dünyanın elektrik enerjisinin istehsalı və paylanılması üzrə ixtisaslaşmış ən böyük 250 şirkətin sırasında barmaqla sayılacaq qədər dövlət müəssisəsi var. Bu müəssisələr isə əsasən Çini təmsil edirlər. Lakin 2010-cu ildən başlayaraq, Çin bu sahədə geniş islahatların aparılmasına başlayıb və özəl sektoru da prosesə cəlb edib. Çox uzağa getməyək, elə qonşu Gürcüstanda enerji sektorunun özəlləşdirilməsi və bu sahəyə xarici investisiyaların cəlb edilməsi ilə bağlı kifayət qədər ciddi addımlar atılır. 2017-ci ilin fevralında Gürcüstanın İqtisadiyyat Nazirliyi ilə Çexiyanın “Energo-Pro” şirkəti arasında bağlanmış müqaviləyə əsasən, qonşu ölkənin 6 istilik elektrik stansiyası, 2 distribütor şirkəti 132 milyon ABŞ dollarına “Energo-Pro”ya satılıb. Müqavilənin şərtlərinə görə, “Energo-Pro” Birləşmiş Distribütor (enerjipaylayıcı) Şirkətinə və Acarıstan Distribütor Şirkətinin elektrik şəbəkəsinin yenilənməsinə 100 milyon ABŞ dolları civarında investisiya yatıracaq. Bundan başqa, “Energo-Pro” Gürcüstan hökuməti qarşısında əldə etdiyi 6 istilik elektrik stansiyasının yenilənməsinə 85 milyon ABŞ dolları investisiya yatırmaq barədə öhdəlik götürüb. Çex şirkəti Gürcüstanda 100 meqavatt gücündə yeni istilik elektrik stansiyasının tikilməsinə də 100 milyon ABŞ dolları vəsait ayıracaq. Düşünürəm ki, bu sahədə özəlləşdirilmənin aparılmasının vacibliyini qəbul etmək üçün mütəxəssis olmağa ehtiyac yoxdur. MDB məkanında, Rusiyada, Qazaxıstanda enerji sektorunun özəlləşdirilməsi istiqamətində gərəkli olan bütün addımlar atılıb və artıq öz nəticəsini də verib.

Şimal qonşumuzun bu sahədə fəaliyyət göstərən tanınmış şirkətlərinin adını çəkməyəcəyəm. Bu şirkətləri Azərbaycanda da çoxları tanıyır. Rusiyanın enerji sektorunda fəaliyyət göstərən xarici şirkətlərdən biri də “Enel” Beynəlxalq Enerji qrupudur. Qrup 1999-cu ildə Milan birjasında qeydə alınıb. Qrupun səhmdarları arasında İtaliya şirkətləri üstünlük təşkil edir. Hətta İtaliyanın İqtisadiyyat və Maliyyə Nazirliyi də “Enel”in səhmdarlarından biridir. “Enel” dünyada 72 milyon insanı elektrik enerjisi ilə təmin edir. “Enel” hazırda Rostov vilayətində iki nəhəng külək elektrik stansiyasının inşasına başlayıb və bu işə 132 milyon avro investisiya yatıracaq.

Nümunələrin sayını artırmaq da olar. Amma zənnimcə, enerji sektorunun özəl şirkətlərin üzünə açılmasının effektivliyi elə bu nümunələrdən də görünür. Bu sahəyə dövlətin milyardlarla vəsaitini xərcləməsinə və təəssüf ki, bəzən havaya sovrulmasına heç bir ehtiyac yoxdur. Bu sahə biznes sektorudur, gəlir gətirən sahədir. Ortalıqda istehsal olunan enerji, onun satılması və alınması var. Dövlət bu sahədə enerji təhlükəsiliyini təmin etmək məqsədilə müəyyən tənzimləyici mexanizmləri öz əlində saxlaya bilər. Lakin bunun üçün dövlətin biznes mühitinə, bazar münasibətlərinə müdaxilə etməsinə heç bir ehtiyac yoxdur. Arzu edərdim ki, bu məsələyə peşəkarlar da öz münasibətlərini bildirsinlər. Mən sadəcə bir vətəndaş kimi öz mövqeyimi ifadə etdim.

Tarix
2018.07.06 / 15:44
Müəllif
Elçin Mirzəbəyli
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı casus şəbəkəsi...

Kremlin səhvi: cəzasını İrəvan çəkəcək

İrəvan ordumuzun önünə canlı meyitlərlə çıxır - Video

Şərəfi olan heç bir siyasətçi bunu etməzdi

İrəvan torpaqları qaytarmağa hazır olub: Babayanın etirafı...

III Dünya müharibəsinə hazır idilər, ancaq...

Vətəni az qala yaddan çıxarmışdılar, indi isə...

Qüdrət Həsənquliyevin 55 yaşına sözardı

Bu məmurlar ağlasığmaz yollara əl atır

Dostların xilası üçün əlindəki qumbaranı partlatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla